The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix12.10.2018
ölçüsü0,8 Mb.
#73265
1   2   3   4   5   6   7

www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

18 


 

Dil yarası, söz yarası.  

 

Dildə görməz günahını,  



Aşkarını, pünhanını. 

İti saxlar silahını 

Dil yarası, söz yarası.  

 

Sözün qüdrətini bilməz



Tətiyi çəkməsə olmaz.  

Vurduğu kimdir, tanımaz, 

Dil yarası, söz yarası. 

 

Qəsdi nədir, düşünməz, 



Atdığı hədəfi görməz. 

Tökdüyü qandan üşünməz, 

Dil yarası, söz yarası.  

 

Muğanna qorxur dillərdən, 



Yara vuran millətlərdən. 

Bir mərəzdir keçmişlərdən 

Dil yarası, söz yarası. 

 

Zülfiyyə təzanini sazın pərdəsinin altına keçirəndə Bəhram Nazpəridən soruşdu:  



– “Divani” oxuya bilərsiniz?  

Nazpəri məlahətlə gülümsündü:  

– Mən aşıq qızıyam, - dedi.  

– Çox gözəl, - deyə, Bəhram da qımışdı.  

Zülfiyyə təzanəni pərdənin altından çıxartdı. Sazı sinəsinə sıxıb başını çanağın üstünə əydi və “Divani”ni elə 

ağır-ağır, elə sanballı - gurultulu ahənglə başladı ki, Nazpəri istər - istəməz sehrə qapılıb, az qaldı üzünü saza 

söykəsin. “Divani”nin ağır, gur cingiltilərinə uyğun zəngulələrlə oxumağa başladı: 

 

Bu dünyada canlı, cansız hər nə varsa gərəkdir



Yol üstündə, ayaq altda çöp də olsa gərəkdir.  


www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

19 


 

 

Sən o çöpü ələ alıb ölçüb - biçsən görərsən, 



Çöp deyil o, təzanədir saz çalmağa gərəkdir.  

 

Qış zamanı qatarlanan sırsıranı qoparsan, 



Əriyəndə bilərsən ki, sərniməyə gərəkdir.  

 

Bahar çağı kol dibində ətir duysan yan keçmə, 



Bənövşədir, qoxulayıb həzz almağa gərəkdir. 

 

Payız vaxtı bir baxçada əlvan rəngə rast gəlsən



Bülbüldür o, gecikməyib, insanlığa gərəkdir. 

 

Muğannanın yad etdiyi doğma, əziz Sar gəlin, 



El içində sevilərək yaşamağa gərəkdir.  

 

Növbə Babəkə çatanda Zülfiyyə kökü dəyişib elə kövrək, yanıqlı çaldı ki, şax qamətli oğlan əyilib, ağır - ağır 



nəfəs alıb, toxtamağa çalışdı. Elə bu halında sızıldadı:  

 

Ey dünyanın gözü insan



Yaradanın sözü insan, 

Yadlara asi insan, 

Onçünmü hiddətlisən?  

 

Aləmin sahibi insan, 



Həqqin naibi insan, 

Hər bir zülmə tabe insan

Onçünmü heyrətlisən?  

 

Bəşərdən küskün insan, 



Qoca, üzgün, miskin insan, 

Nə qədər qan tökmək olar? 

Onçünmü küdurətlisən? 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

20 


 

 

Qayıt qan - qada yolundan, 



Yapış qardaş qolundan, 

Məhəbbətdir pənahın, 

Bil ki, onçün qüdrətlisən!  

 

Sükut oldu. 



Birinci Bəhram dilləndi: 

– Xoşuna gəldimi, qızım? Mahnılar səndən ötrü oxundu. 

Tahirə: 

– Başa düşürəm, - dedi. - Siz mənim yuxuda oxumağımı dayandırmaq istəyirsiniz. Amma mən özüm bilmirəm 

yuxuda oxumağımı. Gündüzlər oxumaq istəyirəm.  

Bəhramın gözləri güldü:  

– Çox yaxşı olar, - dedi.  

Tahirə dərindən nəfəs aldı.  

– Ancaq burda yox, televiziyada oxumaq istəyirəm.  

Mahir diksinən kimi olub soruşdu: 

– Niyə televiziyada? 

Tahirə bir az duruxub, sonra o da sual verdi: 

– Bizim televiziyanı Ermənistanda eşidirlərmi? 

Mahir:  


– Əlbəttə, - dedi. - “İctimai kanal”a bütün dünyada baxırlar.  

– Onda məni ora apar, papa, “Sar gəlin”i orda oxuyum. Erməni qanmalıdı ki, mahnı bizimdi. Tarixi var. 

Peyğəmbərimizin varisinə həsr olunub.  

Mahir Bəhrama baxdı.  

– Gedə bilərikmi?  

Bəhram düşüncəli - düşüncəli başını tərpətdi.  

– Tahirəni sıxışdırmaq olmaz, nə istəyir, onu elə.  

Mahir:  


– Bu gün saat üçdə Bülbül məktəbinin şagirdləriynən mənim məşqim var. Şaxta babayam axı, - dedi. - 

Ömərovdan xahiş eləyərəm Qar qız rolunu Tahirəyə versinlər.  

Tahirə sevinclə dikəlib əlini kreslonun üstündəki paltarına atdı. 

– Gedək, - dedi.  




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

21 


 

Mahirə qapının arasından söhbətə qulaq asırdı. Gülərüzlə:  

– Əvvəl təam, sonra məqam. Buyurun stola, - dedi. 

Tahirə paltarını geyinib, əllərinə, üzünə su vurub quruladı, qonaqlarla birlikdə o da iştaha ilə yeyib, çay içdi. 

Heç bir xəstəliyi yoxmuş kimi geyinib mənzildən çıxanda atasının qoluna girdi. Yalnız anasının intizarlı 

sifətindən bilmək olardı ki, qızın bu gedişindən narahat olan vardı.  

 

– 8 –  


 

M ahir pavilyonun yuxarı tərəfində asılqanda ağaran Şaxta baba kürkünü geyinib, bədənnüma güzgü qabağında 

üzünə bir çəngə saqqal, bığ yapışdırıb, arxasınca gəzən qızına tərəf dönüb, iri bir kresloda qaş - qabaqlı oturan 

arvadının yanındakı ikinci kreslonu göstərdi.  

– Sən otur burda, dincəl, Şaxta babanın uşaqlarnan söhbətinə qulaq as. Qar qız libasını gətirəcəklər, geyinib 

gələrsən.  

Bülbül adına məktəbin şagirdləri bər - bəzəkli, çil - çıraqlı “yolka” ağacının dövrəsinə toplaşıb, Şaxta babanı 

gözləyirdilər. Mahir əlindəki uzun çəliyi döşəməyə tıqqıldada - tıqqıldada yaxınlaşıb uşaqlara baş əydi.  

– Salam, balalarım. Necəsiniz? 

Uşaqlar xorla cavab verdilər: 

– Salam, Şaxta baba. Sağ ol, yaxşıyıq. 

Mahir saqqalını sığalladı.  

– O günkü söhbətimizi yazmışdınız ki, əzbərləyəsiniz. Əzbərləmisinizmi? 

– Əlbəttə, baba. Əzbərləmişik.  

– Çox yaxşı, balalarım. Yazdıqlarınızın hamısı vətənimizin qədim tarixinə aiddir. Qədim tarixi bilmək vətənin 

gələcəyini də bilmək deməkdi. Çünki tarix təkrar olunur. Yəni Yer üzündə baş verən hadisələr yenidən baş 

verir, ab - hava, təbiət, insan cəmiyyəti təzələnir, gözəlləşir, zənginləşir. Buna görə də indi mən sizin yazdığınız 

tarixə dair suallar verəcəm, sizdən cavablar alıb yaddaşınızı möhkəmləndirəcəm. Razısınızmı mənim bu 

təklifimnən?  

Uşaqlar dedilər:  

– Razıyıq! 

 

Mahir dedi:  



– Deyin görüm, dünyanın su basqınından əvvəl irəli sananan tarixdə, su basqınından sonrakı geri sananan əlli 

minillik tarixdə və yeni tarixin birinci yüzilliyində vətənimiz necə adlanıb?  

Uşaqlar dedilər:  



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə