Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə92/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   88   89   90   91   92   93   94   95   ...   173

205
140 
illiyi
Tarixdə bu gün
“Əkinçi”  qəzeti 
1875
İYUL
Azərbaycanın mərkəzi  şəhəri 
kimi Bakının sürətli inkişafı mil-
li mətbuatın yaranması  zərurətini 
doğurmuşdur. Ana dilində  qəzetə 
böyük ehtiyac olduğunu dərk edən 
görkəmli maarifçi Həsən bəy Zərdabi 
qəzet çap etmək üçün hökumətə 
müraciət etmişdir. Xeyli zəhmətdən, 
əzab-əziyyətdən sonra 1875-ci il 
iyul ayının 22-də Bakıda quberna-
tor mətbəəsində Azərbaycan dilində 
“Əkinçi” qəzetinin nəşrinə müvəffəq 
olmuşdur. Bu qəzetin çapı ilə 
Azərbaycan milli mətbuatının  əsası 
qoyulmuşdur.
1875-ci il 22 iyul tarixindən 1877-
ci il 29 sentyabr tarixinə qədər çapını 
davam etdirən “Əkinçi” ayda iki dəfə 
300-400 tirajla nəşr olunmuşdur. Bu 
illər ərzində qəzetin 56 nömrəsi işıq 
üzü görmüşdür.
“Əkinçi” qəzetində dövrün 
görkəmli alim və ziyalılarının - 
Nəcəf bəy Vəzirovun, Moskvadan 
Əsgər ağa Goraninin, Şamaxıdan 
Məhəmmədtağı  Əlizadə  Şirvaninin, 
Dərbənddən  Heydərinin göndərdikləri 
məktublar, Seyid Əzim  Şirvaninin 
şeirləri və Mirzə  Fətəli Axundovun 
“Vəkili-naməlumi millət” imzası ilə 
məqalələri dərc olunmuşdur.
Həsən bəy Zərdabinin yaratdı-
ğı  “Əkinçi” qəzetinin dəsti-xətti 
əsasən bir ideya üzərində qurulmuş-
du. Zərdabi və onunla birlikdə bu 
qəzetdə çalışan bir sıra maarifpərvər, 
demokratik naşirlər  Şərqin geri-
liyini,  ətalət və süstlüyünü həqiqi 
azadlığın olmamasında görürdülər. 
Onlar öz sözlərini dolayı yolla olsa 
belə, bu qəzet vasitəsi ilə xalqa 
çatdıra bilirdilər. O dövrdə xalqın 
başa düşəcəyi sadə dildə yazılan bu 
qəzetdə belə  fikirlərin səslənməsi 
Azərbaycanı  əsarət altında saxlayan 
imperiya məmurlarını ciddi narahat 
edirdi.
İlk mətbu orqan kimi “Əkinçi” 
incəsənət və  ədəbiyyata aid də yeni 
demokratik tələblər irəli sürürdü. 
Azərbaycanın böyük dramaturqu 
Nəcəf bəy Vəzirov köhnə  şeirlərlə 
yanaşı,  şairləri müasir həyatdan 
yazmağa, xalqı cəhalət və qəflət yu-
xusundan oyatmağa, müasir ruhda 
tərbiyə etməyə çağırırdı. Bununla 
Zərdabinin səsinə Azərbaycanın bir 
çox görkəmli, maarifpərvər insanları 
səs verirdi. Təbii ki, bu cür demok-
ratik məqalələrindən sonra çarizmin 
diqtəsi ilə özlərini “ziyalı” sayan 
bəzi üzdəniraq insanlar “Əkinçi”nin 
üzərinə “hucum”a keçdilər. Beləliklə, 
1877-ci il sentyabrın 29-da “Əkinçi” 
öz nəşrini dayandırmağa məcbur oldu. 
Azərbaycan milli mətbuatının ilk qa-
ranquşu olan bu qəzet iki illik ömür 
yaşasa da xalqın milli və müasir ruh-
da tərbiyə olunmasında çox böyük rol 
oynadı. Maarifçi və demokratik ide-
yaların carçısı olan “Əkinçi” realist 
Azərbaycan  ədəbiyyatının inkişafın-
da müstəsna xidmətlər göstərdi. Məhz 
buna görə də, belə tərəqqipərvər qəzet 
mürtəce, işğalçı bir rejimin əsarəti al-
tında çox yaşaya bilmədi.
Ə d ə b i y y a t
Əkinçi 1875-1877: tam 
mətni.- Bakı: Avrasiya Press, 
2005.- 496 s.
“Əkinçi” qəzetinin biblioq-
rafiyası /tərt. M.Aslanov.- 
Bakı: Şirvqannəşr, 2005.-  
40 s.
Nazimqızı, K. Həqiqət 
carçısı /K.Nazimqızı; red. 
A.Balayev.- Bakı: Nurlan, 
2000.- 220 s.
Həsənov, Ə. Milli 
mətbuatımızın 137 illiyi qeyd 
olunub /Ə.Həsənov; müsah. 
apardı R.İsmayılov //Kaspi.- 
2012.- 24 iyul.- S.9.
Əliyeva, J. Maarifçi ideyalar 
“Əkinçi”si /J.Əliyeva           
//Azərbaycan.- 2012.- 22 
iyul.- S.2.
Rzayev, M. “Əkinçi” 
ənənələri yaradıcılıqla 
davam etdirilir /M.Rzayev        
//Xalq qəzeti.- 2013.- 9 
iyun.- S.5.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org 
22


206
Ağdam rayonunun işğalı günü
1993
Ə d ə b i y y a t
Abbasoğlu, B. Ağdam 
ağrıları: [məlumat kita-
bı] /B.Abbasoğlu; red. 
V.Quliyev.- Bаkı: Şuşa, 
2003.- 151 s.
Abbasoğlu, B. Seyidlidə 
bitən qeyrət /B.Abbasoğlu; 
red. S.Ağayev.- Bakı: 
Azərbaycan, 1998.- 128 s.
Tofiqli, V. Ağdam çörək 
muzeyi: dünəni, bu günü 
və sabahı /V. Tofiqli.-
Bakı:Adiloğlu,2011.-139 s.
Ağdam rayonu //Qarabağ: 
yaddaş.- Bakı, 2010.- S.105-
122.
Alıoğlu, S. Biz torpaqları-
mıza qayıdacağıq /S.Alıoğlu     
//Respublika.- 2014.- 23 
iyul.- S.6.
Sayadoğlu, P. Ağdam rayo-
nunun ermənilər tərəfindən 
işğal olunmasından 21 il 
ötür /P.Sadayoğlu// Yeni 
Azərbaycan 2014.- 23 iyul.- 
S.6.
İ n t e r n e t d ə
www.anl.az
www.az.trend.az.new
www.az.wikipedia.org
www.milli.az
Ərazisi: 1154 
km² 
Əhalisi: 175400
İşğal tarixi: 23.07.1993
Bu gün Azərbaycanın Ağdam ra-
yonunun işğalından 22 il keçir.
1993-cü il 23 iyul tarixində bi-
rinci Qarabağ müharibəsinin  ən 
geniş miqyaslı  əməliyyatlarından 
biri baş tutmuş, 1993-cü ilin iyun-
iyul aylarında Gəncə və Bakıda baş 
verən hadisələr ermənilərə Qarabağ 
cəbhəsində hücum əməliyyatlarını 
genişləndirmək imkanı vermişdir.
Ağdam üzərinə edilən birinci 
hücum nəticəsiz qalmış, ermənilər 
qüvvəni Ağdərə istiqamətində 
cəmləşdirmiş, iyun ayının 26-da 
Ağdərə düşmən əlinə keçmişdir.
Bunun ardınca ermənilərin iki 
ordu korpusu Ağdam istiqamətində 
əməliyyata başlamışdır. 600 min-
lik erməni ordusuna qarşı  əsasən 
könüllülərdən ibarət və düşməndən 
sayca az olan Azərbaycanın milli 
ordusu durmuş, 42 gün davam edən 
döyüş Ağdamın işğalı ilə sona çat-
mışdır.
Ərazisi 1154 kvadrat kilometr 
olan Ağdamın 882 kvadrat kilomet-
ri, rayon mərkəzi ilə birgə 90 kəndi 
işğal olunmuş, işğal nəticəsində 128 
min insan məcburi köçkün həyatını 
yaşayır. Bunların 17 mini yaşlı 
nəslin nümayəndəsidir.
İşğal nəticəsində  Ağdam rayo-
nunun 38 kolxozu, 12 sənayеsi, 74 
məktəbi, 271 mədəniyyət evi, bütün 
dünyada yeganə olan Çörək muze-
yi, 67 idarə  və 99 klubu düşmən 
əlinə kеçmişdir.
Ağdam uğrunda gedən döyüşlər 
zamanı 6 mindən artıq insan 
şəhid olmuş, minlərlə insan fiziki 
şikəstlik qazanmış, əhali öz doğma 
ev-eşiyindən qovularaq məcburi 
köçkün kimi Azərbaycanın 59 ra-
yonunun 875 yaşayış məntəqəsində 
məskunlaşmışdır.
Ərazisinin 70 faizdən çoxunu 
itirən Ağdamın işğalı ilə Azərbaycan 
iqtisadiyyatı 3 milyard manat vəsait 
itirmişdir. 40 min ha-dan çox əkin 
sahəsi olan və ölkənin  ən iri aqrar 
rayonlarından sayılan Ağdamda 
indi 17 min ha sahədə əkin aparılır.
Ermənistan Silahlı Qüvvələri 
tərəfindən Azərbaycanın Ağdam ra-
yonunun işğalı nəticəsində ölkəmizə 
ümumilikdə 6 milyard 179 milyon 
dollar məbləğində ziyan dəymişdir.
Hər bir azərbaycanlı, hər bir ağ-
damlı  əmindir ki, onun müqəddəs 
ziyarətgahı, dəyişməz qibləgahı 
olan, bu gün azan səsinə həsrət qal-
mış  məscidimiz, musiqi səslərinə 
möhtac qalmış  bərli-bərəkətli tor-
paqlarımız, ata-babalarımızın uyu-
duqları məzarıstanlıqlarımız tеzliklə 
azad еdiləcək.
O gün uzaqda dеyil.
23
İYUL
Tarixdə bu gün


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə