canlı yaddaş
83
USTAD
dərgisi \ Fevral 2016
82
USTAD
dərgisi \ Fevral 2016
düşmən qazandırırdı. Bir tərəfdən xeyirxahlıq
edir, istedadlı cavanları
dərc edirsən, amma
o biri tərəfdən də pis, zəif əsərləri yaxın
qoymursan.... Asif Əfəndiyevin məni
pisləməsinin səbəbi nə idi? Əmisi Nəsib
Əfəndiyevin müharibədən bəhs edən
“Vyana” adlı zəif əsərini dərc etməmişdim.
– “
Azərbaycan” jurnalında işlədiyiniz
12 il ərzində elə bir yazıçı oldumu ki,
onun istedadında yanıldınız? Maşallah
yaddaşınız yaxşıdır.
– Biri var idi, Qax rayonundan,
televiziyada işləyirdi. Gəray Fəzli.
O vaxt
bir romanını çap etmədim. Sonra çap
olundu, amma özü də etiraf etdi ki, üzərində
sonradan çox işləyib. Amma dediyim ki,
yaxşı əsər üstündə mübahisə də etmişəm.
Əkrəm Əylislinin əsəri kimi. Düzdü, sonra
onunla münasibətim korlandı. Yazıçı kimi pis
yazıçı deyil, amma sonra o əsəri yazdı.
– Bu əsərə görə münasibət korlanıb?
– Yox, “Azərbaycan” jurnalında
Rasputinin “Mariyaya pul lazım idi” əsərini
çap etdirmişdim. Onun bir-iki yerini ixtisar
elədiyinə görə oldu.
–
Kim daha çox düşür yadınıza
yaxınlıq etdiyiniz insanlardan?
– Qabil. Çox səmimi, zarafatcıl adam
idi. Əsərim çıxan kimi oxuyur, zəng edirdi...
Ürəyiaçıq
adam idi, hay-küylü... Başqasının
uğuruna sevinə bilirdi. Deyilənə də tez
inanırdı, sadəlövhlüyü vardı. Şeirləri də
özünə oxşayırdı.
–
Dövrünüzün tənqidinin böyük təsir
gücü var idi. Kimisə yüksəldə, kimisə
ədəbi mühitdən uzaqlaşdıra bilərdi.
O müzakirələrdən, tənqidlərdən geri
çəkilən, ədəbiyyatdan gedən oldumu?
– Tərifin məhv etdikləri də oldu, tənqidin
məhv etdikləri də.... O vaxt Mirzə İbrahimov
hər iclasda tərifləyirdi – Əli Soltanlı...
Sonra ilham bulağı qurudu-nədi, yoxa
çıxdı. Tənqiddən də qırılan var idi. Sabir
Süleymanov. Özünəməxsus yazırdı. Amma
tənqidlərə dözmədi.
Tənqid də belədir də,
bəzən uğur gətirir, insan acığa düşür, mübariz
olur, bəzən də sındırır. Ədəbiyyat çox çətin
aləmdir. Hamıya asan görünür, amma çox
çətindir. Burda fitri istedaddan başqa dözüm
də lazımdır. 88 yaşım var, yenə də yazıram.
Çoxu 50 yaşından sonra mövzu tapa, işləyə
bilmir.
–
Çox böyük tirajlarla dərc olunmuş
və ədəbiyyat hesabına yaxşı məbləğdə
qonorar almış yazıçısınız. Siz necə
deyirsiniz, ədəbiyyat qazanc üçün uyğun
sahədir?
– Qətiyyən. Ədəbiyyata qazanc məqsədilə
gələn adam yanılır. Hətta bəzi nadir əsərlər
sənə pul gətirsə belə, yenə də fikrimdə
qalıram. Keçmişdən bəri hansı yazıçımız
ədəbiyyatdan bəhrələnib, xeyir görüb?
– Vidadi müəllim, oxucu məktubu çox
almısınız?
– Çox...
– Saxlayırsınız?
– Bəli. Vermişəm dövlət arxivinə. Təkcə
Azərbaycandan yox, SSR-nin hər yerindən
məktub alırdım.
–
Axırıncı dəfə nə vaxt almısız?
– 91-92-ci ildə. Ondan sonra yazmırlar.
Bir hadisə danışım. Bəzən elə oxucu
məktubu
olurdu ki, heyrətlənirdim.
Görürdüm çox ağıllı sözlər deyir, əsərə
dərindən yanaşır... Bir dəfə hətta o
məktublardan birinin dalınca Şəmkir
rayonuna da getdim. Orta məktəbdə
direktorun köməkçisi işləyən bir qız idi.
–
Müəllif çəkmişdi marağınızı, yoxsa?
– Getdim öyrənəm görəm özümü yazıb,
yoxsa kimsə kömək edib yazmağına.
Qarayanız bir qız idi. Söhbət əsnasında
gördüm ki, məktubda yazdığından bir az da
dərinlərə getdi. Yəni belə oxucular olurdu...
Əsərin dərinliklərinə varan, psixoloji
məqamları tutan... Amma “Vicdan susanda”
ilə bağlı təhqir dolu məktub da almışam.
Onun da izinə düşdüm getdim, Bakıdan
yazmışdılar. Məni görüb pərt oldu. Məktublar
yaxşıdır. İnsanı ruhlandırır... İstəyirsən ki,
daha yaxşı yazasan.
–
Bu gün hələ də incik qaldığınız
yazıçı varmı? Məsələn, istərdiniz ki,
aranızda barışıq olsun...
– Demək bir az yaxşı düşmür. Amma var...
İndi bu dünyada deyil...
rənglərin söhbəti
85
USTAD
dərgisi \ Fevral 2016
84
USTAD
dərgisi \ Fevral 2016
İKİ
rəssam
“Pikasso rəssamdır, mən də
həmçinin. Pikasso ispandır, mən də
həmçinin. Pikasso kommunistdir,
amma mən heç vaxt”
(Salvador Dali)
S
ənətin paytaxtı
Parisdə iki
ispaniyalı... Bir-birinə həm rəqib,
həm də dost kimi baxan iki
rəssam... Dali və Pikasso…
Salvador Dali Pikassodan 20 yaş kiçik
idi və ona çox hörmət bəsləyirdi. Əlbəttə,
hörmətinin səbəbi tək yaş fərqi deyildi.
Dalinin Barselonada ilk sərgisi zamanı
Pikasso onun haqqında eşidib sərgiyə gəlmiş
və bu rəssama heyranlığı da bundan sonra
başlamışdır.
Üslublarının fərqli olmasına baxmayaraq,
yaradıcılıqlarında bir-birindən bəhrələndikləri
göz qabağındadır. Xüsusilə Dalinin
əsərlərində Pikassonun təsiri özünü göstərir.
Bundan başqa, o, bütün eqosuna rəğmən
Pikassoya olan heyranlığını
dilə gətirməkdən
heç vaxt çəkinməyib. Hətta ilk dəfə Parisə
gələrkən onu ziyarət edən Dali “Luvr
muzeyinə belə getmədən sənin yanına
gəlmişəm”, – demişdi.
Pikassonun Daliyə poçtla göndərdiyi
qəribə kart (1) və bir yerdə çəkdikləri
bəzi cızma-qaralar (2) bu təsirlərin sadəcə
uzaqdan-uzağa olmadığını da göstərir.
Pikassonun bu sürrealist portreti Dalinin
bir çox məşhur əsərləri kimi simvollarla
doludur. Bu, daha dəqiq desək Pikassonun
büstünün portretidir. Dalinin Pikassonun
məhz büstünü çəkməsi onun tarixdə önəmli
şəxs olduğundan
və özünün də ona böyük
hörmət bəslədiyindən xəbər verir.
Büstün əsası ağ daşdandır, amma
yuxarı hissəsi dəri ilə örtülüdür. Rəsmdə
iki gül təsviri diqqəti çəkir. Büstün aşağı
hissəsində qırmızı gül, büstün sinəsində
isə ağ gül yerləşir… Bəlkə də Pikassodan
üzr istəyirmişcəsinə sinəsinə bir gül əlavə
etmişdi.
Dalinin bu əsərdə istifadə etdiyi hər bir
obyekt, digər rəsmlərində olduğu kimi,
müəyyən mənalara yozulmağa çalışılır.
Məsələn, başının üstündəki qaya parçası
gizlətdiyi böyük bir sirrini, sinə Pikassonun
qidalandırıcı tərəfini simvolizə edirmiş.
Büstün başı sinədən daha çox təhrif
olunub.
Məsələn gözlərinin həndəvəri,
ağzından uzanan dili, buynuzlu burnu və s.
Beyninin təsviri keçi buynuzuna bənzəyir.
Pikassonun saçları süni ağ saç kimi təsvir
olunub və büstün əsası ilə eyni materialdan
olması də diqqəti çəkir. Saç başın arxasına
doğru nazikləşir və sonda ağız boşluğundan
1)
2)
Aytəkin Mirişova