Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə19/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

77 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

qoyurlar azadlıq, demokratiya. Çünki mətbuat haqqında 



qanun iĢləmir bizdə. Mətbuat haqqında qanunların 

iĢləməməsi ona gətirib çıxarır ki, bu gün Azərbaycan 

mətbuatı artıq Ģoumenliyə çevrilib. Hansısa adını güclə 

yazan baĢ redaktor öz qəzetini Ģou eləmək istəyir və 

yazıçıları, tənqidçiləri baĢlayır təhqir eləməyə, ən yüksək 

səviyyəli yazıçılardan tutmuĢ sıravi yazıçılara qədər.  

Rahid müəllimin məruzəsində maraqlı məqamlardan biri 

postmodernizmlə bağlı hissə idi. Mən son beĢ-altı ildə 

ardıcıl olaraq Azərbaycan ədəbiyyatında postmodernizmlə 

bağlı yazılar yazmıĢ, rus və dünya filoloji fikrindən bu 

haqda məqalələr və kitablardan müəyyən fəsilləri dilimizə 

çevirmiĢəm. Dugindən, Ġlindən, Adelgeymdən, 

Zatonskidən, Andreyevdən…  

REPLĠKA: Yuri Andreyevdən?  

ƏSƏD CAHANGĠR: Yox, Leonid Andreyevdən. 

«Körpü» dərgsində Ġlqar Fəhminin tərcüməsində Sergey 

Kornevdən «ġərq postmodernizmi» adlı bir məqalə də 

verdik. Onun postmodernizmə çox maraqlı bir yanaĢması 

var. Deyir ki, postmodernizm Qərbin özü özünü məhv 

etməsi üçün hazırlanmıĢ zəhərdi. Və əgər postmodernizm 

Qərb üçün dağıdıcı silahdırsa, niyə biz, yəni ġərq, bu 

silahdan Qərbin özünə qarĢı istifadə etməyək? Məncə, bu, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

78 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

məsələyə orijinal bir yanaĢmadı, bir az da belə deyək



diplomatik bir yanaĢma. 

REPLĠKA: Səhv yanaĢmadı.  

ƏSƏD CAHANGĠR: Hərə bir cür yanaĢa bilər. 

Postmodernizmin xüsusiyyətlərindən biri də budu ki, fikir 

polifoniyasına, plüralizmə geniĢ meydan verir. «Voprosı 

literaturı» jurnalının ötən ilki saylarından birindəki 

müzakirədə Vladimir Novikovun fikri belədi ki, 

postmodernizmi bilməyən birisi ümumən necə tənqidçi 

ola bilər? O, rus ədəbiyyatının yenilikçilik qanadının 

nümayəndəsidi. Tutaq ki, Sorokini tərifləyir, Pelevini və 

müəyyən qədər qeyrilərini. Və indi Rahid müəllim də 

mənə qəribə gələn belə bir cümlə iĢlətdi ki, «Qərb 

ədəbiyyatında bu cındır qurtarıbdı». Səhv etmirəmsə, belə 

dedi və əlavə etdi: «Artıq yeni bir etap baĢlayır». Axı biz 

qapalı natural təsərrüfatı üstündə qurulan feodal 

dövlətində yox, qlobal bir dünyada yaĢayırıq və mənə elə 

gəlir ki, dünyada gedən proseslərdən heç olmasa müəyyən 

qədəri bizim mətbuatda öz əks-sədasını tapmalıdı. 

Azərbaycan bütün planetlə birlikdə GünəĢin ətrafına 

fırlanır. Əlahiddə bir xalq, əlahiddə bir dövlət yoxdu. 

Dünyanı öyrənməkdən isə məqsəd birdi: müsbət və mənfi 

cəhətlərimizə daha geniĢ alanda baxmaqla özümüzü daha 

yaxĢı dərk etmək. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

79 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Amerikan ədəbiyyatĢünası, yeni yaranmıĢ biopoetika 



məktəbinin aparıcı təmsilçilərindən Cozef Kerrolun 

«Voprosı literatura»nın son saylarından birində dərc 

olunmuĢ «Nəzəriyyə altı nəzəriyyə və empirik 

ədəbiyyatĢünaslıq» adlı məqaləsini tərcümə edib 

«Körpü»də dərc eləmiĢəm. Kerrola görə, bu gün dünya 

ədəbiyyatĢünaslığında üç baĢlıca xətt var: marksizmə 

söykək sosioloji istiqamət, freydizmə söykək psixoanalitik 

istiqamət və postmodernizm. Kerrol yazır ki, bunların 

arasında dominant postmodernizmdi. Ġndi mən Kerrolun 

sözü ilə Rahid müəllimin fikrini təkzib etmək fikrində 

deyiləm. Sadəcə, faktları konstatasiya edirəm. 

Fikrimcə, postmodernizm yeni ədəbiyyatın yaranması 

üçün zəruri təmizləmə iĢləri görən keçid mərhələsidi. 

Keçid mərhələsi nə qədər narahatlıq doğursa da, bu, 

zəruridi. Yəni bir yerdən baĢqa yerə köçməyin əzabları 

var, amma bizi yeni köçəcəyimiz evdə yeni də rahatlıqlar 

gözləyir. O köçməyin çətinliyinə dözmək lazımdı. Mən 

postmodernizmə belə baxıram. 

Rahid müəllimin çıxıĢında bu məsələ də var idi ki, bəzi 

tənqidçilər tutaq ki, biologiya, fizika, ümumən, qeyri-

ədəbiyyatĢünaslıq elmlərinin terminoloji elementlərindən 

nahaq yerə istifadə edir, yüz arxın suyunu bir yerə qatırlar. 

Amma Kerrol və onunla birlikdə biopoetika məktəbinin 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

80 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

təmsilçilərinin fikrincə, biologiya ilə sosiologiya 



birləĢməlidi və ədəbiyyatĢünaslıq özünün gələcək 

inkiĢafını bu əsasda tapa bilər. Təbiidi ki, Rahid 

müəllimin fikri bir Azərbaycan alimi, bu da bir amerikan 

aliminin fikridi. Bunların hər hansı birini mütləqləĢdirib 

ona önəm vermək fikrindən uzağam. Sadəcə, fikirlərin 

rəngarəngliyini diqqətinizə çatdırmaq istəyirəm.  

Mən Rahid müəllimin məruzəsində bir fikirlə razıyam ki, 

ideoloji-estetik konturlar cızılmalıdı. Doğrudan da, 

sosrealizm ədəbiyyatı dövründə, yəni Məmməd Arifin 

vaxtında sosrealizm metodu var idi. Ədəbiyyatda da, 

tənqiddə də Ģair, yazıçı nə yazacağını, hansı metodla 

yazacağını bilirdi – mən əməkçi insan, yaxud inqilabçı, 

yaxud da ziyalı obrazı yaratmalıyam. Qəhrəman bir sıra 

çətinliklərdən keçməlidi. O müəyyən tərəddüdlərə də düĢə 

bilər, özəlliklə də kənddən Ģəhərə gəlmiĢ bir gəncdisə. 

Amma son nəticədə tutaq ki, kimsə bir ideoloq ona 

«həqiqəti» baĢa samalı, onu düz yola qaytarmalıdı. Əsər 

nikbin sonluqla, qəhrəmanın da olmasa, ən azı ideyanın 

qələbəsi ilə bitməlidi. 

Və bu əsasda da tənqid var idi. Ġndi yanlıĢ idi, doğru idi, 

bu, baĢqa söhbətdi. Onların əsərə dəqiq yanaĢmaq üçün 

metodları varıydı. Doğrudan da, bizim indiki tənqiddə bu 

metod yoxdu, köhnə dağılıb, yenisi formalaĢmayıb. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə