edib, özü darüssürur Tiflisə azim oldu. Amma
rəşid və kamil olan Pyotr
Stepanoviç əvvəl öz zirdəstində olan qoşunu ilə Araz kənarında olan
Cəbrayıllı və sair xalqlara çapavül edib, çox mal və qoyun qarət və kəsib
elədi. Tuğ kəndinin xalqını ki, Araz kənarında idilər, hənuz o taya
getməmişdilər, köçürüb geri yenə özlərinə gətirdi və öz ziri-hökmündə
olan polku götürüb Ağoğlanda ordu elədi. Həmişə irəliki böyüklər,
general Nebolsin və general Xanveysov həmə il qoşun ilə Əsgəran
qalalarının yanında ordu edərdilər. Amma
Pyotr Stepanoviç Araza yavuq
ordu elədi ki, sərhəd tərəfindən Arazdan keçib, quldurluğa və düşmənliyə
gələn qoşunlardan tez xəbərdar olmağa ki, Ağoğlandan Araz kənanna altı
ağac olub, o ilin bahar fəsli olanda, naibüssəltənə gəlib Araz kənarında
Aslanduzda ordu elədi. Haman ildə fransızın Rusiyaya gəldiyi şöhrət
buldu
1
. Sərdar markiz Pauluççi məzur olunub Rusiyaya çağırdılar.
Əvəzində general Rtişşev sərdar olub, bu məmalikə gəldi.
Yenə haman
ildə İran dövləti ilə saziş və müsalihə nağılı aralığa düşüb, sərdar Rtişşev
Qarabağa gəldi. General Haqverdiyev Araz kənarına gedib, vəziri-qayim-
məqam Mirzə Əbülqasım ilə orada güftəgular elədilər. Əvvəldən Pyotr
Stepanoviç müsalihə etməyə razı deyildi. İstərdi ki, Qırçı müqəddiməsinə
bir əvəz çıxa. Amma sonra yenə şöylə oldu ki, Haqverdiyev ilə
qayimməqamın güftü guları mütabiq gəlməyib, o dəfə müsalihə surəti
əmələ gəlmədi. Pyotr Stepanoviç Ağoğlanda ordu ilə qaldı. Sərdar
Rtişşev dəxi qayıdıb, Tiflisə getdi. Bu əsnada qayimməqam Mirzə
Əbülqasım 200 atlı zübdə süvarilərdən xəlvət yollamışdı ki, Ağoğlandan
Rusiya qoşununun ilxı atlarını qovub aparalar. Dəxi əlavə atlılardan
xəlvət
yerlərdə qoyub ki, əgər Qazax polku haraya gəlsələr, onlara həmlə
edib, şikəst eliyələr. Pəs, rəşid olan Pyotr Stepanoviç xəbərdar olub, bir
növ nizam ilə Qazax polkunun təyin eylədi ki, təmam Qızılbaşm o
atlılarını basm, əlli-altmış nəfərdən ziyadə onlardan qətlə yetirdilər.
Qalam bineyl məram həzimət qılıb, qayimməqamın o tədbiri özünə zərər
etməkdən qeyri bir nəf hasil eləmədi. Əlqissə, haman Rtişşev sərdarın
vaxtında idi ki, İran dövlətindən Mirzə Əbülhəsən xan əmri-müsalehədən
ötrü
məmur və
________________
1
Napoleon qoşunlarının 1812-ci ildə Rusiyaya hücumu nəzərdə tutulur.
219
təyin olub, gəldi Şəb torpağına və Rusiya dövlətindən dəxi mötəmid
gedib, orada izdihami-təmam və cəmiyyəti-məlakəlam ilə bənayi-
müsaliheyi-üstüvar və istiqrar tapdı. O müsalihəyə "Gülüstan sülhü"
1
adı
qoydular. Ondan sonra müddəti-fəraqət və əmniyyət hasil oldu... Hicri
1229 (1813)-cu ildən ta 1242/1826 tarixədək aləmi-pürfıtnə aram qıldı.
Ta ki, bir müddət keçəndən sonra general Rtişşev sərdarlıqdan çıxdı.
Əvəzində general Yermolov mənsub olub, Tiflisə gəldi. Bundan sonra
təmam vilayətlərin işlərinə diqqət yetirib, Yermolov təzə qanunlar qoydu.
Hər vilayətin tələbinə görə zabitlər icad edib, bəzi vilayətlərdə qəribə
görünən işlər və səyaqlar başladı.
Pyotr Stepanoviç məzur olub, general
Mədətov Şəki və Şirvan və Qarabağ və Talış və Lənkəran vilayətlərinə
okrujnoy naçalnik mənsub oldu. Dəxi qoşun ilə Qarabağda sükunət edib,
Mədətov həm pareyi-işlər əmələ gətirdi ki, şul zabitə və ixtiraata
mütəhhəmmil ola. Bilməyib, o illərdə Qarabağ hakimi mərhum
Mehdiqulu xan və Şirvan hakimi Mustafa xan Qızılbaşa fərar etdilər. Şəki
xanı İsmayıl xan həm vəfat etdi. Bu üç xannəşin vilayətlər 1822-ci ildə
dövləti-Rusiya təhtinə daxil oldular. Sərdar Yermolov dəxi bu yerlərdə
divanxanalar açdı. Divanbəylər tikdi (seçdi), komendantlar təyin eylədi.
Təmam işləri özü ixtira etdiyi qanun və zakona mühəvvəl və mərcu etdi.
____________
1
Gülüstan sülh müqaviləsi 12 oktyabr 1813 -cü ildə Qarabağın
Gülüstan kəndində Rusiya ilə
İran dövləti arasında imzalandı. Bu müqaviləyə görə Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Talış
xanlıqlan Rusiyaya qatıldı.
220
İYİRMİ BEŞİNCİ FƏSİL
QIZILBAŞİYƏ DÖVLƏTİ DÜBARƏ NƏQZİ-ƏHD EDİB,
İZHARİ-ƏDAVƏT ETDİYİN VƏ 1242HİCRİDƏ
MÜTABİQİ - 1826 - SƏNEYİ-MƏSİHİYYƏDƏ
NAİBÜSSƏLTƏNƏ ABBASMİRZƏ ŞUŞA QALASI
ÜSTƏ QARABAĞA GƏLİB, BURADAN MƏĞLUB OLUB
GETDİYİN VƏ RUSİYA QOŞUNU VƏ PASKEVİÇ
SƏRDARIN TƏBRİZƏDƏK ƏZM EDİB,
GETDİYİN VƏ AXIRINCI ƏHD VƏ
MÜSALEHƏ DÖVLƏTEYN ARASINDA
İSTEHKAM BULMAĞIN VƏ CƏNG VƏ
MÜNAZEƏ BİLMƏRRƏ QƏT OLUB,
VİLAYƏTLƏR ARAM VƏ FƏRAQƏT
OLMAĞIN BƏYAN EDİR
Dövləteyn-əliyyətey və səltənəteyni-behannəteyni-İran və rus arasında
vaqe olan sülh və müsalihə ki, 1808-ci il
1
tarixi-məsihiyyədə vaqe
olmuşdu. Lazım olan qanunlarla təsbitləşmiş və layiq olan qaydalar ilə
möhkəm və məbud var idi.
O vaxta qədər ki, məsihiyyə tarixi 1826 oldu.
Pəs haman ildə xalqın arasmda şayə və müntəşe oldu ki, mübaşirini-
dövləti-İran sülh peymamm pozmağı və viran etməyi lazım bilib, dava və
ədavət fikrinə düşüblər. Əmnai-dövləti-Rusiya bu gunə kəlamata mütləqa
bavər və etibar etməyib, kizb və xilaf buyurdular. Belə ki, bu əsnada
imperaturi-əzim tərəfindən rəsuli-mötəmid və səfiri-mötəqid knyaz
Menşikov İran dövlətinə rəsalət və səfarətə məmur olmuşdu. Gəlib
Qarabağdan və Xudafərin körpüsündən keçib, İran
dövlətinə elçiliyə
getdi. Pəs bu əməl xalqı dəxi artıq fəriq və xatircəm elədi. Əlqissə, haman
elçi Qoçandan übur edən vaxtda Qızılbaş sipahisi ilə mülaqat edib, dəxi
məqdur olmayıb ki, əmnayi-dövlətə bu əhvalı izhar edib bu ətrafda olan
hadisələrdən xəbərdar etsin. Ta ki, Qızılbaş əsgərləri və naibüssəltənə
gəlib Araz suyundan keçən vaxtda neçə nəfər qazaxlar çayda bədənlərini
şüs-tüşu edərmişlər. Onları mtub, məqtul edib, oradan keçib, gəliblər
_________
1
1808
tarixi səhvdir, 1813-cü il olmalıdır.
221