Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə25/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

101 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

hətta XX əsrin özündə ədəbiyyat həyatı öyrənmək üçün 



bir vasitə idi. Çünki insanlar baĢqa yerə gedə bilmirdilər, 

öz kəndində, öz Ģəhərində çalıĢırdılar. Dünya 

təcrübəsindən istifadə edə bilmirdilər. Ona görə bunu 

bilən böyük yazıçılar ədəbi əsərlər yazırdılar. Xüsusilə də 

böyük həcmli əsərlər ki, bunu insanlar oxuyub həyatı 

öyrənsinlər.  

Amma indiki dövrdə informasiya güclüdü, televiziya 

kanalları var. Ġndi roman oxuyan yoxdu, yazıçılar gərək 

elə güclü hekayələr yazsınlar ki, bütün fikirlərini 

hekayədə deyə bilsinlər. Bunu Ģairlər də baĢa 

düĢməlidilər. Özləri əgər doğrudan da zəmanənin nəbzini 

tutmaq istəyirsə, zəmanəyə uyğun Ģeirlər yazmalıdırlar. 

Bilavasitə tənqidə gəlincə, bizdə ədəbiyyat olmadığı kimi, 

tənqid də demək olar, yoxdu. Yaxud tənqidlə o adamlar 

məĢğul olur ki, bilavasitə ixtisası yoxdu, maaĢı azdı. 

Həqiqi tənqid yoxdu. 

Vaxtilə «Füyuzat» məktəbi vardı, Mirzə Cəlil məktəbi 

vardı. Bax, elə qurumlar olmalıdı ki, hər kəs öz məktəbini 

tapsın. Həm də öz sözünü demək xatirinə, xalqa çatdırmaq 

xatirinə, müəyyən Ģeyləri ələ keçirmək xatirinə yox. 

MÜBARĠZ MƏMMƏDLĠ: Əlavə çıxıĢ etmək istəyən 

yoxdusa, məclisi yekunlaĢdıraq. Ġki saat müddətində biz, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

102 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

elə bilirəm ki, əsas fikirlərimizi bölüĢdük. Amma yekun 



olaraq nə demək olar?  

Bayaq Əsəd müəllim də burada dedi ki, dünya ədəbiyyatı 

ilə məĢğul olan adamlar fikirlərini bildirmirlər. Dünya 

ədəbiyyatı fənnini tədris edən bir adam kimi istəyirəm 

fikrimi deyəm. 

Modernizm barədə. XIX əsrin sonlarında artıq onun 

rüĢeymləri var idi. Amma 1910-1920-ci illərdə avanqard 

cərəyanlar meydana gəldi və modernizmə çevrildi. 

Azərbaycana bir az gec gəldi.  

Postmodernizm Ġkinci Dünya müharibəsindən sonra 

meydana gəlib və artıq 80-ci illərin sonundan Avropada 

bu cərəyana olan ehtiraslar səngiyib. Bizdə isə yalnız XX 

əsrin sonlarından etibarən özünü postmodernist kimi 

qələmə verməyə çalıĢan yazıçılar meydana gəlir. Ġndi 

Azərbaycan ədəbi mühitində bir postmodernizm 

qalmaqalı diqqəti cəlb etməkdədi. 

Nədir postmodernizm? Onun modernizmdən fərqi nədədi? 

Fikrimizcə, postmodernizmin nə olduğunu bilmək üçün ən 

əvvəl onun qaynaqlandığı liberalizm ideyasının 

mahiyyətini aydınlaĢdırmaq lazımdı. Həm də 

modernizmin nə olduğunu bilmək pis olmazdı. Modern 

cəmiyyətdə ədəbiyyatın, mədəniyyətin hansı Ģəkildə 

olduğu mübahisəli məsələdi. ModernləĢmənin cəmiyyətdə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

103 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

hansı dövrlərdən baĢlaması da mübahisə doğuran 



mövzudu. Ona görə də postmodernin nə vaxtdan 

baĢlanması haqqında mülahizələr də yekdil deyil. Əgər 

modernizm klassik anlamların üstündən xətt çəkirsə

postmodernizm modernizmə qarĢı qoyulan bir cərəyan 

kimi, yenidən bu anlamlara qayıda bilir. Lakin bu zaman 

postmodernizm tamamilə müxtəlif tarixi dövrlərin, 

cərəyanların, hadisələrin ayrı-ayrı məqamlarını, 

elementlərini qarĢı-qarĢıya qoyur, qarıĢdırır. Dəyərli 

alimimiz Qorxmaz Quliyevin də bu barədə diqqətəlayiq 

fikri var. O qeyd edir ki, postmodernizmə qiymət 

verərkən, unutmayaq ki, bu söz iki kökdən ibarətdir: post 

və modern. 

Bu anlayıĢların izahı bəzilərinə cəlbedici görünür. Onlar 

modernizmi, postmodernizmi tam mütərəqqi cərəyanlar 

kimi müdafiə edirlər. Amma bu insanlar məsələnin 

mahiyyətini axıra qədər düĢünməyə cəhd etsələr, ortaya 

xeyli suallar çıxdığını görə bilərlər. 

Hər Ģeydən əvvəl unutmamaq lazımdı ki, bu cərəyanlar 

Qərb elmi-nəzəri, fəlsəfi fikri əsasında ortaya çıxıb. Qərb 

elmi isə Qərb düĢüncə tərzinin məhsuludu. Əslində isə 

Qərb elmi fövqəladə, ġərq elminin fövqündə duran

həqiqəti yüksək dərəcədə əks etdirən elm deyil. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

104 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Paradoks ondadı ki, bu və ya digər məsələ barədə qərbli 



alimlərin dediklərini təkrar edir, onlara istinad edirik. 

Rusiyada və Qərbi Avropada iĢıq üzü görmüĢ 

monoqrafiya və dərsliklərdə yazırlar ki, ilk romanın 

müəllifi fransız Kretyen de Trua, tarixi romanın müəllifi 

isə Ģotlandiyalı Valter Skottdu. Biz də bu məlumatı öz 

dərsliklərimizdə olduğu kimi verir və unuduruq ki, IX 

əsrdə yaĢamıĢ Firdovsinin «ġahnamə»si həm roman, həm 

də tarixi roman kimi daha əvvəl yazılıb. 

Orxan Pamukla bağlı söhbətə gəlincə isə, mən onun Nobel 

mükafatı almaq üçün Türkiyəyə baĢucalığı gətirməyən 

bəyanat və çıxıĢlarına haqq qazandıra bilmirəm. Mükafatı 

verən fondun siyasi baxıĢlara üstünlük verdiyi əvvəldən 

bəlii faktlardandı. Mənim üçün Ġsveç Akademiyasının 

verdiyi mükafatın siyasətə bulaĢdığı gün kimi aydındı. 

Yadınıza gəlirsə, 1964-cü ildə Jan Pol Sartr da məhz bu 

səbəbdən Nobeldən imtina etrmiĢdi. ġərq xalqlarının Qərb 

mədəniyyətindən geri qalmayan mədəniyyətləri və çox 

zəngin dilləri var və yalnız bunların sayəsində Orxan 

Pamuk böyük uğurlara imza ata bilib.  

ÇıxıĢımn sonunda seminarın bütün iĢtirakçılarına öz 

təĢəkkürümü bildirirəm. 

  

 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə