TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə23/141
tarix29.11.2023
ölçüsü7,68 Mb.
#143291
1   ...   19   20   21   22   23   24   25   26   ...   141
DƏRSLİK

PATOFİZİOLOGİYA 
Yenidoğulmuşların tənəffüs çatışmazlığı çox vaxt ya hipoksemiya, ya da anaya verilən dərmanların təsiri səbəbindən baş 
verir. Uşaq və ya böyük yaşlı şəxsdən fərqli olaraq, doğulmamış körpə daha yüksək dərəcəli hipoksemiya və asidoza tab 
gətirə bilər. Lakin hipoksemiya çox ağır dərəcəli olduqda müvafiq patofizioloji hadisələr baş verir. Hipoksemik stressə 
məruz qalmış körpə ilk növbədə qısa müddətli sürətli tənəffüs dövrünü yaşayır və daha sonra tənəffüsü dayanır. Bu, 
birincili apnoe (tənəffüs dayanması) adlanır. Birincili apnoe zamanı körpənin ürəyinin vurma tezliyi və neyro- əzələ tonusu 
azalır. Körpənin dünyaya gəlişi bu mərhələdə baş verdikdə, o, taktil stimulyasiya və əlavə oksigenin verilməsinə çox yaxşı 
cavab vermiş olur. Lakin əgər hipoksemik stress davam edirsə, körpənin vəziyyəti daha da pisləşməyə davam edir. Bu 
zaman körpədə dərin və qeyri-müntəzəm tənəffüs fazası və daha sonra tənəffüsün yenidən dayanması müşahidə edilir. 
Bu, ikincili apnoe (tənəffüs dayanması) adlanır. İkincili apnoe zamanı körpənin ürəyinin vurma tezliyi, qan təzyiqi və PaO2 
(oksigenin parsial təzyiqi) əhəmiyyətli dərəcədə aşağı düşür. İkincili apnoe zamanı doğulan körpədə tənəffüs həm spontan 
(özbaşına) bərpa olunmur, həm də taktil stimulyasiya və əlavə oksigenin verilməsi tənəffüsün bərpası üçün yetərli olmur. 
Həmin körpələrdə hipoksemiyanın korreksiyası üçün süni ventilyasiya aparılmadıqda onların vəziyyəti daha da pisləşə və 
ölümü baş verə bilər. Hipoksemiyası olan körpələr ana bətnində olarkən birincili apnoe fazasından ikincili apnoe fazasına 
keçə bilərlər. Apnoenin hər iki fazasının klinik baxımdan biri birindən fərqləndirilməsi mümkün olmadığından, apnoe ilə 
doğulan hər bir körpədə mütləq ikincili apnoenin olduğu qəbul edilməlidir. Lakin bu, o demək deyil ki, tibb personalı 
yenidoğulmuşun stimulyasiyası və əlavə oksigenlə təmin edilməsinə cəhd etməməlidir. Daha aqressiv müdaxilələrə 
keçməzdən əvvəl tibb personalı yenidoğulmuşun stimulyasiyasına bir-iki dəfə cəhd etməlidir. İkincili apnoedə olan körpənin 
tənəffüsünün təmin edilməsində ləngimə effektiv spontan tənəffüsün əldə edilməsinin gecikməsinə və ya körpənin ölümünə 
səbəb ola bilər.
Dölün ürək-ağciyər (kardiopulmonar) sisteminin iki xüsusiyyəti tənəffüs çatışmazlığı ilə üzləşmiş körpənin uşaqlıqdankənar 
həyata başlaması cəhdlərinə əngəllər yarada bilər. Birincisi, ana bətnində olarkən körpənin ağciyərləri maye ilə dolmuş 
olur. Alveolları genişləndirmə və mayeni təmizləmək üçün yenidoğulmuşun ilk bir neçə nəfəsalma cəhdində daha yüksək 
təzyiqin təmin edilməsi tələb olunur. Buna görə də, yalnız zəif respirator (nəfəsalma) cəhdlər edən körpələrdə effektiv 
tənəffüs baş vermir (ağciyərlərə hava daxil olmur). Nəticədə heç bir müdaxilə aparılmadıqda onlarda hipoksemiya artır və 
asidoz daha da dərinləşir. İkincisi, doğulduqda körpənin ağciyər damarları ilə axan qanın həcmi nisbətən az olur; belə ki, 
qanın böyük hissəsi 
ductus arteriosus (arteriyal və ya Botal axacağı) 
vasitəsilə ağciyərlərdən yan keçir. Normada körpə 
nəfəs almağa başlayan kimi qanda oksigenin artan konsentrasiyası 
ductus arteriosus
-un 
(Botal axacağı) 
mənfəzinin 
bağlanmasına və ağciyər arteriollarının genişlənməsinə (dilatasiyasına) səbəb olur. Hipoksemiyası olan körpədə 
ductus 
(Botal axacağı) 
açıq qalır və oksigenasiya olunmuş qan ağciyərlərdən yan keçir. Hipoksemiyalı körpələrdə dölə məxsus 
qan dövranının (sirkulyasiyanın) qalması yenidoğulmuşun adekvat oksigenasiyasını pozmaqda davam edir. Əgər körpədə 
hipoksemiya mülayim və ya orta dərəcədədirsə, oksigen kisəsi və maska ilə aparılan müsbət təzyiqli ventilyasiya 


13 
yenidoğulmuşa məxsus normal qan dövranını bərpa etməyə kifayət edir. Lakin yenidoğulmuşda hipoksemiya ağır 
dərəcədə olarsa, bir çox hallarda ürəyin masajı (kompressiya) və ya müəyyən farmakoloji preparatlardan istifadə tələb 
oluna bilər. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə