Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə24/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

97 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

nəzərə alın ki, Sabir demiĢ, hələ bildiklərimin yüzdə birin 



yazmamıĢam. Qoy bu faktlardan bircəciyinin yalan 

olduğunu sübut edən arqument ortaya qoysunlar, bu da 

olsun polemika. Amma buna getməzlər, çünki onda çox 

qaranlıq mətləblər üzə çıxa bilər. Yenə Sabir demiĢ, 

 

Zahida, gəl soyunaq bir kərə paltarımızı, 



çıxaraq zahirə batindəki əfkarımızı, 

hər kimin ağı qara isə utansın, a balam. 

 

Raminə xanım, belə məsələlər var, gənc tənqidçi kimi 



bunu indidən nəzərə almanızı istərdim. 

 

 



 

MÜBARĠZ MƏMMƏDLĠ: Buyurun, Məlahət xanım. 

MƏLAHƏT KƏLƏNTƏRLĠ: Mən insan tanıyıram ki, 

elmlər doktorudu, amma latın əlifbası ilə yazılan mətni 

oxuya bilmir. Vəzifədədi, adam yollayıb ki, Məlahət 

xanım «bunu «sroçnı» tərcümə elətdirin». Ġnsanlar 

tanıyıram ki, azəri dilindəki teksti oxuya bilmir. Deyirəm 

yaxĢı, bu, heç olmasa, höccələyə də bilmir? Hərflər ki, 

eynidi. Əgər vəzifədə elə vücudlar mövcuddursa, onda kül 

elə ədəbiyyatın da baĢına, tənqidin də. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

98 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Söz sənətinə xidmət edən, ilham pərisi ilə dialoqda olan 



Yazıçılar Birliyidi. Belinski demiĢkən: «Yazıçı –

peyğəmbərdi». Yazıçı qələminin yazdığı bir tribunadı – 

ictimai tribuna. Nə üçün bizim bu Yazıçılar Birliyimiz bu 

vəziyyətdədi? Və tənqidimiz belədi? 

Tənqidin əsas məsələsi «nənəm mənə kor dedi, hər yetəni 

vur dedi» deyil. Ruslar demiĢkən: «Ġ v xvost, i v qribu». 

Tənqid yazıçının ilham pərisinin qanadının bir tayıdı və 

yazıçı ilə oxucu arasında körpüdü. Biz bilirik ki

komplementar tənqid də var, yuxarıda oturanların ayağını 

öpən tənqid də var, Ģəxsiyyətə pərəstiĢ eləyən tənqid də 

var, manat dalınca qaçan tənqid də var. Düzdü. Amma 

bütün bunların ciddi tənqidə dəxli yoxdu. 

Təbiətdə olduğu kimi, elmdə də, tənqiddə də, hər Ģeyin, 

hər bir məsələnin əsas qiymətini verən zamandı. Bütün bu 

tör-töküntülərdən qorxmayın. Bizim yer altında yatan 

zənginliklərimiz azdı, amma onların qiyməti nə qədərdi?  

ġƏFƏQ ƏLĠBƏYLĠ: Mən ĢərqĢünasam və çox Ģadam ki, 

bu qədər tənqidçilər çələngi ilə üzbəüz oturdum. Və 

birdən-birə xəttatlıq aləmindən tamam baĢqa mühitə 

düĢdüm. Gənclərin çıxıĢı da məni çox sevindirdi.  

Rəhmətlik Əkrəm Cəfər ġərqĢünaslıq Ġnstitutunda 

iĢləyirdi. Deyirlər ki, bir dəfə o, Səməd Vurğuna baĢlayır 

öz iradlarını deməyə, tənqidi qeydlərini eləməyə. Səməd 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

99 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

də uzun müddət qulaq asır, asır, sonra deyir: «Ay, Əkrəm, 



özün bir Ģey yaz, qoy ortalığa». Ġndi tənqid deyəndə 

həmiĢə bu misal yadıma düĢür. 

Əsəd müəllim, Vaqif müəllim dedilər ki, onlara hücumlar 

olur. Mən indi bunun mənasını baĢa düĢdüm ki, niyə 

farsdilli ədəbiyyatda daha çox klassikləri tənqid edirlər. 

Amma müasir Ģairlər haqqında ha axtarırsan ki, bir ədəbi 

tənqid görəsən, tapa bilmirsən.  

 

Sonra Aydın müəllimə istəyərdim deyim ki, bir səhv söz 



dedi – «gəlin, enək insanların yanına». Ġnsanları sevmək 

üçün əvvəl gərək Tanrını sevək. Bütün klassik 

ədəbiyyatımız Tanrıya məhəbbət üstündə qurulub. Tanrı 

eĢqi ilə yazan gənclər varsa, belə təkliflə onları 

endirməyək aĢağıya. Qoy onlar özlərini orada tapsınlar.  

Tənqidlə məĢğul olanın böyük zövqü olmalıdı ki, oxucuda 

da o zövqü yarada bilsin. Özünün böyük nəzəri, elmi 

hazırlığı olmalıdı. Ədəbi tənqidçidə mənim xoĢuma gələn 

əsas o cəhətdi ki, hər bir yanaĢdığı əsərin, yazarın 

üslubunu bizə çatdırır. Bəzən biz mexaniki surətdə onu 

anırıq. Məsələn, o saydığınız «Ġdeal» əsəri kimi, 

Muğannanın yazdığı baĢqa əsərlər kimi. Onu elə bil 

təhtəlĢüuri qavayırıq, ancaq tam aydınlaĢdıra bilmirik.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

100 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Sizin, doğrudan da, ədəbiyyat qarĢısında böyük 



xidmətləriniz odu ki, oxucunun gözünü açırsınız, onu elmi 

və zövq baxımından istiqamətləndirirsiniz. 

KAMĠL ALLAHYAROV: Hər yerdə olduğu kimi, 

tənqiddə də yalan-palan, riyakarlıq, ikiüzlülük, mənəm-

mənəmlik var. Ortada əsas da var. Səviyyə və mədəniyyət 

deyilən Ģeydən demək olar ki, əsər-əlamət yoxdu. Bunun 

olması üçün biz baĢqa Ģey kəĢf etməməliyik. Dünya 

təcrübəsi var, dünya mədəniyyəti, dünya ədəbiyyatı var, 

dünya tənqidi var. Bunu diqqətlə izləməliyik. ÇalıĢmalıyıq 

ki, bizdə də tətbiq edək. Bizdə adam bilmir nədən baĢlasın 

ki, cəmiyyət bir balaca durulaĢsın. Yəqin ki, elementar 

davranıĢdan baĢlamaq lazımdı.  

Sovet dövründə yazıçılara böyük hörmət var idi. Ona görə 

hər cür fırıldaqçılar, riyakarlar, həyasızlar soxulurdular 

ədəbiyyata. O ənənə indi də davam edir. Ġndi gərək Ģeiri 

ancaq anekdot kimi oxuyasan. Bunun üçəün də gərək 

insan nə qədər axmaq ola.  

Ġnsanların çoxunun özünü təsdiq etmək üçün heç nə 

əlindən gələ bilmir, deyir Ģeir yazım, bir kitabım çıxsın, 

boĢluqda qalmayım. Bir kitab çap eləyir, deyir mən də 

adamam.  

Bütün bunlardan əlavə, obyektiv olaraq ədəbiyyatın rolu 

xeyli azalıbdı cəmiyyətdə. Qədim dövrdə, Orta əsrlərdə, 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə