TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi


Xüsusilə vurğulanmalıdır ki, tənəffüsü pozulmuş körpələrin böyük əksəriyyətinin vəziyyəti aparılan



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə24/141
tarix29.11.2023
ölçüsü7,68 Mb.
#143291
1   ...   20   21   22   23   24   25   26   27   ...   141
DƏRSLİK

Xüsusilə vurğulanmalıdır ki, tənəffüsü pozulmuş körpələrin böyük əksəriyyətinin vəziyyəti aparılan 
effektiv ventilyasiya nəticəsində yaxşılaşır; 
lakin bir qismində ürəyin masajına və daha az körpədə isə dərmanların 
istifadəsinə ehtiyac yaranır. Bu səbəbdən də neonatal oksigenasiya və ventilyasiyanın əsaslarının öyrənilməsi 
yenidoğulmuşların həyatlarının xilas edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.
REANİMASİYAYA HAZIRLIQ 
Neonatal reanimasiyanın ən mühüm addımlarından biri ona hazırlıqdır. Çox vaxt prenatal (antenatal) və ya perinatal 
anamnezin əldə edilməsi ilə müxtəlif risk faktorlarının müəyyən edilməsi yenidoğulmuşun reanimasiya tədbirlərinə ehtiyac 
duyacağını əvvəlcədən təxmin etməyə imkan verir. Reanimasiyaya olan ehtiyacı 100% əminliklə müəyyən etmək mümkün 
olmadığından, həmin tədbirləri apara biləcək müvafiq tibb personalı və tələb olunan avadanlıq hər bir doğuş zamanı hazır 
vəziyyətdə olmalıdır.
Neonatal reanimasiya üçün tələb olunan tibb personalı 
Hər bir körpənin doğuşunda mütləq şəkildə neonatal reanimasiya üzrə təlim almış və müvafiq bacarıqlara malik tibb 
mütəxəssisi iştirak etməlidir. Hər bir doğuşda mütləq şəkildə bir neonatal reanimasiya üzrə mütəxəssisin iştirakının təmin 
edilməsi üçün doğuş keçirən hər bir xəstəxana və ya doğum evində həmin mütəxəssislərin sayı uyğun olmalıdır.
Neonatal reanimasiya üçün tələb olunan avadanlıq 
Yenidoğulmuşlara tibbi qayğının göstərilməsi üçün müvafiq reanimasiya avadanlığı əlçatan və işlək vəziyyətdə olmalıdır. 
Doğuşa yardım göstərən tibb mütəxəssisi neonatal reanimasiya üçün tələb olunan avadanlığın lokalizasiyasını (yerləşdiyi 
yeri) bilməli və onun işlədilmə qaydaları ilə tanış olmalıdır. Neonatal reanimasiyaya ehtiyacın yaranacağını əvvəlcədən 
müəyyən etmək mümkün olmadığından, doğuş otağında neonatal reanimasiya üçün minimum tədbirlərin əvvəlcədən 
görülməsi əhəmiyyət kəsb edir. Belə ki, hər bir doğuşda yenidoğulmuşun isidilməsi üçün şüalandırıcı istilik cihazı hazır 
vəziyyətə gətirilməli və yenidoğulmuşun qurulanması üçün isidilmiş əskilər əl altında olmalıdır. Neonatal reanimasiya 
zamanı istifadə edilən dərmanların dozaları və digər faydalı məlumatdan ibarət plakatlar doğuş otağının müvafiq yerlərində 
(məs., isidicinin yanında) yerləşdirilməlidir.
Doğuşa yardım göstərən tibb mütəxəssisi oksigen borularının qoşulmuş vəziyyətdə olduğuna və tələb olunduqda dəqiqədə 
5 l O2 axınını təmin edə biləcəyinə əmin olmalıdır. Reanimasiya üçün oksigen kisəsi və maskanın işlək vəziyyətdə olduğu 
yoxlanılmalı və müvafiq ölçüdə maskalar əlçatan olmalıdır. Aspirasiya üçün müvafiq borular qoşulmuş vəziyyətə gətirilməli 
və tələb olunduqda 80-100 mm c.s. təzyiqi ilə aspirasiyanın aparılmasını təmin etməlidir. Larinqoskopun müvafiq ölçüdə 
tiyələri (tiyə No1 vaxtında doğulmuş körpələr və tiyə No0 vaxtından əvvəl doğulmuş körpələr üçün nəzərdə tutulub) əlçatan 
və hər birinin işıqlandırma sistemi işlək vəziyyətdə olmalıdır.
Əgər respirator funksiyası pozulmuş körpənin doğulması gözlənilirsə, neonatal reanimasiya üçün bütün avadanlıq 
əvvəlcədən tam hazırlıq vəziyyətinə gətirilməli və doğuş otağında yerləşdirilməlidir.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə