The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 486,18 Kb.
Pdf görüntüsü
səhifə7/23
tarix03.10.2017
ölçüsü486,18 Kb.
#3054
1   2   3   4   5   6   7   8   9   10   ...   23

www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

22 


 

erkəklərin arvad və qızlarında bu «keyfiyyət» gec-tez üzə çıxır. Ancaq, onların hamısı Məsmə kimi tanınmır. 

Çoxunun quyruğu uzun və “xəzli” olduğu üçün eybini örtür. 

Əgər erkəklər əsil kişi olsalar, qadınlar yolunu azmaz, aləmi əxlaqsızlıq cənginə almazdı. İllər keçdikcə 

nədənsə elə bil kişilərin sayı azalırdı. Həqiqətdə dünya SPİD deyilən qazanılmış immun çatışmamazlığından 

yox, qazanılmış kişi çatışmamazlığı sindromundan əziyyət çəkirdi... 

Məsmə həyatında yalnız Səlimi az çatışmamazlığı ilə ilk kişi hesab edirdi. Onun nəzərincə, əvvəlki 

həyatından tam ayrıla bilməməsi Səlimin çatışmamazlığı idi. Nə özünü Məsməyə həsr edib, işini dəyişmədi, nə 

də hiss etdiyi xəyanəti aşkarlayıb, onu öldürmədi. Hər şeyi Allahın öhdəsinə buraxıb getdi. Bəlkə də Allah 

Səlimi tamam gözdən düşməsinə imkan vermək istəməyib dənizə atmışdı. 

Ayıbına kor olmayıb, bütün başına gələnlərin günahını kişilərdə görən Məsmənin dünyaya fərdi baxış 

tərzi vardı. İndi onu özündən çox İncinin gələcəyi narahat edirdi. Yiyəsiz, yetim, analığı "barmaqla göstərilən" 

bir qızı hansı kişinin oğlu özünə ömür-gün yoldaşı seçər? İnanılası deyildi. Ara yerdə həyatdan başı çıxmayan, 

təcrübəsiz qız nə zamansa, bir daha ona bəxş edilməyəcək bəkarətini heç nəyə bir erkəyə qurban verəcəkdi. Bu 

da Məsmənin "biznesində" itirilmiş böyük məbləğ olardı. Odur ki, mümkün qədər fürsəti fövtə verməməliydi. 

İnci hələ anasının sağlığında, yeddinci sinifdə oxuyarkən qonşu məhəllədən olan İkramla tanış olmuşdu. 

Üç yaş böyük olan İkramın səliqəli geyimi, mehriban davranışı ilk gündən mehrini ona salmağa səbəb olmuşdu. 

Oğlanla görüşəndə darıxmırdı, xoş ovqat hiss edir, sevinirdi. Amma hisslərini bacardıqca gizlədir, 

münasibətlərinin dostluqdan o yana keçməsinə imkan vermirdi. İkramın müxtəlif yerlərə, gəzintilərə dəvətlərini 

rədd etməyə ürəyi gəlməsə də, birinə razı olanda, digərinə yalanlar uydurub yayınmağa çalışırdı. Rəfiqələri ilə 

oğlanlar haqqında edilən söhbətlərdən nəticə çıxarmışdı ki, oğlanı özünə cəlb etməyin bir yolu da qürurunu 

saxlaya bilməyindir. Oğlanlar xoşlayır ki, tanış olduğu qızı tez əldə etsinlər. Məqsədlərinə çatmaq uzananda çox 

vaxt əyləncə fikri sevgi-məhəbbətə çevrilirdi. Bu isə yalnız özünə qiymət verən, oğlanın ağuşundan qoruna 

bilən qızlara nəsib olurdu. İncinin anasının gözlənilməyən ölümü İkramı ona daha da yaxın etmişdi. Kədərinə 

şərik olan İkram tez-tez görüşüb onu ovundurar, qəmli anlarını azaltmağa cəhd edirdi. O günlərdə 

münasibətlərinin istiləşməsinin səbəbini İnci sevgidən əlavə həm də oğlanın ona yazığı gəlməsində hiss edirdi. 

Atasının Məsmə ilə evlənməsindən sonra evdəki əhval-ruhiyənin dəyişməsi İncinin söhbətlərindən 

İkrama da sirayət etmişdi. Əsgərlik qabağı bədbinlik, gələcəyə ümidsizdik yaradan narahatlıq əmələ gəlmişdi. O 

orduda olanda İnci necə olacaqdı? Xidmətini başa vurub qayıdanda İncini yenə sevə biləcəkdimi? 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

23 


 

İkram zənnində yanılmamışdı. Əsgərlikdən qayıtdıqdan sonra, baxmayaraq ki, İncinin atası da rəhmətə 

getmişdi, daha ona keçmişdəki tək nə yazığı gəlmirdi, nə də sevmirdi. Onun qıza qarşı belə küskün olmasında 

ola bilsin ki, məhəllədə dost tanışların arasında bu ailəyə dair gedən xoşagəlməz söhbətlərin də təsiri olmuşdu. 

İkramın ona əvvəlkindən fərqli yanaşması İncini az qala dəli etdi. O, heç vəchlə İkramı itirə bilməzdi, 

onun dəyişməsinə, soyumasına laqeyd qala bilməzdi. İllərlə qəlbində qoruyub bəslədiyi sevgisinin yerini kimlə 

əvəz etmək olardı? İtirdikləri bəs deyilmi? Əgər onu İkram da sevməsə, atasız, anasız, ayağısürüşkən analığı 

olan sahibsiz qızı kim saf məhəbbətlə sevəcəkdi? İkramın ondan soyumasına ən böyük günahkar elə analığı 

deyildimi? O, ailəyə gələn gündən özü boyda da bədbəxtlik gətirmişdi. 

Güvəncini, sevgisini itirmək qorxusu keçmiş qürurunu da yox etmişdi. Onu sevgisinə inandırmaq üçün 

hər şeyə hazır idi. Nə yolla olursa-olsun, o, İkramı qazanmalı, sevdirməli, özünə bağlamalıydı. 

Məsmənin də İnciyə münasibəti ötən illərdəkinə nisbətən dəyişmişdi. Əvvəlki mehribanlığı azalmış, bir 

az sərtləşmişdi. İnci analığının onu daim ağılsızlıqda, tərslikdə günahlandırması, cavanlığının qədrini bilmək

həyatı anlamaq, dünyanı tanımağa dair tövsiyələrindən açıq deməyib, ürəyindən keçən niyyətinin arxasında nə 

durduğunu duyurdu. Cəhənnəmə gedən özünə yoldaş axtarar. Yolunun davamçısı etmək istəyirdi.... 

Hələ neçə il qabaq Məsmə onu köməkçi kimi kafeyə aparanda üç gündən artıq dözməyib ora getmək 

istəməməsi analığının xoşqeyrət niyyəti ilə bağlı ürəyinə daman şübhəsindən irəli gəlmişdi. 

O vaxtdan Məsmə İncinin sənət öyrənmək niyyətinə qarşı çıxmasa da, sərbəst buraxıb, özünü 

görməməzliyə vurmuşdu. İncinin öz gücünə çox irəliləyə bilməyəcəyinə, tez ruhdan düşəcəyinə arxayın olan 

Məsmə hər şeyə biganə yanaşır, burnunun daşa dəyib qayıdacağı günü gözləyirdi. İşin tərsiliyindən İncinin 

arzuları qurduğu xəyallarda qalır, alınmırdı. Məktəbi qurtarıb dərzi sənətinə yiyələnsə də, bu sənətin 

incəliklərini öyrənib, ustasına çevrilməsinə, həmkarları arasında tanınıb seçilməsinə, daimi müştərilər  

toplamasına çox illər sərf edilməli, işləməli, əziyyətlər çəkməliydi. Aldığı cüzi əməkhaqqı ilə yaşamaq çətin idi. 

O isə sənətə yiyələnib, işləyib özünü dolandıracağını, bu yolla da analığının asılılığından qurtulacağını güman 

edirdi. Ürəyində onun yetərli uğur qazana bilməməsinə sevinən Məsmə tez-tez ağlını başına yığmağı, bu 

mənasız işdənsə, imkanlı bir adama ərə getməsini məsləhət görürdü: 

- Qızım, mənim balam, sən bu dərziliyinlə həmişə çörəkli olmayacaqsan. Bir gün tapacaqsan, on gün 

axtaracaqsan. Ömrün-günün həmişə əzab-əziyyət içərisində keçəcək. Ərə getmək vaxtın da keçir. Sən gəl mənə 

qulaq as, tərslik eləmə. Bir yaxşı adam tanıyıram. Sizi tanış edim. Bilirsən səni necə saxlayacaq, heç nədən 

korluq çəkməyəcəksən. Əsas məsələ odur ki, sən onun xoşuna gələsən, ağlını alasan. 




Yüklə 486,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə