The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 486,18 Kb.
Pdf görüntüsü
səhifə10/23
tarix03.10.2017
ölçüsü486,18 Kb.
#3054
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

32 


 

- Eh, şərəfli, ya şərəfsiz var vardır, mövcuddur. Yox nədir? Yoxun mövcudluğu varmı? Cavansan, 

sevgidən, xoşbəxtlikdən dəm vurursan. Məni məcbur edirsən ki, sənə bir həqiqəti də deyim. Sən inanırsan ki, o 

sevdiyin oğlan "Mama Roza"dan tərbiyə alan qızı alıb, özünə arvad edəcək? 

İncinin sinəsindən sanki bir sızıltı keçdi. Çoxdan İkramla bağlı onu rahatsız edən şübhələri xatırladı. 

Ümidsizliyini hiss etdirməməyə çalışsa da səsi nazildi: 

- İnanıram. 

- Yaxşı, yaşayarıq, baxarıq... 

- Baxarıq. 

Məsmənin istehzalı baxışlarına tab gətirməyən qız dönüb qonşu otağa keçərək qapını örtdü. Dişini-dişinə 

sıxıb, səsini boğdu. Saxlaya bilmədiyi göz yaşlarını silib düşündü: taleyi niyə belə qaranlıq idi? Onu bu 

toranlıqdan işığa yalnız İkram çıxaracaqdı. Odur ki, necə var İkram onun olmalı idi. Qoymazdı kimsə sevgisini 

əlindən alıb, öləziyən ümid çırağını söndürsün, xoşbəxtlik arzularını xəyala döndərsin. Gücü yetən, ixtiyarı 

çatan hər şeyi, hətta canını, varlığını belə lazım gəlsə, məqsədinə çatmaq naminə qurban edəcəkdi. 

O gündən gecə-gündüz İncinin dincliyini fikirlər əlindən almışdı. Nə etməli, necə etməli idi ki, istəyinə 

qovuşsun, arzusu ürəyində qalmasın, Məsməyə sevildiyini sübut etsin. 

Şər deməsən, xeyir gəlməz. Birdən Məsmənin gümanı düz çıxsa - İkram onunla evlənmək istəməsə - bəs 

onda nə olacaq? O nəyə görə İkrama bu qədər arxayın idi? İkramın əvvəlki illərə nisbətən son vaxtlar 

soyuqlaşmasını görə-görə hardan idi bu yəqinlik? Oğlanlar qızları azmı aldadırlar? İkramın onu aldatması, ya da 

ondan imtina etməsi niyə də olmasın. İncinin qarşısında öhdəliyimi vardı? Bu al-ver dünysında heç nə 

vermədən, kimdən nə tələb etmək olardı? Doğrudur, neçə illərdi könlünü ona vermişdi. Amma könül deyilən 

məfhumun maddi dəyər baxımından qiyməti olmadığı kimi alanda, qaytaranda da nə ölçüsü, nə də məsuliyyəti 

gözlə görünmürdü. 

Məsmənin sözlərini xatırladı: "Mümkün deyil itkisiz nəyisə əldə edəsən". Ağlına bir fikir gəldi. Bəlkə 

İkramı özünə bağlamaq üçün evlənməyini gözləmədən əvvəlcədən bütün varlığını, gözəlliyini onun itxtiyarına 

versin. Heç kimə qıymadığı qızlığını, bakirəliyini ona təslim etsin. İkramın ağlını başından almaq, özünə tabe 

etmək məqsədi ilə bundan yararlı kəmənd ola bilməzdi. 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

33 


 

Amalına yetmək üçün qarşıdan gələn Yeni İl bayramından gözəl fürsət ələ düşməzdi. Bu fikir ağlına 

gələn kimi təcili İkramı axtarıb Yeni İl bayramını onunla birgə qeyd etməyi rica etdi. İkram qızın yalvarış dolu 

xahişinə öncə təəccüblənsə də, etiraz etmədi: 

- Nə deyirəm, mən razı. Bəs, təzə ili harada, necə qarşılayacağıq? 

- O barədə narahat olma, hamısı mənlikdir, - razılıq verməsinə görə təşəkkür əvəzi İkramı qucaqlayıb 

öpən İnci sevinməklə yanaşı qayğılandı. Onu hara dəvət edəcəkdi? Bəlkə bir bəhanə uydurub, Məsmədən pul 

alıb o gecəni səhərədək restoranda keçirsinlər? Pul, əsas puldur. Pul olandan sonra bütün çətinliklər asanlaşır, 

bağlı qapılar açılırdı. 

Bayrama bir həftə qalmış, Yeni İl gecəsini kafedə keçiriləcək, səhərədək davam etməli şənliklə əlaqədar 

evə gəlməyəcəyini Məsmə bəyan edəndə İnci keçirdiyi sevinc hissini çətinliklə gizlətdi. Analığının dəvətini 

qəbul etməyib, rəfiqəsigilə gedəcəyini bəhanə etdi. Elə həmin gün sevincini İkramla bölüşməyə tələsdi: 

- Yeni İli bizim evdə qarşılayacağıq. 

- Sizin evdə? Bəs analığın necə olacaq? Yox, bu yaxşı çıxmaz, evdə tutmaz... 

- Narahat olma. tək olacağıq: sən və mən. Vəssalam. Rahat evi qoyub, kənarda  nə başımız qalıb, düz 

demirəm? 

- Ağıllı fikirdir. Etirazım yoxdur. Sən deyən olsun...  

Əvvəlki Yeni illərdən fərqli olaraq İncinin bayrama görə xüsusi əl-ayağa düşməsi Məsmənin nəzərindən 

qaçmadı. İncinin özünə təzə paltar alması, bazarlıq etməsi, evdə səliqə-səhman yaratması Məsməni 

təəccübləndirmişdi: 

- Xeyir ola, nə özünə əl qatmısan. Bayramdan çox, toya hazırlaşana oxşayırsan. Yoxsa səni Şaxta 

Babaya ərə verəcəklər? 

Sanki, İncinin ürəyindəki sarı simə əl toxundu. Bədəninə ani bir istilik yayıldı, azacıq sifəti allandı. Bu 

arvad Allahın bəlasıdı, - düşündü. İt kimi havadan iy çəkir. Olmaya özünü aparmağında səhv buraxıb? 

Ləngimədən vəziyyətdən çıxmaq lazım idi. 

- Hə, düz tapmısan. Fəqət, qoca olsa da yüz cavana dəyər. Varı, pulu... 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

34 


 

- Sən lağ eylə. Qonaq gedəcəksənsə, bu hazırlığı neyləyirsən? 

- Bayramın səhəri rəfiqələrimi bizə dəvət etmişəm. 

- Elə edin ki, axırda saç yoldusuna çıxmayın. 

Məsmənin atmacası İncidə qəribə hisslər oyatdı. Həqiqətən də o, nəfsinin quluna dönüb, bayram 

bəhanəsilə hamıdan gizlin ürəyində özü-özünə toy hazırlayırdı. Bu toyda yalnız iki sevgili səbəbkarlardan başqa 

kimsə olmayacaqdı. Belə məsləhət idi. Bəzən düz yola çıxmaq üçün əyri döngələrdən də istifadə etmək lazım 

gəlir. Görən onun gələcəkdə toyu nə vaxt və necə olacaqdı. Bəlkə taleyində toy yoxdu, İkramın ata-anası 

razılaşmayacaqdı? Toysuz-təmtəraqsız evlənəcəkdilər. Birdən onun bu qabaqdangəlmişliyi Allahın acığına 

gələr, toy xoşbəxtliyindən məhrum edər.... Qismət İlahidən... Tək olan o Allah görür ki, onun kiməsə pislik 

etmək fikri yoxdur, nə edir, xoş niyyətlə edir. 

Bayram günü sözləşdikləri vaxt hava qaralana yaxın İkram əlində gül dəstəsi qapının zəngini basdı. İnci 

ürəyi çırpına-çırpına qapını açdı. İkramın yaraşıqlı görkəmi, şux geyimi, əlində tutduğu gül dəstəsi İncini 

fərəhləndirdi: 

- Xoş gəlmisən. Gəl içəri. Həmişə sən gələsən. 

- Qarşıdan gələn Yeni İlini təbrik edirəm, - İkram arxasınca qapını örtüb, gülləri İnciyə uzatdı. 

- Çox sağ ol. Mən də sənin təzə ilini təbrik edirəm. İkimizə də uğurlu olsun. 

İnci bir əlilə gülləri alıb, o biri əlilə İkramı qucaqlayıb yanağından öpdü. İkramın nəfəsindən qoxan araq 

iyindən burnunu yığdı: 

- Sən Yeni İl başlamamış, indidən hazırsan ki... 

- Hə, günortadan dostlarımla oturmuşdum. İl başlananadək yüngül hazırlıq görüb dağılışdıq. Dedik 

köhnə il bizdən inciyər, xətir qalmasın, onu da yad etdik. 

Evdəki səliqə-səhman göz oxşayırdı. Qızın gülən gözləri, həmişə istifadə etdiyi ətrinin xoş iyi, əynindəki 

gözəl xalatı İkrama İncidən qeyri hər şeyi unutmağa çağırırdı. Elə bil "sim-sim açıl" göstərişini gözləyirmiş tək 

yaraşıqlı xalatının düymələri bir-bir açılacaq, İnci mələk qiyafəsində olan-olmaz ağlını alacaqdı. Əgər düymələr 

Əslinin donunda olan sayaq sonuncuda açmayıb, təzədən düymələnərsə, o, Kərəm kimi od tutub yanacaqdı. 




Yüklə 486,18 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə