Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə22/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

89 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

görə də o, Nobel mükafatı alıb. Ġstanbulda olanda bir fikir 



verin, baxın, sonra görərsiniz. O kəslər ki, türkün 

düĢmənidi və Ġstanbulu qarıĢ-qarıĢ satıblar, onlar Orxan 

Pamuka indi barmaq silkələyirlər. Türkün cəmi bir Nobel 

mükafatı alanı var. 

MÜBARĠZ MƏMMƏDLĠ: Məlahət xanım, mən sizə söz 

verəcəyəm. Ġndi isə Muzeyin Gənc Alimlər ġurasının 

sədri söz istəyir. 

RAMĠNƏ MƏMMƏDOVA: Mən əvvəla, bütün 

qonaqlarımıza minnətdarlığımı bildirirəm. Mən bu 

məclisin ən böyük əhəmiyyətini onda görürəm ki, gənc 

alimlər tənqidçiləri yaxından gördülər. Onların hansısa 

məqalələrini oxuyub özlərini tanımırdılar, bu gün onlarla 

canlı ünsiyyətdə oldular.  

Ġkincisi, internetin mövcud olduğu bir cəmiyyətdə belə 

tədbirlərin gerilik əlaməti olduğunu dediniz. Mən Sizinlə 

razı deyiləm. Çünki internetdən istifadə etmək imkanına 

hər adam malik deyil, rayondan gələn adamlar var, 

tələbələr var ki, onlar internetdən istifadə edə bilmirlər. 

Kirayədə yaĢadıqları yerdə kompyuter alıb qoyası deyillər 

ki.  


ƏSƏD CAHANGĠR: Ġnternet klublara gedə bilərlər. 

RAMĠNƏ MƏMMƏDOVA: Ġnternet klublarına da az 

gedirlər, xüsusilə də qızlar. Bu yönümdən hamı 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

90 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

intrenetdən istifadə edə bilmir, hamı kompyuter iĢlədə 



bilmir.  

Mən tənqidə bir az tənqidi yönümdən baxmaq istərdim. 

Bu gün Azərbaycan tənqidində nə yoxdur? Nəyə görə 30-

60-cı illər tənqidçiləri diqqəti daha çox cəlb edirlər? 

Ancaq bugünkü tənqid göz qabağında deyil. Biz deyə 

bilərik – sovet ideologiyası onları önə çəkirdi. Onların əli 

ilə hansısa yazarlar, millətin, xalqın öndə gedənləri 

vurulurdular.  

Lakin gəlin etiraf edək ki, həmin dövrdə xalqın da kitaba 

marağı var idi. Bu gün ədəbiyyata maraq ölüb. Əgər 

ədəbiyyata maraq yoxdusa, tənqid təbii ki, ikinci dərəcəyə 

keçməlidi. Çünki tənqid ədəbiyyatın sayəsində yaranır. 

Bu, məsələnin ən əsas tərəflərindən biridir. Bu, bizim həll 

etmək gücünə malik olduğumuz bir məsələ deyil. Lakin 

mən inanıram ki, bir on ildən sonra təzədən hər kəs kitaba 

qayıdacaq və tənqidçilərin fikrinə də ciddi yanaĢılacaq, 

onlara əvvəlki kimi hörmətlə baxacaqlar. Əsəd müəllim, 

Siz dediniz ki, onlara bir az baĢqa yönümdən yanaĢırlar. 

Bu, təbiidir. Flober hətta tənqidçi haqqında deyirdi ki: 

«Tənqid yaranıĢından xeyirxah olmayıb».  

ƏSƏD CAHANGĠR: Flober özü də elə tənqidçi idi, 

sadəcə, ədəbi yox, bədii tənqidçi. Onun «Madam 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

91 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Bovari»si baĢdan-baĢa o vaxtkı fransız cəmiyətindəki 



mənəvi-əxlaqi tənəzzülün tənqidinə həsr olunub. 

RAMĠNƏ MƏMMƏDOVA: Bəli, düzdü, mən Sizinlə 

razıyam. Ancaq tənqidin böyük bir qüsuru bu gün nədi? 

Mən üzr istəyirəm, tənqidçi olmadan bu sözü dediyim 

üçün. Tənqiddə nəzəri məsələlərin qoyuluĢu yoxdu. Biz 

hər hansı bir əsərə ancaq məzmun və ideyisına görə 

yanaĢırıq. Nə formasına, nə strukturuna, nə quruluĢuna 

görə yanaĢmırıq. Tənqidçi ən əvvəl ədəbiyyat 

nəzəriyyəçisi olmalıdı. O hər hansı bir yaradıcı Ģəxsin 

ictimaiyyətə təqdim elədiyi ədəbi əsəri ilə nə demək 

istədiyini, nələri ortaya qoyduğunu, hər hansı bir janra 

hansı yenilikləri gətirdiyini göstərməyi bacarmalıdı. Bu 

yoxdu bizim ədəbiyatımızda. Müqayisəli 

ədəbiyyatĢünaslıq yönümündən tənqidi təhlil getmir. 

RazılaĢarsınız yəqin mənimlə. Teatra, kinoya gedən 

olmadığı üçün, teatr, kino tənqidi demək olar ki, yoxdu.  

Bayaq Rahid müəllim öz məruzəsində dedi ki, tənqid 

təkcə ədəbiyyatın tənqidi deyil. Tənqid ümumilikdə 

mədəniyyətin tənqidi olmalıdı. Bu gün ədəbiyyatın 

tənqidindən baĢqa digər sahələrin tənqidi yoxdu demək 

olar ki. Bu yönümdən tənqidçilər də öz iĢlərinə bir az 

tənqidi yanaĢsaydılar, daha yaxĢı olardı. Bir faktı qeyd 

etimək istəyirəm. Mənə elə gəlir ki, Azərbaycanda sırf 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

92 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

postmodernizm üslubunda yazılan əsər yoxdu. Bəlkə də 



bu, mənim səhvimdi, amma bu fikri Qorxmaz müəllimdən 

də eĢitmiĢdim. 

NƏRGĠZ CABBARLI: Üç ay bundan qabaq tədbirdə idik. 

Orada gənclər belə bir fikir söylədilər ki, mən filan Ģairi 

tanımıram, filan yazıçını tanımıram. Dedim ki, ay cavan 

oğlan, hansını oxumusan? «Azərbaycan» jurnalını 

oxumusan? Yox. «Ulduz» jurnalını oxuyursan? Yox. 

«Körpü» dərgisini oxuyursan? Yox. «Dünya toplusu»ndan 

xəbərin var? Yox. Filan qəzeti oxuyursan? Yox. YaxĢı, 

əzizim, əgər sən istənilən jurnalları oxumursansa, mənim 

gözəlim, sənin bizim ədəbiyyatda bu Ģairdən, bu yazıçıdan 

necə xəbərin ola bilər? Və mən bunu Sizə nöqsan tutmaq 

üçün demirəm. Sadəcə, mənim demək istədiyim odur ki, 

bizim gənclərimiz çox vaxt hətta təkcə gənclərimiz yox, 

tənqidçilərimiz, yazıçılarımızın özləri də bir-birlərini 

əsərlərini oxumurlar, bir-birlərinin kitablarını oxumurlar. 

Oxumadan bir fikirdir düĢüb ortaya ki, yox, bizdə tənqidçi 

yoxdur, bizdə tənqid yoxdur. Mən Sizin sözünüzə görə 

demirəm, ümumiyyətlə deyirəm. Yaradıcılığı bilmədən 

ümumyekdil bir fikir irəli sürmək çətin məsələdir.  

RAMĠNƏ MƏMMƏDOVA: Mən «Azərbaycan», 

«Ulduz», «Xəzər» jurnallarını mütəmadi olaraq 

oxuyuram. Bir faktı qeyd etmək istəyirəm ki, əgər 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə