Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə26/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   22   23   24   25   26   27   28   29   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

120


Ürəyimdə güldü niyyət,

Hədiyyəmdə vardı qiymət. 

 

Xəbər göndər mənə hərdən,

Boy qaldırır Günəş yerdən.

Qoy nur alım al səhərdən,

Salam versin Günəş bizə,

Nur çiləyək eşqimizə.

Yar yolunda çəkdim əzab,

Hər ağrıya göstərdim tab.

Andım oldu Quran–Kitab...

Mən eşqimi sevdim belə,

Düşdü ağıza, düşdü dilə».

«Gözəl zaman gələcək» adli şeirində (24.02.1969), özü və 

sevgilisinin  obrazlarinda  zaman  sərhədlərini  aşaraq,  gələcəyə 

səyahət etməklə, gələcək nəsillərin sonsuz səmalara, göylərə yol 

salacağina, digər planetlərə ayaq açacağina, göylərdə ülvi sevgi 

yaşanilacağina dair xəyali məhəbbət səhnələri yaradir, lakin real 

olaraq, özlərinin o zamanlarda olmayacaqlarindan təəssüfləndi-

yini gözəl təşbehlərlə qələmə alir:



«O vaxt da yaranaydıq,

Sənə könül açaydım,

Səni yerdən göylərə

Mən götürüb, qaçaydım.

Zurna gələydi dilə, 

          dönəydik bir bülbülə.

Fəqət…

            bizə olmadı qismət,

Göydə sevmək, sevilmək».


Xəyal cığırı – I cı̇ld

121


Şairin  ayrica  dəftərdə  topladiği  «Qəm  dəftəri»  adli  geniş 

həcmli şeiri sevdiyi qiza olan ən mübhəm, ülvi, saf hisslərinin 

bəyani baximindan çox maraqli və təsirli bir sevgi hekayəsidir: 

«Görürsən, gözəlim! Sənin qədrini

Bilirəm ömrümdən, günümdən artıq.

Həyatda mən sevsəm başqa birini,

Qoy mənim ömrümdə gülməsin varlıq.

Həyatda «sən» deyib, «sən» yaşamışam,

Adınla boranlı dağlar aşmışam.

Sənə bu qiyməti verdim mən ancaq,

Görəsən, qismətin kimə olacaq?».

Şair «Öz məhəbbətim» adli şeirində (1968 fevral) məhəbbə-

tin ehtişamli gücünü bu cür vəsf edir: 

«Onun Günəş kimi qüdrəti vardır,

Əzəldən yandırmaq bəxtinə yardır.

Bu yolda ölənlər nə bəxtiyardır,

Üşütməz nə boran, qar məhəbbəti».

«Məhəbbət eşqi» adli şeirində (1968 fevral) sevginin hüdud-

suz,  sonsuz  bir  xəzinə  olmasindan,  bütün  yazilanlarin  ondan, 

hətta bir vərəq belə açmağa qadir olmadiğindan söz açir:



«Nə qədər yazsa da böyük dahilər, 

Sevgidən bir varaq açılmamışdır.

Yazılan – sevgisiz, boş əfsanələr

Ürəyə inci tək saçılmamışdır».


Tofiq Məhəmməd oğlu Hüseynzadə

122


«Mənali ömür» adli şeirində (1967 noyabr), qarşiliqli nis-

bətdə gözəllik və çirkinliyin cəmiyyətdə insanlar tərəfindən qə-

bul olunmasindan bəhs edir:

«Dünyada gözəllə ömür sürməyin,

Həyat tək durduqca mənası vardır.

Nədənsə, bir çirkin sevib, görməyin, 

Hər eldən, obadan tənəsi vardır».

Şairin «Kiçik nəsihət» (Bir məsəl var) adli şeiri (02.07.1968) 

isə gözəllərin vəfasizliğindan şikayət motivləri üzərində pərvə-

riş tapir:



«Xalqın arasında belə misal var –

Gözəllər əzəldən vəfasız olar.

(Məni qınamasın dostlar, əzizlər,)

Qınamayın məni. Nazlı gözəllər

Qablardan-qablara su kimi dolar.

Ətri xoş olsa da hər bir afətin,

Bir bənövşə kimi açmamış solar.

Getməz gül camalın çirkin əməli,

Yüz illər üstündən axsa da sular.

Qəmli, bu dərdlərə vermə çox fikir,

Xəyallar, fikirlər saçını yolar».

Şairin Anasina  olan  sonsuz  ehtirami  onun  şeirlərində  son 

dərəcə  qüdrətlə  nəzmə  çəkilmişdir.  «Hədiyyə»  adli  şeirində 

(1968  fevral)  şair, Anasina  olan  sonsuz  və  əbədi  sevgisindən 

söz açir, aldiği ilk əmək haqqindan ona elə bir hədiyyə almaği 



Xəyal cığırı – I cı̇ld

123


düşünür ki, o müqəddəs varliğa layiq olsun, lakin düşündükcə 

dünyada ona layiq heç bir maddi nemət tapa bilmədiyindən ən 

qiymətli mənəvi hədiyyə kimi, elə həmin şeirini ona həsr etmək-

lə təsəlli tapdiğini bildirir:



«...Bəlkə, qızıl alım sənə hədiyyə?..

Yox...yox... qızılın da qiyməti vardır.

...Adına yaraşan nə alım, söylə?!.

Tarixdən-tarixə qalsın yadigar.

...Mənə tez cavab ver, söylə, ay həyat,

Niyə yaratmadın əbədi bir şey?..

...Aha!.. Ürəyimə bir arzu gəldi,

Ən yaxşı hədiyyə yaratdım özüm.

Ruhum qanadlanıb, göyə yüksəldi,

Gəldi köməyimə öz şerim, sözüm,

Ən yaxşı hədiyyə yaratdım özüm».

Şairin Baki şəhərində nəşr olnmuş «Gənc müəllim» qəze-

tinin 03.06.1968-ci il tarixli sayinda «Anama» başliği ilə dərc 

olunmuş  «Səni  düşünüb,  ana»  adli  şeiri  (1968  aprel)  də  çox 

 maraqlidir:

«Anaların saçları, 

Yolunda övladların 

Vaxt-vədəsiz ağarır.

Təbiət də ananın

Çəkdiyini çəkərək,

Anaların saçı tək

Aləmi ağ boyayır.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

124


Ay ana, mənim ömrüm

Qəlbində boy atıbdır.

Ürəyində gəncliyim, 

Uşaqlığım yatıbdır.

Ana, ay əziz ana,

Saçını tez ağartdın...

Ay qəlbi təmiz ana,

Pis günü uda-uda,

Məni azad dünyada,

Ağ günlərə çıxartdın».

Şairin 1967-ci ilin dekabr ayinda yazdiği «Yaratmaq eşqi» 

adli  şeiri  Ana  ilə  Təbiətin  müqayisəsində  mahiranə  şəkildə, 

gözəl  poetik  üslübda,  Allahin  iradəsi  ilə  Təbiətin  və  Ananin 

nələr yaratmağa qadir olduğunun əsrarəngiz tablosudur:

 «Mən rəssamam, gənc bir rəssam, nəqş etmişəm bir insanı,

Gücün varsa, bu tablonu canlılardan ayır, tanı.

Mavi dəniz, qumlu sahil. Hoppanışan ağ ləpələr...

Burda, hələ söyləmirəm, yaratmışam nələr, nələr...

...Budur, şair daş üstündə başlayır öz dastanını,

Gül-çiçəklər, yaşıl otlar qamarlamış dörd yanını,

Göydə uçur qağayılar, bəzən, uca, bəzən, asta, 

Bəzən, gedib dincəlirlər sahildəki bir qayada.

Şair, elə, burdan alır, aşıb-daşan ilhamını,

Xəyalilə seyr eləyir yeri, göyü, asimanı...

...Sən mənə yox, yer üzünə, göy üzünə bir Anasan!

Təbiət tək bu dövranda sən canlı bir yaradansan!

Bax, məni də, tablonu da, qüruru da sən yaratdın!!!

Bir de, niyə öyünmürsən, ey yaradan – gözəl qadın?!.».



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə