135
Ş.Əliyev
Həmin dövrdə BMT-nin Baş Məclisi tərəfindən Ümumdünya ətraf mühit xartiyası
qəbul
olunur ki, (28 oktyabr 1982-cı ildə) burada da ətraf mühitin mühafizəsi sahəsində, o
cümlədən genetik müxtəlifliyin qorunub saxlanması; təbii resursların səmərəli istifadəsi;
hərbi əməliyyatların nəticələrindən təbiətin mühafizəsi sahəsində tədbirlər üzrə beynəlxalq
əməkdaşlığın mühüm istiqamətləri müəyyənləşdirilmişdir. Öz hüquqi qüvvəsinə görə
Xartiya tövsiyə əhəmiyyətli beynəlxalq-hüquqi sənəddir. Bu onu bildirir ki, onun norma və
prinsipləri hüquqi cəhətdən dövlətlər və beynəlxalq təşkilatlar üçün məcburi deyil, lakin
dünya cəmiyyəti üzvləri öz praktik fəaliyyətində təbii ətraf mühitin
ümumi mühafizəsi
vəzifəsini nəzərə almaqla, bu aktın müddəalarını gözləməlidir.
Bu sahədə xüsusilə ATƏM-in (indiki ATƏT) fəaliyyətini, ən əsası isə 1avqust 1975-
də Helsinki şəhərində imzalanmış ATƏM-nin Yekun Aktını qeyd etmək lazımdır. Bu
sənəddə qeyd olunur ki, yalnız milli səviyyədə ətraf mühitin keyfiyyətinin təmin edilməsi
mümkün deyil, buna görə də qlobal miqyasda bu problemin həlli üzrə tədbirlər sistemi
təklif edilir. Belə ki, hava, su və torpağın çirklənməsinə qarşı mübarizə tədbirlərinin qəbul
edilməsinin zəruriliyi, təbiət qoruqlarının inkişafı, yaşayış məntəqələrində ətraf mühitin
vəziyyətinin yaxşılaşması, ətraf mühitin dəyişikliyinin elmi araşdırılması, monitorinq və
qiymətləndirilməsi, eləcə də hüquqi əməkdaşlıq üzrə cəhdlərin birləşməsi qeyd olunur. Bu
tövsiyələr sonrakı beynəlxalq sənədlərə təsir göstərmiş və Böyük məsafələrdə havanın
transsərhəd çirkləndirilməsi haqqında Cenevrə Konvensiyasında (13 noyabr 1979-cu il) öz
əksini tapmışdır.
1986-1989-ci illərdə keçirilən ATƏM iştirakçı dövlətlərin nümayəndələrinin Vyana
görüşündə ekoloji xarakterli bir sıra məsələlərə baxılmış və kükürd,
hidrogen sulfid
tullantılarının, digər çirkləndiricilərin azaldılması, tullantıların dənizdə basdırılması
əvəzinə onların basdırılmasının yeni üsullarının işlənib hazırlanması, iqlimin qlobal
istiləşməsi hallarının araşdırılması, ozon təbəqəsinin mühafizəsi və s. sahəsində tövsiyələr
verilmişdir. Bu məqsədlərin həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlığın
gücləndirilməsi və ekoloji informasiya mübadiləsi nəzərdə tutulmuşdur.
Üçüncü mərhələ (1992-2002-ci illər) Rio de Janeyroda 1992-ci il iyun ayında təşkil
edilən Ətraf Mühit və İnkişaf üzrə BMT Konfransının qərarlarının həyata keçirilməsi ilə
bağlıdır (18). Əlverişli ətraf mühitin keyfiyyəti davamlı inkişafın ünsürü kimi nəzərdən
keçirilməyə başlayır. Konfransın materialları əsasında davamlı inkişaf prinsipi dövlətin
biosferin fəaliyyəti üçün çox vacib olan bütün ekosistemlərin və ekoloji proseslərin
qorunması, biomüxtəlifliyin qorunması və bioloji resursların və canlı ekosistemlərinin
istismarı zamanı optimal sabitlik prinsipinin riayət edilməsi üzrə öhdəliklərini bildirir.
Başqa
sözlə desək, davamlı inkişaf cəmiyyətin davamlı tərəqqisini təmin edən və öz təbii
əsasını məhv etməyən davamlı sosial-iqtisadi inkişafdır. Konfransda qəbul edilmiş Ətraf
Mühit və İnkişaf üzrə Rio de Janeyro Bəyannaməsində (1992) qeyd edilir ki, «insanlar
sağlam mühitdə yaşamaq və təbiətlə harmoniyada məhsuldar çalışmaq hüququna
malikdir». Bəyannamədə insanı əhatə edən ətraf mühit hüququnun bir sıra yeni
elementləri, o cümlədən istehsal və istehlakın qeyri-səmərəli nümunələrinin
məhdudlaşdırılmasını və aradan qaldırılmasını tələb etmək hüququ; insanın ətraf mühitin
vəziyyətinə dair beynəlxalq
informasiya əldə etmək hüququ; insanın ətraf mühitə dair
beynəlxalq problemlərin həllində iştirak etmək hüququ; zərərə görə kompensasiya daxil
olmaqla effektiv məhkəmə və inzibati icraat hüququ; biosferə təsir edən qərarların
verilməsində iştirak etmək hüququ və s. qeyd edilmişdir (20). Bundan əlavə, Rio de
Janeyro Bəyannaməsində aşağıdakı prinsiplər təsbit edilmişdir: - insanlar təbiətlə
həmahəng, sağlam və məhsuldar yaşamaq hüququna malikdir;
- bugünkü inkişaf indiki və
gələcək nəsillərin ziyanına həyata keçirilməməlidir; - davamlı inkişafı həyata keçirmək
üçün ətraf mühitin mühafizəsi inkişaf prosesinin ayrılmaz hissəsini təşkil etməli və ona
ayrılıqda baxılmamalıdır; - sabit inkişafı təmin etmək və əhalinin çoxunun tələblərini
136
Ş.Əliyev
ödəmək üçün yoxsulluğun kökü kəsilməli və dünyanın müxtəlif bölgələrində həyat
səviyyəsinin qeyri-bərabərliyi ləğv edilməlidir; - dövlətlər Yer ekosistemlərinin qorunması,
mühafizəsi və bütövlüyünü bərpa etmək məqsədilə əməkdaşlıq edir və inkişaf etmiş ölkələr
davamlı inkişafın təmin olunmasında beynəlxalq cəhdlər
üçün öz məsuliyyətini dərk
edirlər; - dövlətlər uyğun demoqrafik siyasəti müdafiə etməlidirlər; - ekoloji məsələlər ən
səmərəli şəkildə bütün marağı olan vətəndaşların iştirakı ilə həll edilməli və dövlətlər
ekoloji informasiyaya geniş yol açmaqda əhalinin iştirakını təmin etməli və
genişləndirməlidir; - dövlətlər bütün ölkələrdə iqtisadi yüksəlişə və davamlı inkişafa gətirib
çıxaracaq açıq beynəlxalq iqtisadi sistemin yaradılması işində əməkdaşlıq etməlidirlər; -
ətraf mühiti çirkləndirənlər bu çirklənməyə görə maliyyə məsuliyyəti daşımalıdırlar; -
davamlı inkişaf problemin daha dərindən dərk edilməsini tələb edir; - davamlı inkişafa
çatmaqdan ötrü qadınların və gənclərin yaradıcı qüvvələrinin hərtərəfli iştirakı zəruridir; -
müharibə davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərir. Ona görə də dövlətlər silahlı
münaqişələr zamanı ətraf mühiti mühafizə edən beynəlxalq
hüquqa hörmət etməlidirlər; -
sülh, inkişaf və ətraf mühitin mühafizəsi bir-birindən asılı və ayrılmazdır (1, 7-8).
1998-ci il iyun ayının 25-də Danimarkanın Orxus şəhərində Avropanın ətraf mühit
nazirlərinin Dördüncü konfransında qəbul edilən Ətraf mühit ilə bağlı məsələlərdə
informasiyanın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət
mühakiməsinin açıq keçirilməsi haqqında Orxus Konvensiyası gələcək nəsillər üçün ətraf
mühitin mühafizəsi və onun vəziyyətinin yaxşılaşdırılması prosesində ictimaiyyətin və
aidiyyəti təşkilatların nümayəndələrinin iştirakını gücləndirmək məqsədilə yaradılmış yeni
tip Konvensiyadır (19). Konvensiyada insanların ətraf mühitə dair informasiya əldə etmə,
proseslərdə iştirak və ədalət mühakiməsinə müraciət hüquqları göstərilir ki, bu da ətraf
mühitə dair məsələlərdə dövlət orqanlarının hesabat verməsi və idarəetmənin şəffaflıq
səviyyəsinin yüksəldilməsinə şərait yaradır. Bu konvensiya yalnız ətraf mühitin mühafizəsi
mexanizmi deyil, habelə, demokratiyanın inkişafı vasitəsidir. O insanlara ətraf mühitə dair
məsələlərlə bağlı fikir və narahatlıqlarını bildirməyə, qərarların qəbul edilməsinə cavabdeh
olan şəxslər tərəfindən lazımi hesabatların hazırlanmasına imkan yaradır; ictimaiyyətin
ətraf mühitə dair informasiya almaq və qərarların qəbul edilməsində iştirakı hüququnu
pozan halları müəyyən etmək prosedurunu bilməyə və bəzi
hallarda ekoloji
qanunvericiliyin geniş xarakterdə pozulması halları üzrə şikayət etməsinə şərait yaradır
(15). Konvensiya insanın əlverişli (sağlam) ətraf mühitdə yaşamaq hüququnu "insanın
sağlamlığı və rifahı üçün əlverişli bir mühitdə yaşamaq hüququ" kimi xarakterizə edir.
Bundan əlavə, Konvensiyada ilk dəfə olaraq qeyd edilmişdir ki, əlverişli (sağlam) ətraf
mühit hüququnun subyekti kimi təkcə indiki insanlar deyil, həm də gələcək nəsillərdir (11,
25-28).
Nəhayət, dördüncü mərhələ (2002-ci ildən indiyədək) 2002-ci ildə Yohannesburqda
keçirilən Davamlı İnkişaf üzrə Ümumünya Sammitinin qərarları ilə bağlıdır. Davamlı
İnkişaf üzrə Yohannesburq Bəyannaməsi əsas diqqətini yoxsulluğun aradan qaldırılması,
istehsal və istehlak nümunələrinin dəyişilməsi, eləcə də davamlı inkişafın əsas məqsədləri
kimi təbii ehtiyatların müfafizəsi və səmərəli istifadəsi məsələlərinə yönəldir.
Qeyd etmək lazımdır ki, ətraf mühitin beynəlxalq-hüquqi tənzimlənməsinin əsas
«yükü» regional müqavilələrin üzərinə düşür. Bu müqavilələr,
demək olar ki, bütün
regionları və bütün ekoloji sistemləri əhatə edir. Onlara misal olaraq aşağıdakı aktları
göstərmək olar: Yuyucu və təmizləyici vasitələrdə bəzi maddələrin istifadəsinin qadağan
olunması haqqında 1968-ci il Avropa Sazişi; Təbiətin və təbii ehtiyatların qorunub
saxlanması haqqında 1968-ci il Afrika Konvensiyası; Avropada vəhşi fauna və floranın
mühafizəsi haqqında 1979-cu il Konvensiyası; Aralıq dənizinin çirklənmədən mühafizəsi
haqqında 1976-cı il Konvensiyası; Sakit okeanın cənub-şərqi hissəsinin dəniz mühiti və