Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə95/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   91   92   93   94   95   96   97   98   ...   173

212
Milli ədəbiyyat 
80 
illiyi
Fikrət Qoca
1935
AV
Q
U
S
T
Fikrət Göyüş  oğlu Qocayev (Fikrət 
Qoca) 1935-ci il avqust ayının 25-də 
Ağdaş rayonunun Kotanarx kəndində 
anadan olmuşdur. Orta təhsilini başa 
vurduqdan sonra 1959-1964-cü illərdə 
Moskvada M.Qorki adına  Ədəbiyyat 
İnstitutunda təhsil almışdır. 
Əsərləri 1956-cı ildən mətbuatda çap 
edilir. Azərbaycan Radio və Televizi-
ya Verilişləri Komitəsində, Azərbaycan 
Yazıçılar İttifaqında beynəlxalq əlaqələr 
üzrə məsul katib, “Azərbaycan gəncləri” 
qəzeti redaksiyasında  ədəbi işçi olmuş, 
“Azərbaycan” jurnalında fəaliyyət 
göstərmişdir. 1987-2004-cü illərdə “Qo-
bustan” incəsənət toplusunun baş redak-
toru olmuşdur. 1998-ci ildən Azərbaycan 
Yazıçılar İttifaqının katibidir.
Çap etdirdiyi şeir kitablarında vətən 
məhəbbəti, vətənpərvərlik duyğuları, 
insan və zaman haqqında düşüncələri 
öz  əksini tapmışdır. Dünyanın bir çox 
ölkəsində yaradıcılıq səfərlərində ol-
muş, həmin ölkələrdə gedən milli azad-
lıq hərəkatlarına  şeirlər həsr etmiş, o 
cümlədən Kubanın azadlıq mübarizi Er-
nesto Çe Gevar (“Ünvansız məktublar”), 
Qvineya-Bisaunun azadlıq hərəkatı xa-
dimi Amilkar Kabral (“Amilkar Kab-
ral”), Filippinin milli qəhrəmanı Xose 
Risal (“Xose Risal”), vyetnamlı gənc Li 
Vi Tom (“Li Vi Tom”) və b. haqqında 
poemalar yazmışdır. Əsərləri bir sıra xa-
rici dillərə  tərcümə olunmuşdur. 1990-
cı illərdə yazdığı “Oddan keçənlər”, 
“İnsan səviyyəsi”, “Adi həqiqətlər” və 
s. poemalarında Azərbaycanda gedən 
azadlıq mübarizəsindən bəhs olunur. 
 
“Ölüm ayrılıq deyil” (1990), “Hələlik, 
- qiyamətədək” (2000) povestlərində 
1990-cı ilin 20 Yanvar hadisələri öz 
əksini tapmışdır.
M.Lermontov, T.Şevçenko, E.Meje-
laytis, İ.Volker, X.Risal, İ.Taufer və b.-
dan tərcümələri var. 
Şairin “Anacan dostum evlənir”, 
“Könlüm”, “Günay”, “Gəl ey səhər”, 
“Çiçək tapa bilmədim”, “Gecə yaman 
uzundur”, “Payız gəldi”, “Bir xumar 
baxışla”, “Arazım”, “Qaytar eşqimi”, 
“Ey xəyal” və başqa  şeirlərinə musi-
qi bəstələnmiş, Azərbaycanın məşhur 
müğənnilərinin ifasında səslənmiş  və 
sevilmişdir.
Gənclərin qəhrəmanlıq və  fədakarlı-
ğından bəhs edən “Təkərlər geri fırla-
nır”, “Yaralı çiçəklər” və “Rəssam dü-
şünür” poemalarına görə 1968-cı ildə 
Azərbaycan komsomolu mükafatını al-
mışdır. 1998-ci ildə  uğurlu yaradıcılıq 
fəaliyyətinə görə “Humay” mükafatı la-
ureatı olmuşdur.
Fikrət Qoca 1978-ci ildə  “Əməkdar 
incəsənət xadimi”, 1999-cu ildə “Xalq 
şairi” fəxri adlarına layiq görülmüşdür. 
1995-ci ildə Azərbaycan Respublikası-
nın “Şöhrət” ordeni ilə təltif edilmişdir.
2010-cu ildə Azərbaycan Respubli-
kası Prezidenti cənab  İlham  Əliyevin 
sərəncamına 
əsasən Azərbaycan 
ədəbiyyatının inkişafındakı xidmətlərinə 
görə Fikrət Göyüş  oğlu Qocayev 
“Azərbaycan Respublikası Prezidenti-
nin fəxri diplomu” ilə təltif olunmuşdur.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri: 6 
cilddə /F.Qoca; red. Y. 
Qoca; burax. məsul. 
A.Qüdrətoğlu.- Bakı: 
Azərnəşr, 2005.-    362 s.
Adi həqiqətlər: şeirlər 
və poemalar /F.Qoca; 
portretin müəl. 
T.Nərimanbəyov; ön 
sözün müəl. Anar; red. 
A.Əmrahoğlu.- Bakı: 
Azərnəşr, 2000.- 220 s. 
Hələlik, qiyamətəcən...: 
[nəsr əsərləri] /F.Qoca; 
rəssam Azər Ələkbərov.-
Bakı: Yurd, 2001.- 392 s.
Pənah, G. Fikrət 
Qocanın yaradıcılıq 
yolu /G.Pənah; red. 
A.Arifqızı.- Bakı: Yurd, 
2006.-352 s.
Yusifli, V. Fikrət Qoca 70 
il /V.Yusifli; red.: Y.Qoca, 
V.Yusifli.-Bakı: Nurlan, 
2005.-192 s. 
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.kitabxana.net
25
Şair


213
Milli ədəbiyyat 
80 
illiyi
Əlibala Hacızadə
1935-2009
AV
Q
U
S
T
Əlibala Qüdrət oğlu Hacızadə 1935-
ci il avqust ayının 28-də Biləsuvar rayo-
nunun Ağalıkənd kəndində anadan ol-
muşdur. Rayonun Xırmandalı kənd orta 
məktəbində  təhsil alımış, 1953-cü ildə 
ADU-nun şərqşünaslıq fakültəsinə, fars 
şöbəsinə qəbul olunmuşdur.
Əmək fəaliyyətinə 1958-ci ildə 
Azərbaycan EA-nın Yaxın və Orta Şərq 
xalqları İnstitutunda (indiki Şərqşünaslıq 
İnstitutu) kiçik elmi işçi kimi başla-
mışdır. 1964-cü ildə  filologiya elmləri 
namizədi alimlik dərəcəsini almışdır.
1966-1970-ci illərdə  Əfqanıstanda 
mütərcimlik etmişdir. Sonra Bakıya qa-
yıdan yazıçı 1976-cı ildən yenidən Ya-
xın və Orta Şərq xalqları  İnstitutunda 
baş elmi işçi vəzifəsində işləmiş və öm-
rünün sonuna kimi həmin institutun İran 
filologiyası şöbəsində çalışmışdır. 1994-
1996-cı illərdə “Nizami” jurnalının baş 
redaktoru olmuşdur.
Onun “Mənim müəlliməm” adlı ilk 
hekayəsi 1956-cı ildə “Gəncliyin səsi” 
almanaxında dərc olunmuşdur. Bundan 
sonra dövri mətbuatda vaxtaşırı  çıxış 
etmişdir. 1962-ci ildən Yazıçılar Birliyi-
nin üzvü olmuşdur.
XX əsrin 80-ci illərində Ə.Hacızadənin 
qələmə aldığı “Möcüzə” romanı o 
dövrdə baş verən mürəkkəb ictimai 
proseslərə özünəməxsus bir baxışı  əks 
etdirirdi. Yazıçının XX əsr İran poeziya-
sının məşhur nümayəndələrindən olan 
Fərrux Yəzdiyə həsr olunmuş monoqra-
fiyası dünya şərqşünaslığında bu böyük 
şairin həyat və yaradıcılığı haqqında ilk 
geniş tədqiqat olmuşdur. Bundan başqa 
o, müasir İran romanının tipologiyası-
na dair fundamental elmi araşdırmanın 
müəllifidir. O, həmçinin bir sıra orta əsr 
mənbələrini dilimizə tərcümə etmişdir.
Onun Azərbaycan ədəbiyyatına gətir-
diyi yeni mövzulardan biri elmi mühi-
tin təsviridir. Bu, təbii ki, onun yarım 
əsrdən artıq çalışdığı mühitlə  əlaqədar 
olmuşdur. O, romanları ilə elm adam-
larının bir növ qapalı olan həyatını ge-
niş oxucu kütləsinə çatdırmışdır. Onun 
əsərləri oxucular tərəfindən bu gün də 
sevilə-sevilə oxunur. 
Ə.Hacızadə  həm də gözəl novella 
ustası idi. Bu novellalarda kəskin, öldü-
rücü satiradan çox, incə yumor, zarafat 
nəzərə çarpır. Ədibin həyati realist inikas 
bacarığı, təsvir imkanları, konkret, dəqiq 
lövhə  çəkmək məharəti bədii surətlərin 
zahiri görkəmində  və kiçik məişət epi-
zodlarının təsvirində diqqəti cəlb edir.
1993-1994-cü illərdə “İtkin gəlin” ro-
manı əsasında yazdığı ssenarisinə 12 se-
riyalı  bədii televiziya filmi çəkilmişdir. 
Onun sözlərinə  bəstələnmiş mahnılar 
populyar müğənnilərin repertuarında 
özünəməxsus yer tutmuşdur.
Yazıçı Azərbaycan Respublikası Pre-
zidentinin fərdi təqaüdçüsü olmuş, İran-
da “Ölməz şəxsiyyətlər” mükafatına la-
yiq görülmüş, çoxillik elmi fəaliyyətinə 
görə AMEA Rəyasət Heyətinin Fəxri 
fərmanı ilə təltif edilmişdir.
Əlibala Qüdrət oğlu Hacızadə 2009-
cu il oktyabr ayının 9-da Bakıda vəfat 
etmişdir.
Ə d ə b i y y a t
Əsərləri: 10 cilddə 
/Ə.Hacızadə; red. 
M.Mahmudov.-Bakı: 
Nafta-Press, 2004-2005.
Mənim yazıq ürəyim: 
şeirlər /Ə.Hacızadə; tərt. 
ed. R.Sultan.- Bakı: Nafta-
Press, 2007.-145 s.
Sevəcəyəm: şeirlər, 
hekayələr /Ə.Hacızadə.-
Bakı: Diplomat, 2001.- 
170 s.
Təyyarə kölgəsi: ro-
man /Ə.Hacızadə; red. 
Z.Əsgərova.-Bakı: 
Gənclik, 1992.- 304 s.
Vəfalım mənim: ro-
man /Ə.Hacızadə; red. 
Z.Əsgərova.-Bakı: 
Gənclik, 1993.- 368 s. 
Ayrılığın sonu yoxmuş       
//Mədəniyyət.- 2013.- 28 
avqust.- S. 11.
Əhmədova, C. Əlibala 
Hacızadə yolu - sadə, 
zəngin və maraqlı 
/C.Əhmədova //525-ci 
qəzet.-2011.-31 mart.- S.7.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
28
Yazıçı


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə