TəSDİq ediRƏm təhsil işləri üzrə prorektor dos. Məmmədov Q.Ə


VI. Fənnin tədrisinə ayrılan saatların mövzular üzrə paylanması



Yüklə 27,18 Kb.
səhifə6/6
tarix14.03.2022
ölçüsü27,18 Kb.
#84491
1   2   3   4   5   6
Sillabus

VI. Fənnin tədrisinə ayrılan saatların mövzular üzrə paylanması.




Mövzular

Cəmi

O cümlədən

Müha-zirə

Labora-toriya məşğələsi

Seminar məşğə-ləsi

1

2

3

4

5

6

1

Fənnin tədrisində məqsəd və onun qısa məzmunu. Dağ əmələ gəlmə prosesi. Neft və qaz laylarının yaranma mexanizmi və çökmə süxurların laylanması. Yerin daxilində baş verən tektonik proseslər. Geoloji tələlərin yaranması.

1

1







2

Neft-qaz yataqlarının sənaye əhəmiyyətlini müəyyən edən əsas amillər . Təbii neft və qaz kollektorları.

2

2







3

Dağ süxurlarının məsaməliyi.

10

2

6

2

4

Dağ süxurlarının qranulometrik (mexaniki) tərkibi.

6

2

4




5

Dağ süxurlarının keçiriciliyi.

10

2

6

2

6

Dağ süxurlarının xüsusi səthi. Çatlı süxurların kollektorluq xassələrı.

6

2

2

2

7


Dağ süxurlarının mexaniki xassələrı. Süxurların gərginlikli vəziyyəti və ona təsir edən amillər. Lay təztiqi və temperaturu.

2

2







8

Neft-qaz yataqlarında neftin, qazın və suyun yatım şəraiti.

2

2







9

Dağ süxurlarının istilik xassələrı: istilik tutumu, istilik keçirmə və istilik ötürmə.

2

2







10

Neftin və təbii qazın tərkibi. Mayelərin lay şəraitində fiziki xassələrı

4

2

2




11

Qazların fiziki xassələrı. Real qazların hal tənliyi. Qazın sıxılma əmsalı.

2

2







12

Qazın və neftin məsaməli mühitdə xətti-paralel və radial süzülməsi. Darsi qanunu.

6

2

2

2

13

Qeyri-Nyuton mayelərin əsas reoloji parametrləri və onların müəyyən edilməsi.

10

2

6

2

14


Qazın neftdə və lay suyunda həll olunması. Doyma təzyiqi. Lay sularının fiziki xassələri və onlara təzyiq və temperaturun təsiri.

2


2








15

Karbohidrogen sistemlərinin faza halları. Bir, iki və çox komponentli sistemlərin faza çevrilmələrinin diaqramı və onların kritik (böhran) temperaturu və təzyiqi. Retroqrad hadisələr. Krikondenterm və krikondenbar.

2

2







16

Təbii qaz və kondensat sistemlərinin nəmliyi. Mütləq və nisbi nəmlilik. Qaz hidratları və onların yaranma mexanizmi.

2

2







17

Qazkondensat yataqlarının xassələri. Qazkondensat qarışıqlarının faza vəziyyəti və yatağın işlənilməsində kondensat itgisi.

4

2




2

18

Neft-qaz-su süxur sisteminin molekulyar-səthi xassələri. Səthi gərilmə və səthi enerjisi. İslanma hadisəsi. Adgeziya və kogeziya.

2

2







19

Neftin məsaməli mühitdən su və qaz ilə sıxışdırılması prosesində baş verən səth və kapilyar hadisələr.

2

2







20

Neft və yataqlarına təsir edən qüvvələr və lay enerjisi. Neft və qaz yataqlarının işlənmə rejimləri.

2

2







21

Neft və qaz yataqlarının quyularla işlənməsi və istismarı zamanı məhsuldar laylarda baş verən proseslər. Yataqların müxtəlif işlənmə rejimlərində neft vermə əmsalı.

6

2

2

2

22


İstismar quyuları. Məhsuldar laydan maye və qazın quyu dibinə axmasının süzülməsinin şərtləri. Axın tənliyi. Məhsuldar laylardan istismar quyularına neftin su ilə sıxışdırılması prosesində yaranan zonalar. Fazalar üçün kəsilməzlik tənlikləri və hərəkət qanunları.

3

2




1

23


İstismar quyularının debitlərinin müəyyən edilməsi. Layların və quyuların qarşılıqlı təsiri və birgə işi.

2


2











Cəmi

90

45

30

15


VII. İstifadə olunan ədəbiyyat


  1. Mirzəcanzadə A.X., Əhmədov Z.M., Qurbanov R.S. “Neft layının fizikası”, Bakı, Maarif, 1983, 330.

2. Ш.К.Гиматуддинов, А.И.Ширковский «Физика нефтяного и газового пласта», Москва, Недра, 1982, 390

3. Эфрос А.Л. Физика и геометрия беспорядка, М, Наука, 1982

4. А.Х.Мирзаджанзаде «Парадоксы нефтяной физики», Азернешр, Баку, 1981

5. Уокер Дж. Физический фейерверк, М, Мир, 1989


IX. Təhsilalanların vəzifələri:
1) İxtisasa dövlət ali təhsil standartlarına uyğun biliyə, bacarığa və praktiki vərdişlərə

yiyələnmək;

2) Pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

3) Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;

4) Təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalar və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək;

5) Dərsin məzmununa, məqsəd və vəzifələrinə dərindən yiyələnmək;

6) Fənn mövzularının müzakirələrində fəal iştirak etmək;

7) Dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;

8) Referat, kollokviumların verilməsinə və davamiyyətə ciddi əməl etməlidirlər.
X. Təhsilverənlərin vəzifələri:

1) Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

2) Təhsil proqramlarının mənimsənilməsini təmin etmək;

3) Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

4) Təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək və s.
XI. Tələbələrin biliklərinin qiymətləndirilməsi və nəzarətin formaları
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 100 ballıq qiymətləndirmə sistemi tətbiq olunur. Hər bir fənn üzrə semestr ərzində 2 dəfə aralıq imtahanı keçirilir.

Aralıq imtahanı yazılı və ya test şəklində, fənni tədris edən müəllim tərəfindən aparılır. İki aralıq imtahanlardan tələbə maksimum 20 bal toplaya bilər.

Bundan əlavə tələbə semestr ərzində sərbəst işə görə, semestr ərzində 2 dəfə aralıq imtahana görə, davamiyyətə görə, kurs işinə görə, təqdimata görə və s. bal qazana bilər. Beləliklə, tələbə imtahana qədər ən çoxu 50 bal toplaya bilər.

Kafedrada sistematik olaraq fənn müəllimi və ya digər ixtisas müəllimləri tərəfindən tələbələrə məsləhət verilməsi təşkil edilir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində semestr imtahanları, imtahan üçün nəzərdə tutulmuş, kompüterləşdirilmiş, yerli şəbəkəyə qoşulmuş xüsusi otaqlarda kompüter vasitəsilə test şəklində və ya kafedraların təqdimatı ilə müəyyən fənlərdən beş suallı təsdiq olunmuş biletlər əsasında şifahi, yaxud yazılı formalarda keçirilir, tələbə imtahan zamanı ən çoxu 50 bal toplaya bilər.

İmtahan otağında ancaq texniki işçilərdən ibarət xüsusi nəzarətçilər olur. Tələbə imtahana şəxsiyyət vəsiqəsi və tələbə bileti ilə buraxılır. İmtahana ayrılan vaxt 120 dəqiqədir.

Tələbə biletdəki sualları düzgün hesab edib vaxt tamam olduqda onu nəzarətçiyə təhvil verir və ya əgər imtahan testlə aparılarsa, biletdəki sualları düzgün hesab edib onda qryd etdiyi cavablarını təsdiq etdikdən sonra imtahanı yekunlaşdırdığını bildirən düyməni basdıqda aralıq imtahanlarının nəticələri də nəzərə alınmaqla (imtahan suallarından ən azı 17 bal toplamaq şərti ilə) onun aldığı qiymət monitorda görünür. İmtahanların nəticələri ADNSU-nin saytında (www.asoiu.edu.az), yerli şəbəkə vasitəsi ilə mərkəzə, fakültə dekanlıqlarına ötürülür.
Qiymətləndirmə sistemi aşağıdakı kimidir:

-51 baldan aşağı - «qeyri-kafi» - F

-51-60 bal - «qənaətbəxş - E

-61-70 bal - «kafi» - D

-71-80 bal - «yaxşı» - C

-81-90 bal - «çox yaxşı» - B

-91-100 bal - «əla» - A

Tələbə imtahanın nəticəsi ilə razı olmadıqda, imtahandan sonrakı 3 gün ərzində Universitetin Apelyasiya komissiyasına yazılı şəkildə müraciət edə bilər.

Fənn üzrə akademik borcu qalan tələbələrin sayı az olduqda bir kurs aşağı qruplarla həmin fənləri yenidən mənimsəyir, sonra imtahana buraxılır.

Fənn üzrə akademik borcu olan tələbələrin sayı çox olarsa yeni tədris qrupu təşkil edilir, yaxud tədris yay semestrində həyata keçirilir.


İmza:

…..2021
Yüklə 27,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə