The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 486,18 Kb.
Pdf görüntüsü
səhifə3/23
tarix03.10.2017
ölçüsü486,18 Kb.
#3054
1   2   3   4   5   6   7   8   9   ...   23

www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

10 


 

ürəyi istəsə belə, bacarmırdı. Bədənini idarə edən, ürəyinə üstün gələn sehrli bir qüvvə ona qalib gəlirdi. Bu 

mucadilədə tək özü ilə mübarizə kifayət etmirdi. O, gərək eyni zamanda illər ərzində ünsiyyətdə olduğu 

dostlarından, tanışlarından imtina etməli idi. Və yaxud, bu torpaqdan baş götürüb getməliydi. 

...Məsmənin qız vaxtından ən çox xoşladığı zövq cinsi yox,  müştəridən aldığı qazancın şirinliyi idi. Elə 

qızlığını – bəkarətini də, bahalı pal-paltara, ənlik-kirşana qurban vermişdi. Əlinə pul gələndə mağazaları 

gəzməkdən yorulmazdı. İstəyi isə bitib-tükənmək bilmirdi. Könlündən saysız-hesabsız pullar keçirdi. Müstəqil 

olmaq nə qədər yaxşı olsa da, sərfəli müştəriyə rast gəlmək hər zaman mümkün deyildi. Vasitəçisiz keçinmək 

çətin idi. Ona görə də, şəhərin mərkəzindəki mehmanxananın qarşısında tanış olduğu rəfiqəsinin məsləhəti və 

köməyi ilə dəstəyə qoşulmaq məcburuyyətində qaldı. Dəstə, təhlükəsizlik baxımından da sərfəli idi. Tək olarkən 

bəzən müştərinin kobudluğu ilə rastlaşanda polisə müraciət etməyə ürək etmirdi. Polis də çox vaxt o kobudu 

cəzalandırmaqdansa, sənin üstünə düşüb incidirdilər. Ancaq dəstədə olanda dəstəbaşının polislə gizli 

sövdələşməsi varsa, haqlı tərəf kimi xətərsiz ötüşürdün. Onun kimi qadınları idarə edən, müştərilərlə vasitəçilik 

yaradan  dəstəbaşı xanımın - "Mama Roza"nın qazancın tən yarısına yiyə durması da onu açmırdı. Belə olanda, 

özünə münasib iş yeri tapmağı qərara aldı. Ürəyindən mağazada satıcı işləmək keçirdi. İmkanlı tanışlardan 

soraq etdi. Nəhayət, bir gün satıcı işi tapıldı. Amma mağazada deyil, şəhərin girəcəyində, yol kənarındakı təzə 

açılan kafedə satıcı işinə qəbul edildi. İşə düzələndən sonra müstəqil yaşamaq uçün evdən ayrılıb, kirayə mənzil 

tutdu. 


Məsmənin xoş davranışı, yaraşıqlı qaməti ilk gündən kafeyə gələn-gedənlərin diqqətini cəlb etdi. Az 

vaxt ərzində kafenin müştərilərinin sayı artdı. Daha ona kimisə axtarmaq lazım gəlmirdi. Əksinə, onunla 

“yaxınlıq” etmək istəyənlər birə-beş artmışdı. Hətta bəzən iş vaxtının sonunadək dözməyənlər də tapılırdı . Belə 

halda, müdirin razılığı ilə, qazanca şərik olmaq şərtiylə müştərini narazı salmamaq naminə, gözdənkənar 

kabinada "nümunəvi xidmət" göstərməli olurdu. 

Çox keçmədi, kafe xüsusilə sürücülər arasında tanınıb, öz adı ilə yox, "Məsmənin kafesi" kimi 

məşhurlaşdı. 

İllər ötdükcə, laübalı həyat onu usandırmağa başladı. Hər il yaşı artdıqca, gözəlliyinin azaldığını, 

bədəninin əzalarınin boşaldığını duyduqca, nə vaxtsa bu qayğısız günlərinin sonu olacağını düşünərək özündən 

asılı olmadan əsəbiləşirdi. Gələcəyi üçün narahatlıq yaradan tənhalıq qorxusu daim canını sıxırdı. 

O, kafedə bir müddət işləyəndən sonra özünə imkanı çatan hər şeyi əldə etmişdi. Bir otaqlı ev almışdı, 

evində normal şərait yaratmışdı. Daha onun-bunun qapısında kirayə qalmırdı. Hər cür ev əşyası, coxlu pal-

paltarı, ehtiyat pulu, hər yerdə dostları var idi. Həyatından narazı deyildi. Özü seçdiyi həyat idi. Əzabı da, 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

11 


 

sevinci də ona xoş gəlirdi. Başı yoldan ötənə, gəlib-gedənə, çox vaxt eyş-işrətə elə qarışmışdi ki, yaşının otuzu 

keçməsini hiss etməmişdi. 

Bir səhər tezdən kafenin həyətinə bir minik maşını girdi. Maşından orta yaşlı kişi, nisbətən cavan qadın 

və beş yaşi da ola-olmaya şeytangöz bir qız uşağı kafeyə daxil oldular. Uzaq yoldan gəldikləri hiss olunurdu. 

Bu kafeyə ailə nadir halda gəlirdi. Onlar içəri girəndə balaca qız necə Məsmənin gözünü tutdusa, bütün iş-

gücünü atıb, qızla oynamağa başladı. Qızcığazın parıldayan gözlərini, yumşaq saçlarını, xırda əllərini, yaraşıqlı 

sifətini oxşamaqdan, öpüb qucaqlamaqdan özünü saxlaya bilmirdi. Elə bil əl ilə yaradılmış canlı kukla idi. 

- Kukla, kukla... 

Məsmənin nəvazişlərinə əvvəlcə cavab verməyib, anasının qucağına qısılan qızcığaz, ondan bir xeyli 

şirniyyat aldıqdan sonra üzü güldü. Anası da, Məsmə də sevindi: 

- Uşaq fağır neyləsin, qan nədi, iliyimizə keçib. Xeyrimiz olmasa, üzümüz gülməz. 

Yeməklərini qutaranda Məsmə yenidən onlara yaxınlaşıb qızı qucağına alaraq oynatdı: 

- Kuklanı satın mənə. Mən alıram, verməsəz, gəlib evinizdən oğurlayacağam. 

Atası gülə-gülə: 

- Bizim kuklamızın qiyməti yoxdur.Heç kimə verə bilmərik. Kukla istəyirsən, get, zəhmət çək al, - onun 

əzizləməsini eyhamla cavabladı. 

-Allahın verdiyi payın tayı-bərabəri olmaz, - anası yoldaşının sözünə qüvvət verdi. 

Məsmənin könlünü hələ heç bir uşaq bu cür ovsunlamamışdı. Ürəyində ani istək baş qaldırdı: kaş onun 

da belə şirin balası olaydı. 

O, qızın ciblərini konfetlə doldurdu, çoxlu-çoxlu öpüb anasına qaytardı. Onlar gedəndə Məsmənin 

gözləri nəmlənmişdi. Ömründə ilk dəfə idi uşaq istəyirdi . Əvvəl əl-ayağına dolaşacağından ehtiyatlanıb,uşaq 

barəsində heç düşünməmişdi də. O, nə qədər heyvansayaq tək özü üçün yaşayacaqdı? Sabah qocalıb əldən 

düşəndə ona kim yiyə duracaqdı? Qadın üçün ana olmaqdan gözəl nə var dünyada?  Mütləq, necə var ana 

olmalıydı. Atasının kimliyi, olub-olmaması əhəmiyyətli deyildi. Özü atalıq edəcəkdi. qazancı, yığdığı ona bəs 

idi. Təki, "ana" deyib, qucaqlayan olsun, malına, evinə, özünə sahib dursun. Ancaq yaşının bu çağında ana 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

12 


 

olmaq asan deyildi. Cavan vaxtlarında hamilə qalmamaq üçün nələr etməmişdi? Çətin ondan ana olardı. Gərək 

təcili həkimə müraciət etsin. 

Ertəsi gündən başlayaraq, xeyli müddət həkimlərə ayaq döydü. Müalicələr yazıldı. İki ilə qədər ümidlə 

yaşadı. Lakin nəticəsi olmadı. On beş il əvvəl etdiyi başıpozuq hərəkətlərinin cavabını aldı: O, heç vaxt ana 

olmayacaqdı! 

Bir zamanlar hamiləlikdən yaxa qurtarmağa pul xərcləyirdi. İndi tərsinə! Xərclədiyi pulların da xeyri 

yox idi. Artıq özü də bu qənaətə gəlmişdi ki, arzusu alınmayacaq. Möcüzəyə ümid bağlayan həkimlər isə öz 

xeyirlərinə görə onu yeni müalicələrə həvəsləndirib əldən buraxmaq istəmirdilər. Daha iynə-dərmandan da 

bezmişdi. Allahına sığınıb, qismətinə qane olmaq istəyirdi. Demək, belə lazımmış. O, ana olmağa layiq 

deyilmiş... 

Bir neçə il də keçdi. Həyat öz axarı ilə davam edirdi. Məsmə həmişəki kimi həyatını kafeyə, müştərilərə 

həsr edə, taleyi ilə razılaşıb ömrünün günlərini, havayı əlinə keçən pul sayağı boş-boşuna xərcləyirdi. Yaşı qırxı 

haqlamışdı. Özünü nə qədər cavan göstərməyə çalışsa da, əvvəlki təravəti, yaraşığı qalmamışdı. O, bunu onunla 

olmaq istəyənlərin azalmasından hiss etmişdi. Keçmiş tanışları, müştəriləri daha özündən çox, kafeyə ayaq açan 

cavan qızlarla maraqlanır, onu vasitəçilik etməyə dilə tuturdular. Başa düşürdü ki, artıq dövranı bitmək üzrədi. 

Beş-on il də ötəcək, onu vaxtında olsaydı, oğlu yaşında, təcrübəsiz, cinsi əlaqə barədə təzə nəsə öyrənməyə can 

atan cavan uşaqlardan qeyri kimsə istəməyəcəkdi. 

Əvvəl pərt olsa da, köhnə dostlarını itirməmək xatirinə vasitəçi oolmağa razılaşmaq  məcburiyyətində 

qalırdı. Etdiyi vasitəçiliyə görə isə hər iki tərəf könüllü, bir-birindən xəbərsiz"hörmət"lərini çatdırırdılar. Bu 

minvalla get-gedə özü istəməsə də "Mama Roza"ya çevrilirdi. Axır aylar kafeyə ara-bir gəlib gedən, saçlarına 

dən düşən ortaboylu, çox da kök olmayan kişinin daim ona qəribə nəzərlərlə baxması nəzərindən yayınmamışdı. 

Son illər özündən yaşlı kişinin ona belə baxmasını xatırlamırdı. Az-çox yenə bir az cavanlar yaxınlaşıb, yaddan 

çıxarmırdılar. 

O kişi, sanki gözləri ilə nəsə demək istəyən, amma deməyə utanan yeniyetməyə oxşayırdı. Qəfildən 

peyda olduğu tək, bəzən günlərlə yox olurdu. Heç kəsə qaynayıb qarışmayan, uzaq küncdəki stolda papiros 

çəkə-şəkə yalnız pivə içən, daim fikirli bu kişi Məsməni ilk gündən özünə cəlb etmişdi. Hər dəfə ona yaxınlaşıb 

maraqlanmaq, həmsöhbət olmaq istəmişdisə də, özünün də heyrət etdiyi bir hiss onu həyalı davranmağa məcbur 

etmişdi. Olmayanda isə mütləq ona yanaşacağını qərar verən Məsmə, kişini görəndə tərəddüddən donurdu. 

Başını işlə qatırdı. Nə vaxt ki, onu həmişə oturduğu stolun arxasında görmürdü, özünü danlayıb peşman olurdu. 




Yüklə 486,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə