The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 486,18 Kb.
Pdf görüntüsü
səhifə8/23
tarix03.10.2017
ölçüsü486,18 Kb.
#3054
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

24 


 

- Kimdir, nəçidir? 

- Mehmanxanası, restoranı, maşınları... 

- Aydındır, - İnci Məsməyə ardını davam etməyə imkan vermədi, - müxtəlif yerlərdə arvadları, uşaqları. 

Yaşı da atam yerində, eləmi? 

- Yox, atan yerində deyil, cavandır. Sən yaşını neynirsən? Bir arvadı olub, ayrılıblar. Başqa arvadı 

yoxdu. Subaydı. Qalır ancaq sənin fərasətinə. Heyf qız deyiləm. İndiki ağlım olsaydı, gör onu özümə necə qul 

edərdim. 

- Bəs istək, sevgi? 

- Görüşdükcə, bir-birinizə vərdiş aldıqca, sevgi də əmələ gələcək. Sənin bütün ehtiyaclarını ödəyən 

insanı necə sevməmək olar? Ağılsız və kor olasan ki, beləsini sevməyəsən. Həyatda insana ilk növbədə təminat 

və rahatlıq lazımdır. Bu da yalnız pulu olan insan üçün mümkündür. Ac qarınla, şəraitsiz mühitdə hansı 

sevgidən danışmaq olar? Bil ki, xoşbəxtlik pula bağlıdır. 

- Elə bütün bədbəxtliklərin səbəbi də puldur. Belə çıxır ki, pulun xatirinə qəlbimdəkini unudub, yaşlı bir 

kişiyə özümü istətmək üçün dəridən-qabıqdan çıxım? Xeyr! Heç nəyin xatirinə sevdiyim oğlanı ata bilmərəm. 

- Gün gələr o sevdiyin oğlan səni atar, onda peşman olacaqsan. Nə qədər gec deyil həyata açıq gözlə 

bax. 

İnadından dönməyən Məsmə bir gün səhər gəzmək bəhanəsi ilə İncini də özü ilə götürüb evdən çıxdı. 



Binadan az aralanmamış qarşılarında qəhvəyi rəngli dəbdə olan avtomobil dayandı. Maşın dayanmışdı ki, 

Məsmə yaxın adamını görübmüş təki özünü maşının üstünə atdı: 

- Nail, salam. Xoş gördük, hara belə? 

Məsmənin Nail çağırdığı otuz beş - qırx arası yaşında kök, dolu bədənli, səliqəli, dəblə geyinmiş kişi 

şüşəni aşağı endirib eyni tövrlə Məsməni salamladı. 

-O,.. Masya, salam! Necəsən? Mən iş dalınca gedirəm. Gəlin əyləşin. Uzağa gedirsiniz? 

- Çoxdan dükan bazara çıxmırdım. Dedim çıxaq, bəzi yerləri gəzək. 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

25 


 

Nail onları görəndən alıcı gözlərini İncidən çəkmirdi: 

- Əyləşin. Hara lazımdı apararam. 

İncinin tərpənmədiyini görən Məsmə qolundan dartıb, maşının arxa qapısını açdı. 

- Keç içəri tez elə. 

İnci atası rəhmətə gedəndən bəri belə gözəl maşına minməmişdi. Onlar oturan kimi maşının sürətini 

artıran Nail Məsmənin sevincinə qoşuldu. 

- Bu xanım qız kimdir? 

- Mənim qızımdır. 

- Mən bilmirdim sənin belə qəşəng qızın var. Çox gözəl. Ağıllı qıza oxşayır. 

- Əsl ev qızıdır. 

- Belə qızla tanış olmamaq axmaqlıq olardı. Gözəl qız, adın nədir, - üzünü İnciyə tərəf çevirib soruşdu. 

Məsmə cavab vermək üçün qızı dümsüklədi. Dinmədiyini görüb özü cavab verdi: 

- İncidir. 

- Nə gözəl adın var - İnci. Adı kimi özü də incidir. Yox, belə olmaz. Mən bütün işlərimi təxirə salıram. 

Görürəm sizin də tələsən yeriniz yoxdur. İndi gedirik mütləq bu tanışlığı lazımınca qeyd edirik. 

- Dayan sən Allah, hara? Qalsın başqa vaxta, - Məsmə nazlandı. 

- Elə şey yoxdur, - Nail israr etdi, - mən bilirəm hara. Bax indi yox, sonraya qalsa ləzzəti itəcək. 

Avtomobil şəhərdən aralanıb xeyli getdikdən sonra sahilin yaxınlığındakı, ətrafında çoxlu bəzək ağacları 

əkilmiş, üzərində "Restoran-bar" yazılmış böyük, ikimərtəbəli binanın qarşısına döndü. Deyilənə görə bura təzə 

fəaliyyətə başlayanda Nailin başı bara o qədər qarışır ki, öz arvadına ev əşyası kimi baxır. Onda ayılır ki, ev 

əşyası bildiyi arvad özgə əşyasıdır. Sədaqəti ayaq altına atan Nail özündə olmayanı arvadından umurmuş. Haqq 

söz imiş: nə tökərsən aşına, o da çıxar qaşığına... 

Avtomobili binanın girəcəyində saxlayan Nail adətinə xilaf çıxmayıb nəzakətlə elan etdi: 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

26 


 

- Hə, çatdıq. Xoş gəlmisiniz, əziz xanımlar! 

- Nail, sən canın, bizə çox böyük xəcalət vermə, gedəsi yerimiz var, - maşının qapısını açan Məsmə ona 

mənalı göz-qaş etdi. 

- Narahat olma, vaxtınızı çox almayacağam. Yarımca saat, artıq yox. 

Naili restoranda hörmətlə qarşıladılar. 

- Neynək, zalda oturaq, yoxsa kabinaya keçək? 

- Kabina yaxşıdır. İt-pişiyə rast gələrik. 

Söz Məsmənin ağzından çıxmışdı ki, dəhlizin o biri başından gələn səs addımını yavaşıtdı: 

- O... Ma-sinka!.. 

Aktrisa təki geyinmiş cavan bir qadın hansısa kabinadan çıxıb, ona tərəf gəlirdi. 

- Salam. Xeyir ola? 

- Xeyirdir, Rima, - Məsmə ona danışmağa imkan vermədi, qucaqlayıb qulağına pıçıldadı, - başqa vaxt 

dərdləşərik, indi incimə sən Allah, yaxşı? 

Rima İncini başdan-ayağa maraqla süzüb, Məsmənin narahatlığını anlayırmış başını tərpətdi: 

- Xeyirdi? Xeyrini görəsən. Yaxşı hələlik. Nail bəy, qulluq lazımdı? 

- Sağ ol,afiyətli olasız... 

Rima uzaqlaşdı. Məsmə şikayətləndi: 

- Bunların əlindən bir yana çıxa bilmirəm. Hara getsəm, mütləq biri bitir qarşımda. Bu burda nə gəzir, - 

Naildən soruşdu? 

- İşin olmasın, əhəmiyyət vermə, - Nail otaqlardan birinə daxil olub, arxasınca onları dəvət etdi, - Gəlin 

içəri. Ürəyiniz istəyən qaydada istirahət edin. Bax girəcəkdə, sağdakı qapını görürsünüz, orada ayaqyolu da, 

yuyunmaq yeri də var. Daha onlardan ötrü otaqdan çölə çıxmağa ehtiyac yoxdur. 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

27 


 

Otağa girəndən Məsmənin ağzı açıla qalmışdı: Otaqdakı son dəbli mebel, divan-kreslo, televizor, 

kondisioner, çilçıraq onu heyrətə gətirmişdi. 

- Bura cənnətdir ki... Saxlayan olsa aylarla burdan çıxmaram. Ye, iç, yat, keyf eylə, nə başım qalıb 

çöldə?! 

- Çölə çıxmayanda hesab et ki, həbsdəsən, - səhərdən səsi çıxmayan, danışmağa lüzum görməyən İnci 

qeyri-ixtiyari analığının sözlərinə etiraz etdi. 

- Xeyr a, səhvin var. Həbsxanada kişi üzünə həsrət qalırsan. 

Məsmənin sözünə gülüşdülər. 

İçəri iki ofisant daxil oldu: 

- Nail bəy, eşidirik qulluğunuzu, nə lazımdır? 

Nail ciddi görkəm aldı: 

- Nə var gətir, lazımi qaydada, - təzəcə yerini rahatlamışdı ki, nəyisə xatırlayıb, ayağa durub qapıya tərəf 

getdi, - siz rahatlanın, mən yeməkdən qabaq əllərimi yumalıyam. 

İkilikdə qalmalarından istifadə edən İnci Məsməni sorğu-suala tutdu: 

- Nə ağılla gəldik bura? Özün gəlirdin, məni niyə gətirdin? 

- Kül olmasın ağluva. Gətirdim ki, görəsən, tanıyasan, tanış olasan. Sənə dediyim kişi budu da. Gör necə 

imkanı, cah-cəlalı var? 

İncinin bədənindən xəfif titrəmə keçdi. Məsmənin təriflədiyi kişi demək bu imiş. Düz deyir, atasından 

bir az cavan olardı. Haradasa yenə də qızı yerində idi. Nailin özünü hazırlıqlı, təmkinli aparmasından bu 

görüşün təsadüfi  alınması həqiqətə oxşamırdı. Bəlkə də öz aralarında əvvəlcədən razılaşıblar, - İnci ürəyində 

götür-qoy etdi. 

Az keçmədi Nail yerinə qayıtdı: 

- Heç xoşuma gəlmirsiz. Nədənsə, elə bil, çəkinirsiz, sıxılırsız. Belə olmaz. Məsmə, inanmaq olmur ki, 

sənin belə qəşəng, həm də ev qızın var. Özünü də çox ciddi aparır. Lap utancaq uşaqdan betərdi... 



Yüklə 486,18 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə