The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə87/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   83   84   85   86   87   88   89   90   ...   102

215 
 
F.R.Məmmədhəsənov 
 
Burada B
ə
- büdcə təminatının əmsalıdır; 
B
x
 -dövr ərzində büdcənin xərcləri
Ə
s
- həmin dövrdə əhalinin sayı 
Əhalinin büdcə  təmin olunmasının  əmsalının üstünlüyü, onun hesablanmasının 
sadəliyindədir. Çatışmazlığı isə ondan ibarətdir ki, həmin göstərici, dövlət xərclərinin 
istifadəsinin effektivliyini sosial nöqteyi-nəzərdən səciyyələndirir, onun yüksək qiyməti, 
büdcə vəsaitlərinin hər zaman səmərəli xərclənməsi barədə xəbər vermir. 
Vergi bazasının və demoqrafiq amillərin yerləşdirilməsinin qeyri bərabərliyini 
nəzərə alaraq, bu əmsal bölgələr üzrə əhəmiyyətli dərəcədə fərqlənir. 
Bir tərəfdən, büdcə  təmin olunma əmsalının artması, sözsüz ki, yerli büdcələr 
tərəfdən təqdim olunan dövlət xidmətlərinin və faydaların həmcinin artımıhaqqında xəbər 
verən mübət faktdır./2/ Digər tərəfdən, onların ödənilməsi mənbələri haqqında sual yaranır. 
Tərəfimizdən aparılan təhlil göstərdi ki,yerli büdcələrin xərcləri, onların özlərinin 
gəlirlərinin endirilməsi fonunda artır, yəni xüsusilə Respublika büdcəsindən transfertləri 
hesabına həyata keçirir.  Burada onların istifadəsinin effektivliyi barədə sual yaranır.  
Əgər büdcələrarası transfertlər yuxarı büdcənin xərcləri kimi, istehsalın artımı və 
vətəndaşların rifahının yeksəlməsi isə dövlət tərəfindən ayrılmış resursların istifadəsinin 
nəticələri kimi nəzərdən keçirilsə, o zaman maliyyə  vəsaitlərinin istifadəsinin 
səmərəliliyinin  kəmiyyət qiymətini vermək olar. 
Riyazi şəkildə bu ifadəni  aşağıdakı formula ilə göstərmək olar : 
BX
S
= BV
n *
BX 
Burada BX
S
 -büdcə xərclərinin səmərəliliyidir ; 
BV
n
 -büdcə vəsaitlərinin istifadəsi zamanı əldə olunan nəticələri. 
BX- büdcənin xərcləri 
Həmin qiymətləndirmə  şərtidir. Bununla belə, bu qiymətləndirmə, ÜDM-la 
Respublika transfertlərin bir-biriləriylə necə bağlı olduğunu müəyyən etməyə imkan verir.  
Büdcə  xərclərinin səmərəliliyinin qiymətləndirilməsi.Büdcə  xərclərinin 
səmərəliliyinin qiymətləndirilməsi, büdcə  xərclərinin multiplikatoru əsasında yerinə 
yetirilə bilər. 
Həmin qiymətləndirmə nəzərdə tuturki, ÜDM-un artımı, büdcə xərclərinin bölgü 
iqtisadiyyatına müsbət təsir edən yüksəlməsi zamanı  əldə edilə bilər. Ümumi regional 
məhsulun artımı  əsasında büdcə  xərclərinin səmərəliliyinin  qiymətləndirilməsi, büdcə 
xərclərinin multiplikatorunun hesablanmasına  əsaslanıb ki, bu multiplikator növbəti 
düsturla hesablanır. 
BM

= ÜDM

: BX

Burada BM
x
 – büdcə xərclərinin multiplikatoru. 
ÜDM
d
 – nəzərdə keçirilən dövrdə ÜDM – un dəyişilməsi 
BX
d
 – müvafiq dövrdə büdcə xərclərinin dəyişilməsidir. 
 
Adambaşına hesablanan maliyyə potensialının qiymətləndirilməsi vergi gəlirləri 
haqqında faktiki məlumatlara  əsaslanmışdır. Belə metod regionlar arasında vergi bazası, 
paylar, həmçinin vergilərin yığımı effektivliyindən kiçik fərqlərmövcud olduğu hallarda 
tətbiq oluna bilər./2/ Bu halda regionun ərazisindən faktiki vergi daxilolmaları haqqında 
məlumatlardan vergi potensialının fərqlənmə dərəcəsinin qiymətləndirilməsi kimi istifadə 
oluna bilər. Respublika büdcəsinə daxil olan hər hansı vergi, məsələn, ƏDV bu məqsədlər 
üçün ən yaxşı variant ola bilər. Bu zaman milli hakimiyyətlərin ölkənin bütün ərazisində 
maliyyə gücünün eyni səviyyəsi barədə şərtə əməl olunmalıdır.  
Dövlət funksiyalarıının idarəetmə səviyyələri arasında bölünməsi onların maliyyə 
təminatı, büdcələrarası münasibətlərin tənzimlənməsi, yerli büdcələrin formalaşdırılması, 
məsələləri nisbətən yaxın zamanlarda meydana çıxıb. Yerli büdcələr dövlət maliyyələrinin  


216 
 
F.R.Məmmədhəsənov 
 
bir bəndi kimi yaxın dövrdə inkişaf etmiş ölkələrdə formalaşmışdır. Beləliklə, iqtisadiyyat 
və maliyyələrin fəaliyyətinin xarici şərtlərinin dəyişməsi obyektiv olaraq maliyyə qeyri-
mərkəzləşdirilməsi problemlərinin araşdırılması zərurətini yaratdı.  
XX  əsrin  əvvəllərində bu model ölkə subyektləri arasında razılaşdırılmış 
münasibətləri nəzərdə tutan «fikrin» baniləri C.Klark, T.Day, N.Korruin tərəfindən tənqidə 
məruz qalmışdır. Sonradan bu model dövlət hakimiyyəti orqanlarının qarşılıqlı 
münasibətini nəzərdə tutan «kooperativ maraqlara» keçmişdir. XX əsrin 70-80-ci illərində 
amerkan federalizminin yeni modelləri - «rəqabət », qabiliyyətli «yeni cəmiyyətin» 
nəzəriyyəsi yaranır.  
İlk dəfə Kanada politoloqu A.Bretonun işlərində verilmiş «rəqabət federalizmi» 
konsepsiyası subyektlərini yarışma mövzusuna yönəlmişdir. Burada münasibətlərin 
iştirakçılarına tərəfdaşlar kimi yox, mərkəz və regionların, mərkəzi hökümət və regional 
hökümətlərin, regional hakimiyyətin, ərazidə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin 
qarşılıqlı münasibəti zamanı rəqib oyunçular kimi baxılır.  
Əmək və kapital mobildir, onların sahibləri seçki prosedurlarından istifadə edərək 
daha əlverişli oyun şərtlərini axtarırlar.  
Eyni zəmanda regional ərazi dövlət tikintisinin idealogiyası kimi baxan baºqa bir 
istiqamət də iştirak edir. Onun mahiyyəti siyasi qurumların böyük maraqlarını saxlamaqla 
onların vahid dövlət bütövlüyünə inteqrasiyasından ibarətdir.  
Çoxqatlı  cəmiyyətin müasir siyasi nəzəriyyəsi kimi regionlaşmanın öz 
xüsusiyyətləri var. Belə ki, D.Eleyzer bu  məsələyə dar mənada idarəetmənin səviyyələri 
arasında qarşılıqlı münasibət kimi, geniş  mənada isə qeyri-mərkəzləşdirmə  əsasında 
hakimiyyətdə iştirakı ilə özünü idarəetmə və idarəetmə payının birləşməsi kimi müəyyən 
edir.  
Bu anlayışın maliyyə aspektlərini nəzərdən keçirərək idarəetmə    səviyyəsinin 
müxtəlifliyini xarakterizə edən düşüncələrin geniş dairəsinin olduğunu qeyd etmək 
lazımdır. Bəzi alimlərin bir qrupu tərəfindən  şərh edilmiş  rəqabət  əsasında qurulan 
idarəetməbib mahiyyəti aşağıdakılara gətirib çıxarır: 

 
ictimai sektorun idarə olunmasının qeyri-mərkəzləşdirilməsinin 
iqtisadiyyatın bu sektorunda innovasiyaları stimullaşdırılması ; 

 
təcrübədə«maliyyə » müstəqilliyi məsələlərinə daha geniş yer verilməsi ; 
«Maliyyə» və «büdcə» müstəqilliyi  anlayışları  əksər hallarda eyniləşdirilir. 
Mövcud olan yanaşmalara nəzər salaq. ProfO.S.Valuyevin fikrincə bu anlayışlar bir-
birindən fərqlidir.  
O qeyd edir ki, fiskal müstəqillik anoloji sistemdən və vergilərin büdcə sisteminin 
səviyyələri arasında bölünmə qaydasından birbaşa asılıdır. Bununla bərabər, o, modelin 
müsbət xüsusiyyətləri arasında - mərkəzləşdirilmiş vergi yığımının qənaətliliyini və aktiv 
tarazlaşdırma siyasətini, mənfi çatışmazlıqlar arasınrda isə - regionların qeyri-
mərkəzləşdirilməsinin və maliyyə  sərbəstliliyinin məhdudiyyətini qeyd edir. O, büdcə-
vergi müstəqilliyi modelinə yalnız maliyyə  sərbəstliyi deyil, həm də  ərazilərin özünü 
inkişaf etdirməsi və iqtisadi müstəqilliyini də daxil edir.  
Zənnimizcə, bu yanaşma bir qədər məhdudlaşdırılmış görünür, çünki o maliyyə 
tənzimlənməsinin imkanlarına, həmçinin regionların maraqlarının təmin olunması 
zərurətini nəzərə almır, büdcələrarası münasibətlərin bu və ya digər maliyyə vasitələrinin 
tətbiqini müəyyənləşdirmir.  
Prof  T.V.Brayçeva ğörə büdcə müstəqilliyi yuxarı və aşağı səviyyəli hakimiyyət 
və idarəetmə orqanlarının büdcə prosesinin bütün mərhələlərində vergi-büdcə 
münasibətlərinin sistemi kimi müəyyənləşdirir.  
Bəzi tədqiqatçıların  V.A.Mau, M.Y.Senkovskaya, V.S.Nəzərova isə  aşağıdakı 
tərifi irəli sürürlər: «Maliyyə federalizmi - hər bir subyektinin birdən çox qurumun üzvü  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə