The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 486,18 Kb.
Pdf görüntüsü
səhifə6/23
tarix03.10.2017
ölçüsü486,18 Kb.
#3054
1   2   3   4   5   6   7   8   9   ...   23

www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

19 


 

Səlim zamana dözmədi. Məsmənin məkanını dəyişməyə də gücü çatmadı, öz məkanını dəyişdi. Sirli-

müəmmalı ölümü ilə. 

Onun yasında sanki hamı nəsə bilirdi. Həqiqətdə isə kimsə dəqiq heç nə bilmird. Bizi axarında aparan 

həyat özü də beləydi... 

  

*** 



  

Səlimin ölümünün qırxı keçən kimi əvvəlki tək sərbəst qalan Məsmə bir il on aylıq fasilədən sonra 

yenidən keçmiş işinə - kafeyə qayıtdı. O zaman Məsmənin yaşlandığını hesab edən kafenin müdir işdən 

çıxmasına ürəyində sevinmişdisə, az keçməmiş onun yerinin görünməsinə əmin olmuşdu. Məsmənin xoş 

rəftarına, gülər üzünə vərdiş etmiş müştərilərin çoxu kafedən uzaqlaşmışdı. Odur ki, maddi vəziyyətinin 

ağırlaşdığını görən Məsmə köhnə işinə qayıtmaq istədiyini bildirəndə müdir etiraz etmədi. 

O, kafeyə cüt qayıtdı. Özü ilə İncini də gətirmişdi. Onu gözündən kənara buraxa bilməzdi. Kimsəyə 

verməyəcəkdi. Xalası bir neçə dəfə xaricə - öz yanına İncini dəvət etsə də Məsmə razılaşmamışdı. İnci də uzaq 

ölkədə, yad evdə yaşamaqdansa öz evlərində analığı ilə qalmağa üstünlük vermişdi. 

İncini kafeyə özünə köməkçi gətirdiyi ilk gündən qıza zillənən həyasız baxışlardan canına narahatlıq 

yayılmışdı. günü-gündən böyüdükcə gözəlləşən qızın bəkarətini hər yoldan ötənə yem etmək olmazdı. Necə ki, 

qız öz başına gəlmişdi. Hələ orta məktəbdə oxuyarkən havalar istiləşəndə kollektiv halında bir günlük ətraf 

rayonların birinə - təbiət qoynuna gəzinti zamanı yaxınlıq etdiyi sinif yoldaşı Asifə özünü saxlaya bilməyib 

təslim etmişdi. Şəhərə qayıdandan sonra gələcəkdə əl çəkməyəcəyindən qorxan Asif ondan soyumuş, xəlvəti 

məktəbi dəyişib itmişdi. Onsuz da Məsməyə elçi gələn, evinə gəlin aparan olmayacaqdı. Atasız, ömrü boyu 

bələdçi işləyib qatarlarda ayrı-ayrı kişilərlə səfərə çıxan arvadın qızını kim alacaqdı? Sonrakı ağlı olsaydı, o 

bilsəydi ki, həyatını bədənini satmaqla keçirəcəkdi, bəkarətini də dəyərsiz əşya kimi bağışlamazdı, bir 

imkanlısına satardı. Belə bir aqibətin İncinin də başına gələcəyinə, onun həyatını təkrarlamayacağına ümidi az 

idi. Həyatda heç nə dəyişməmişdi. İnsanların bir-birinə münasibəti iyirmi beş il əvvəl olduğu tək qalmışdı. 

Hətta, daha sərt, amansız, insanlığaa laqeyd olmuşdular. Dünya bacaranın idi. Kim-kimə attdı, başlı-başın 

saxlasın dünyası idi... 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

20 


 

Kafe İncinin xoşuna gəlmədi. Gəlib-gedənlər tərəfindən özünə və analığına yönələn zinakar baxışları 

duyduqca özündən asılı olmadan əsəbiləşir, hamını acılamaq istəyirdi. Elə birinci gün, kişilərin ona baxıb 

xosunlaşmasını eşidib eşidib təbdən çıxmışdı. Biri o birinə - "görürsən, kafeyə təzə mal gəlib, deyəsən heç əl 

dəyilməyib" – deməsi qulağına dəyəndə onları söyüb-acılamaq istəsə də yaranan qalmaqaldan çəkinib özünü 

güclə ələ   almışdı. Axşam evdə gizlin guşəyə çəkilib, doyunca ağladı. Hər şeyə - taleyinə, Məsməyə, hətta 

özünə də nifrət etdi. Demək ona kafedə yaraşıqlı qız kimi deyil, alqı-satqı üçün qoyulan mal kimi baxırlar. Üç 

gün ötmüşdü, analığına etiraz etdi: 

- Bilirsən nə var, mən getmirəm, xoşum gəlmir ordan. 

-Niyə qızım, sənə kim nə dedi ki, xətrinə dəydi? 

- Adama pis nəzərlərlə baxırlar. Elə bil adam görməyiblər. 

- Ay qızım, çörək qazanmaq asan deyil. Hər işin öz çətinliyi var. Buranın işi odur ki, xeyrin üçün gəlib-

gedəni yola salasan. Yaxşı, kafeni bəyənmədin. Gələn il məktəbi qutarırsan, oxumağa pul da yox. Bəs nə 

edəcəksən? Fikirləşmisənmi? 

- Vacib deyil ki, gərək kafedə işləyəsən. Dərziliyi öyrənib paltar tikəcəyəm. 

Məsmə qızının qəlbini qırmamaq naminə gülərək razılaşmışdı: 

- Sən dərzi işləyəndə paltarsız gəzmək dəb olacaq. Neynək , göstərərsən fərasətini. 

Olanı həmişə ört-bastır etmək alınmırdı. Özünü nə qədər gizləsən də bütün örtükləri dəlib keçən, 

ətrafdakı insanların gözləri bir gün sənə kim olduğunu deyəcəkdi. 

Məsmənin evlərinə köçdüyü son iki ilə yaxın müddətdə binada, ümumiyyətlə məhəllədə yaşayanların 

onlara qarşı münasibətlərində xeyli fərq yaranmışdı. Hələ atasının sağlığında dənizdə olarkən "hansı yuvanın 

quşı olduğu" sifətində yazılmış qadınların evə get-gəl etməsi, bəzən onların yanında yad kişilərin də olması, 

Məsmənin onları çəkinə-çəkinə qəbul edib, yola salması, bu müddətdə İncinin evdən çıxıb harasa getməsi, 

kimlərinsə gözündən yayınmamışdı. Nəticədə qonşularda Məsmənin çoxdanın "gəzəyəni" olması qənaəti 

yaranmışdı. Qohum-əqrabanın qapını açmaması ailəni gözdən düşkün və hörmətsiz etmişdi. Elə buna görə də 

İncinin məhəllədəki əvvəlki dostları və rəfiqələri tədricən ondan kənarlaşdılar. Hətta bir dəfə xəlvəti iki qızın 

mübahisəsini də eşitdi: 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

21 


 

- Onunla oturub-durma. Eşitmisən anası üçün nə deyirlər? Köhnənin ayağısürüşkənidir, həm də "Mama 

Roza"dır. Az keçməz, o da anasının yolu ilə gedəcək. 

- Düz danışmırsan. O, anası yox, analığıdır. Bir də ki, nə etsin? Tutaq ki, sən bu yaşda onun yerinə 

olsaydın nə edərdin? 

Cavab verməyə çətinlik çəkən koftası göbəyindən yuxarı qız - "Allah eləməsin", - deyib, sualdan 

yayındı. Kənardan söhbəti eşidən İnci həyətdə dayana bilməyib, evə qaçdı. Gücü ağlamağa çatırdı.Ürəyində 

acığı boşalanadək ağladı. Hələ bu zərbələrin dadını cox duyacaqdı. İndi tək o qız yox, çoxları onun haqqında 

belə düşünürdü. Axı niyə görə? Doğrudanmı o da Məsmənin yolu ilə gedəcəkdi. Yoxsa onlar belə olmasını 

istəyirlər? Arxasınca nə danışsalar da, üzbəüz gələndə kimsənin cəsarəti çatmırdı. Əksinə, üzlərinə təbəssüm 

qonur, Məsməni əliaçıq,  qəlbi geniş, alicənab insan kimi tərifləyir, yeri gələndə səxavətindən faydalanmağı 

bacarırdılar. "Anadan artıq" analığı olduğu üçün İnciyə həsəd aparmağa hazır olan əksəriyyət təşkil edən belə 

ikiüzlü, simasız insanlara ilk vaxtlar nifrət etsə də o, illər keçdikcə əhəmiyyət verməməyə çalışırdı. 

O, anasına oxşamaq istəyirdi, analığına yox. Ot kökü üstə bitər. Atasız böyümüş Məsmə anasına 

oxşamaya bilməzdi. Amma onun ərinə sadiq anası, istiqanlı, “uzaqgörməyən” atası olmuşdu. Baxmayaraq ki

indi təbiətlərinə uyğun olmayan yad bir qadının öhdəsində tək qoymuşdular. Tək çətin olmayacaqdımı? 

Həyatda kişilər ləyaqətli qadınların hesabına kişi olurdular. O zirvəyə layiq olanlar isə əvəzinə qadınının 

namusunu canlarından əziz tuturlar. Varmı indi belə kişilər, - İnci düşünürdü. Qadın üçün taleyində onun 

ləyaqətini qoruya bilən insana rast gəlmək ən uğurlu bəxt idi. Bəlkə də əslində onun anasına, ya analığına 

oxşayacağı elə bu bəxtdən asılı idi. Sanki onu çamırçığın bir qırağında tənha qoyub getmişdilər. Tək gücü 

çatmayacaqdı. Çamırlıq onu da özünə çəkib batıracaqdı.Mübarizə etməyə əlindən tutacaq, həyatının mənası 

olacaq, Allah bəndəsi tapılacaqdımı? 

Qatarı çoxdan keçmiş Məsmə üçün isə yox idi belə bir kişi. Dünyada sevgisinə görə zülüm çəkən, qınaq 

götürən, təmənna uymayan kişi vardımı? Görməmişdi! Gördükləri kişidən çox erkək idi. Hər erkəyi kişi hesab 

etmək görən gözünlə korluq etməkdir. O özü də dünyaya bir erkəyin təması, ehtiras sonucu ilə gəlmişdi. Kişinin 

yox! Kişi olsaydı naməlum qalmazdı. Qadınına, qızına yiyəlik edərdi. Daha boynundan atıb, qeyb olmazdı. 

Kişi, "yol qırağında dayananı" ev qadını edər, yoxsa əlacsızlığından, zəifliyindən istifadə edib təmiz qadını 

fahişəyə çevirməz. Bu erkəklər yalnız özlərini, şəhvətlərini düşünürlər. Gözəl qızları sevgi adlı şirin yalanla 

əldə etmək üçün hər cürə iyrənc yollardan  istifadə edirlər. Belələrini pis qadından cinsi əlamətdən qeyri nə 

fərqləndirir? Əslində onlar elə Məsməyə bərabər adamlar idilər. Öz hərəkətləri ilə fəxr edən bu müştəbehlər 

ruhlarında və bədənlərində ailələrinə əxlaqsızlığı ötürə biləcəklərindən xəbərsiz idilər. O, yaxşı bilirdi ki, belə 



Yüklə 486,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə