Tərbiyənin yaranması və inkişafı haqqında



Yüklə 34,67 Kb.
səhifə6/6
tarix01.06.2023
ölçüsü34,67 Kb.
#114868
növüYazı
1   2   3   4   5   6
tərbiyənin yaranması və inkişafı

Özünütərbiyə. Ilkin tərbiyəyə və yenidəntərbiyəyə nisbətən özünütərbiyə daha
çətin, daha kamil, daha mürəkkəb prosesdir. Çünki əvvəla, ilkin tərbiyə və
yenidəntərbiyədə də iki tərəfin (tərbiyəçinin və tərbiyəolunanların) iştirakı zəruri
şərtdir. Hər iki halda uşaqlara yeniyetmə və gənclərə aşılanan mənəvi keyfiyyətlər
bilavasitə tərbiyəçilərin nəzarəti və rəhbərliyi ilə reallaşır. Özünütəbiyə zamanı isə
uşaq, yeniyetmə və ya daha da yaşlı şəxs tərbiyəçinin nəzarəti və rəhbərliyi olmadan
müstəqil, öz təşəbbüsü ilə zəruri saydığı mənəvi keyfiyyətləri mənimsəyir. Deməli,
tərbiyəçinin bilavasitə nəzarəti olmadan, lakin onların məsləhətlərinə əsasən şəxsin
cəmiyyət üçün faydalı keyfiyyətləri məqsədyönlü və planlı surətdə mənimsəməsi
özünütərbiyədir. N.Tusinin, K.D.Uşinskinin, L.Tolstoyun və başqalarının
özünütərbiyə nümunələri tarixdən məlumdur.
Çox qədim tarixə və zəngin mədəniyyətə malik olan, coğrafi cəhətdən türkislam
dünyasının mərkəzində yerləşən Azərbaycan və bu yurdun qədim sakinləri olan
azərbaycanlılar hələ qədim zamanlardan yazı və oxu mədəniyyətinə malik olmuş,
dövrün, ictimai həyatın xüsusiyyətlərinə uyğun təhsil ocaqları yaratmış, insanları
inkişafa, tərəqqiyə, yüksək əxlaqa səsləyən müdrik fikirlər söyləmişlər. Zamanzaman
ölkəmizə edilən basqınlar üzündən ulu babalarımızın yaratdıqları zəngin elmi,
ədəbi və pedaqoji irsin mühüm bir qismi tələf edilmiş, böyük bir mənəvi xəzinə
vətənimizdən çıxarılmış, başqa ölkələrə aparılmış və bir qismi də zəmanəmizə gəlib
çıxmamışdır.
Yüklə 34,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə