tərcümə guşəsi
55
USTAD
dərgisi \ Fevral 2016
54
USTAD
dərgisi \ Fevral 2016
vaxt həmin hadisədən danışmadılar. Ancaq
mən həqiqəti dərk edirdim.
Əgər cəhd
etsəydim, K.-nı xilas edə bilərdim. Bəlkə də
yanına qaçıb sürüyə-sürüyə onu dalğanın
çatmayacağı bir yerə aparmaq olardı. Ola
bilsin ki, saniyə fərqi ilə xilas edəcəkdim,
ancaq hadisələri yaddaşımda birləşdirəndə,
həmişə “bunu bacarardım”, – deyə
düşünürəm. Əvvəldə dediyim kimi, qorxudan
özümü itirsəm də, etdiyim hərəkətin adı K.-
nı buraxıb öz canını xilas etmək idi.
K.-nın ailəsinin məni günahlandırmaması
və heç kimin yanımda hadisə barədə
danışmaması mənə daha çox təsir edirdi.
Yaxamı bu mənəvi əzabdan qurtarmaq
üçün xeyli müddət lazım oldu. Bir neçə
həftə məktəbə getmədim. Güc-bəla ilə nəsə
yeyir, bütün günümü çarpayıda tavana
baxaraq keçirirdim. K.
həmişə orada idi,
dalğanın ucunda – uzanmış vəziyyətdə mənə
gülümsəyir, əlini uzadaraq məni çağırırdı. O
görüntünü heç cür zehnimdən silə bilmirdim.
Nə vaxt yatsam, yuxularıma girirdi. Həmişə
də dalğanın içində görünən kapsuladan
hoppanıb biləyimdən tutur, məni də özünə
tərəf çəkirdi.
Tez-tez gördüyüm başqa bir yuxu da
vardı. Görürdüm ki, gözəl bir yaz səhəri
okeandayam. Sahildən xeyli uzaqda qurbağa
kimi üzürəm. Günəş kürəyimi isidir, su
adama ləzzət verir... Sonra,
birdən-birə nəsə
sağ ayağımdan tutur. Hiss edirəm ki, buz
kimi soyuq bir şey topuğumdan bərk-bərk
yapışıb. Həddindən artıq sərt şəkildə məni
silkələyir, suyun altına doğru dartışdırır.
Orada K.-nın üzünü görürəm... Eyni cür
irişməyə başlayır... Ağzı o gün olduğu kimi
qulaqlarına qədər çatır... Gözləri də gözümə
zillənib... Qışqırmaq istəsəm də, səsim
çıxmır. Ağciyərim su ilə dolmağa başlayır...
Qaranlıqda qışqıraraq təngnəfəs və tər içində
oyanıram....
Həmin ilin axırında valideynlərimə başqa
bir şəhərə getmək istədiyimi bildirdim.
Mənə icazə vermələri üçün yalvardım.
K.-nı udan okeanın sahilində yaşamağa
davam edə bilməzdim. Onsuz da bilirdim ki,
qarabasmalarım məndən əl çəkməyəcək...
Əgər çıxıb getməsəydim, dəli olacaqdım.
Ailəm istəyimi anlayışla qarşıladı. Başqa
şəhərdə yaşamağıma razı oldular.
Yanvar ayında Komoro yaxınlığındakı
Naqano şəhərində
yerləşən dağ kəndində
atamın valideynləri ilə yaşamağa başladım.
İbtidai sinfi və orta məktəbi Naqanoda
bitirdim. Hətta bayramlarda belə evə
getmirdim. Hərdən valideynlərim məni
görməyə gəlirdilər.
Hələ də Naqanoda yaşayıram.
Mühəndislik ixtisası üzrə Naqano şəhər
kollecini bitirib tikinti alətləri hazırlayan
şirkətdə işləməyə başladım. İndi də orada
çalışıram. Hamı tək sadə həyat sürürəm.
Gördüyünüz kimi, heç bir qəribəliyim yoxdur.
Düzdür, sosial həyatım elə də aktiv deyil.
Təkcə alpinizmlə məşğul olduğum bir neçə
dostum var.
Evimi tərk edəndən sonra artıq
qarabasmalar görmürdüm. Ancaq onlar
həyatımın bir hissəsi olaraq qalırlar. Nə vaxt
ki, unutmağa başlayıram, borcum varmış
kimi qapımı döyürlər. Və həmişə də ən kiçik
detalına qədər eyni yuxunu görür, qışqıraraq
oyanıram. Yatağım büsbütün su içində olur.
Elə buna görə də heç vaxt evlənmədim.
Gecənin bir yarısında heç kimi qışqıraraq
yuxudan oyatmaq istəmirəm.
Bu illər ərzində çox qadınla sevgili oldum,
amma gecəni heç kimlə bölüşmədim.
Qorxu iliyimə qədər işləmişdi. Bu, kiminləsə
bölüşəcəyim bir qorxu deyildi. Düz qırx il
evimdən uzaqda yaşadım.
Heç vaxt hər
hansı bir sahilin yaxınlığına gedə bilmədim.
Qorxurdum ki, yuxularım reallaşar.
Üzməkdən xoşum gəlirdi, ancaq həmin
gündən sonra heç hovuza da girmədim.
Həmçinin dərin çayların və göllərin
yaxınlığında da olmadım. Qayığa da minə
bilmirdim. Xaricə gedəndə təyyarədən
belə istifadə etmirdim. Bütün bu ehtiyat
tədbirlərinə baxmayaraq, boğulmağımla bağlı
yuxunu unutmaq mümkün olmurdu. K.-nın
soyuq əli kimi bu hissiyat da düşüncələrimə
hakim kəsilmişdi və məndən əl çəkmirdi.
Nəhayət, keçən yaz, mən axır ki, dalğanın
K.-nı udduğu sahilə baş çəkdim. Atam bir
il əvvəl xərçəngdən dünyasını dəyişmiş,
qardaşım isə köhnə evimizi satmışdı.
tərcümə guşəsi
57
USTAD
dərgisi \ Fevral 2016
56
USTAD
dərgisi \ Fevral 2016
Çardaqda karton qutuda uşaqlığıma aid
bəzi əşyalar tapmış və mənə – Naqanoya
göndərmişdi. Çoxu istifadəyə yararsız
əşyalar
olsa da, içində K.-nın çəkib mənə verdiyi
rəsmlərdən ibarət bir qutu da var idi. Yəqin
ki, valideynlərim K.-dan yadigar qaldığından
onu mənim üçün qoruyub-saxlamışdılar.
Ancaq bu rəsmlər içimdəki qorxunu
oyatmaqdan başqa heç bir işə yaramadılar.
Elə bilirdim K.-nın ruhu geri qayıdıb
rəsmlərdə canlanacaq... Buna görə də onları
atmaq üçün yenidən qutuya qoydum. Ancaq
heç cür ata bilmədim.
Bir neçə gün davam edən qərarsızlıqdan
sonra qutunu yenidən açdım və özümü
saatlarla K.-nın əl işlərinə baxmağa məcbur
etdim. Əksəriyyəti mənzərə rəsmləri idi.
Kağızlarda okeanın tanış sahili, şam ağacları
və bizim şəhər təsvir olunurdu. Hamısı da
K.-nın əlinin rəngində və şəffaflığında idilər.
Üstündən illər keçməsinə baxmayaraq,
onlar hələ də heyranedici dərəcədə canlı
idilər və yaddaşımda olandan daha təsirli
görünürdülər.
Qutudakı rəsmlər içimdəki isti xatirələri
yenidən oyatdı. Balaca K.-nın dərin
hisləri, dünyaya baxışı bu şəkillərdə öz
əksini tapmışdı. Birlikdə etdiyimiz şeyləri,
getdiyimiz yerləri sürətlə xatırlamağa
başladım. Və gözlərinin gözlərim olduğunu,
birlikdə gəzdiyimiz vaxtlarda dünyaya onun
canlı, qəmsiz baxışı ilə baxdığımı anladım.
Ondan sonra işdən qayıdanda hər gün K.-nın
şəkillərini nəzərdən keçirməyə adət etdim.
Hər bir əsərinə oturub saatlarla baxırdım.
Həmişə də uşaqlığıma
aid uzun müddətdir ki,
beynimdə gizlətdiyim bir mənzərəni tapırdım.
K.-nın əl işinə baxdıqca beynimə bəzi
şeylərin yayıldığını hiss edirdim. Təxmini
bir neçə həftə bu cür davam etdikdən sonra
günlərin birində ağlıma bir fikir gəldi: İllərdir
dəhşətli bir səhvə yol verirdim. Dalğanın
ucunda uzanarkən K. mənə nifrətlə və
yaxud da incik-incik baxmırdı, məni özü ilə
aparmaq istəmirdi. Gözlərini mənə zilləyərək
gülümsəməsi də, təsadüfən, ya da işıq və
kölgənin düşmə bucağının təsirindən əmələ
gəlmiş ola bilərdi. Bu, K.-nın bilərəkdən
etdiyi bir hərəkət deyildi. Çox güman ki,
onda artıq dərketmə qabiliyyətini itirmişdi,
sanki ömürlük ayrıldığımıza
görə mənə
xəfifcə gülümsəyirdi. Bəlkə də, üzündə
gördüyümü zənn etdiyim kəskin nifrət
baxışı həmin anda məni ələ keçirmiş dərin
qorxunun əksindən başqa bir şey deyilmiş.
O axşam K.-nın əsərlərinə baxdıqca yeni
düşüncələrimə daha çox inandım. Rəsmə
nə qədər çox baxsam da, bir uşağın zərif və
təmiz ruhundan başqa heç nə tapa bilmədim.
Uzun müddət yazı masamda oturdum.
Edə biləcəyim başqa heç nə yox idi. Günəş
batdı və axşamın solğun qaranlığı otağı
bürüməyə başladı. Sonra ətrafa gecənin
dərin səssizliyi çökdü. Elə bil, sonsuzluğa
qədər belə davam edəcəkdi. Nəhayət,
vəziyyət dəyişdi və qaranlıq öz yerini dan
yerinin şəfəqlərinə verdi. Yeni bir günün
günəşi səmanı çəhrayı rəngə boyadı. Məhz
həmin anda geri qayıtmalı olduğuma qərar
verdim. Bir neçə əşyamı çantaya atdım, işə
gəlməyəcəyimi
demək üçün şirkətə zəng
etdim və köhnə şəhərimə qayıtmaq üçün
qatara mindim.
O sakit, kiçik sahil qəsəbəsi xatirələrimdə
olduğu kimi deyildi, çox dəyişmişdi. 60-cı
illərdə qısa müddət ərzində sürətlə inkişaf
edən sənaye şəhəri yaranmış, görünüşü
fərqli olmuşdu. Stansiyanın yanındakı balaca
hədiyyə dükanı ticarət mərkəzinə çevrilmişdi,
şəhərin yeganə kinoteatrı indi supermarket
kimi fəaliyyət göstərirdi. Evim uzun müddət
idi ki, yox idi. Bir neçə ay əvvəl sökülmüş,
torpağına qədər qaşınmışdı. Bağdakı bütün
ağaclar kəsilmiş, qara torpağın üstündə bir
çəngə ot belə qalmamışdı. K.-nın
keçmiş evi
də yox olmuş, yerində maşın və kamazlarla
dolu beton avtopark tikilmişdi. Amma
kövrəlmədim. Onsuz da qəsəbə uzun müddət
idi ki, mənim deyildi.
Sahilə tərəf getdim və sahilbəndin
pilləkənləri ilə yuxarı dırmaşdım. O
biri tərəfdə, həmişəki kimi okean gözlə
görünə bildiyi qədər – üfüq xətti boyunca
maneəsiz şəkildə yayılmışdı. Sahil də heç
dəyişməmişdi: uzun qumsallıq, şappıldayan
dalğalar, suyun kənarında gəzişən insanlar...
Saat 4-ü keçirdi və günortanın ahəstə
günəşi üzü qərbə tərəf yavaş-yavaş