canlı yaddaş
79
USTAD
dərgisi \ Fevral 2016
78
USTAD
dərgisi \ Fevral 2016
vurmuşdular. “Azərbaycan” jurnalının baş
redaktoru Cəlal Məmmədov. Lənətlənmiş
Əkrəm Əylislinin “Mənim nəğməkar bibim”
povestinə görə. O vaxt “Azərbaycan”
jurnalında nəsrə mən baxırdım. Əsəri
oxuyub
bəyənmiş, çap olunmaq üçün
təqdim etmişdim. Amma o nədənsə yaxın
qoymurdu. Növbəti dəfə bu əsəri təklif
edəndə Cəlal Məmmədov dedi ki, “Mirzə
müəllim Yaltadan məktub yazıb, onuncu
nömrədə onun İran inqilabçısı Ruzbeh
haqqında əsəri gedəcək. Yazıb bitirmək
üzrədir”. Mən də dedim ki, bəlkə o zamana
kimi
tamamlaya bilmədi, amma bu hazır
əsərdir, özü də cavan adamdır. O da
mənimlə dalaşdı: “Yəni sən deyirsən ki,
Mirzə İbrahimov hələ yazsın, görək necədir?”
Dedim: “Əşşi, mən nə vaxt belə söz dedim”.
Nə isə... Aradan on beş-iyirmi gün keçdi.
Sonra məni Yazıçılar İttifaqına çağırdılar. Bir
Kübra xanım var idi, hamıya da “yoldaş”
deyirdi. Dedi: “Yoldaş Vidadi, səni yoldaş
Mirzə İbrahimov çağırır”. Gördüm Mirzə
müəllim qəzet oxuyur, salam verdim, almadı.
Qəzeti kənara itələyib, başladı hədələməyə:
“Sən özündən çox çıxırsan. Özündən
başqa heç kimi bəyənmirsən. Yəni belə
yekələnibsən ki, məni saymırsan? Nədi,
mənə yazmaq öyrədəcəksən?” İstədim
deyim ki, “ay
Mirzə müəllim, mən kiməm
sizə yazmaq öyrədim, siz bizim müəllimimiz
olmusunuz”. Amma o, “yox, sən dikbaşlıq
edirsən, baş redaktorla da yola getmirsən...”
– deyib qəzəbləndi. Gördüm yox, mükün
deyil, qapını örtdüm, çıxdım. Ertəsi gün
gələndə dedilər ki, artıq burda işləmirsən.
Nəsr şöbəsinin müdiri idim. Ədəbiyyat
qəzetinə adi ədəbi işçi göndərmişdilər. Mən
də getmədim, yuxarılara yazdım,
məsələ
uzandı. Bir sözlə, Mirzənin mənə qarşı kini
var idi.
– Tək sizə qarşı idi bu
münasibət?Ümumiyyətlə, necə insan
idi?
– Çox savadlı, bilikli, mütaliəli adam
idi. O dövrün yazıçılarının arasında ikisi
xüsusilə mütaliəli idi. Mehdi Hüseyn, bir də
Mirzə İbrahimov. Hər ikisi çox savadlı idilər.
Mirzə İbrahimov həm də yaxşı təşkilatçı idi.
Nazirlər Kabinetinin sədr müavini olmuşdu.
Sonr da ali sovetin sədri oldu – Xruşşov
devriləndən sonra...
– Təşkilatçılığı – anladım, bəs
yazıçılara münasibətdə necə idi?
– Əslində, o, Yazıçılar İttifaqına 48-
ci ildə sədr gəlmişdi – Səməd Vurğundan
sonra. “Gənclər günü” adlı bir dərnək
yaratmışdı.
Bütün ali məktəblərdən ora
cavanlar, ədəbiyyat həvəskarları gəlirdilər.
Şeirlərini, hekayələrini, tənqidi məqalələrini
oxuyurdular. Səməd Vurğundan tutmuş
bütün şairlər, yazıçılar o tədbirlərdə iştirak
edirdi. Cavanlar oxuyur, onlar qüsurlarını
canlı yaddaş
81
USTAD
dərgisi \ Fevral 2016
80
USTAD
dərgisi \ Fevral 2016
deyir, yaxşılarını çapa məsləhət görürdülər.
– Gənclərə münasibətdə ən xeyirxah
olan kim idi?
– Biz hamımız çalışırdıq ki, Səməd
Vurğun gələn günü şeir oxuyaq. Bütün
cavan şairlər... Gözləyirdik, o gəlməyəndə
oxumurduq. Çünki o elə aydın,
elə yumşaq
deyirdi ki, sən nə tələb olunduğunu başa
düşürdün. Hətta bir yığıncaqda Səməd
Vurğunla Mirzə İbrahimov əməlli-başlı sözə
gəldilər. Ağacavad Əlizadə var idi, sonra
jurnalın katibi oldu. Kartof haqqında şeir
yazmışdı. “Kartof, kartof, nə kartof, çıxıb
bir-birinin üstünə kartof”. Təxmini belə
bir şeir idi. Səməd Vurğun bunun üstünə
əsəbiləşdi ki, “şeiri belə hala qoymaq olmaz.
Bu nə mövzudur”. Bunun üstündə Mirzə
İbrahimovla mübahisə elədilər. Səməd
Vurğun acıq eləyib çıxıb getdi. O zaman
biz cavanlar ona daha çox inanırdıq. Həm
xoşrəftar idi, həm də yaxşı məsləhətlər
verirdi.
– Sizin nəslinizdən olan, o tədbirlərə
qatılan cavanlardan Səməd Vurğun
şairtək daha çox kimi dəyərləndirirdi?
– Bəxtiyar Vahabzadəni. Mənimsə iki
şeirimi bir yığıncaqda tərifləmiş, sonra özü
tərtib etdiyi almanaxda vermişdi. “Anam sən
oldun”, bir də “Bənnanın imzası”. Amma
“Polyak qızı” şeirimi bərk tənqid eləmişdi.
“Gənclər günü”ndə Süleyman Rüstəm də,
Məmməd Rahim də olurdu... Rəsul Rza da
düz söz deyən idi. O da az-az şeir bəyənirdi.
Və sözünü açıq deyirdi. Amma yenə də
Səməd Vurğuna
gənclər daha çox üstünlük
verirdilər.
– Səməd Vurğunla Rəsul Rza
arasında hər zaman konflikt olub və
ya yaradılıb. Müşahidələriniz sizə nə
deyir – onların üzdə münasibətləri necə
idi?
–Hərəsi öz dəst-xəttini müdafiə edirdi.
Rəsul Rza sərbəst şeiri dəstəkləyirdi. Hətta
bir yığıncaqda Rəsul Rza qayıtdı ki, “Ay
Səməd, sənin yazdığın sərbəst şeirlər bu
biri şeirlərindən daha güclüdür”. Səməd
Vurğunun buna yaman acığı tutdu, təhqir
kimi qəbul elədi. Dedi: “Xeyr, mən özümü
bədbəxt şair hesab edərəm ki,
sərbəst
şeirlərim güclü ola...” Bu da Rəsul Rzanın
acığına gəldi.
Onların arasında ziddiyyət var idi. Amma
mən cavan olsam da Səməd Vurğunla
məclislərdə çox olmuşam... O heç vaxt Rəsul
Rzanın əleyhinə heç nə deməzdi. Mən Rəsul
müəllimin yanında olmamışam, ona görə
də bir söz deyə bilmərəm... Ümumiyyətlə,
Səməd Vurğun kiminsə haqqında mənfi
mənada söz danışan deyildi. Cəmi bircə dəfə
ondan bu ruhda nəsə duymuşam. İclasdan
çıxmışdıq, Səməd Vurğun, Mehdi Hüseyn,
Osman Sarıvəlli... Mən də bunlara qoşuldum.