Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə16/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

65 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

olmaqla, postmodernist filosofların qələmindən çıxan 



yazılardan gəlirdi.  

Əgər bir az da kulturoloji mövqedən baxıĢ etsək, 

görəcəyik ki, mən ədəbiyyatçıları qoyuram bir qırağa, 

tənqidçilərin nə elədiyini deyirəm, tənqidçilər çox böyük 

sosial məsələlərlə, insan haqları, dövlətin, insanların və 

cəmiyyətin demokratikləĢməsi, üzərinə tabu qoyulmuĢ 

sosial məsələlərin açılması ilə bağlı çox böyük iĢlər 

görüblər.  

Təəssüflər olsun ki, bizim ədəbi tənqidi məcbur edirlər ki, 

göydən, Tanrıdan, nə bilim,  ilahi məhəbbətdən danıĢsın, 

amma dünyəvi sevgidən, insanı düĢündürən, 

qayğılandıran gerçək problemlərdən danıĢmasın. Məncə, 

ədəbi tənqid, ümumiyyətlə, tənqid və yaxud hər hansı bir 

yaradıcılıq növü artıq göydən yerə enməlidi. Tanrı ilə qoy 

dindarlar, ilahiyyatçılar məĢğul olsun. Tanrıdan insana 

enməyin vaxtı çatıb.  

Tək-tək halları çıxmaq Ģərti ilə, bizim yazıçılardan kim 

deyə bilər ki, hansısa bir əzilən insanın müəyyən 

problemini, lap elə böyük olmasın, kiçik bir problemini 

ədəbiyyata gətirib? Sovet dövrü ədəbiyyatına məsxərə ilə 

baxırıq. Halbuki, sovet dövrü ədəbiyyatı, xüsusən də, ötən 

əsrin 60-cı illərindən etibarən insan problemlərini gətirdi 

qoydu ortaya. Oxucu gördü ki, heç də hamı ucdantutma 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

66 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

kolxozçu deyilmiĢ, fəhlə iĢləmirmiĢ, cəmiyyətin həm də 



alimi, ziyalısı, azad sevgi tələb edən səriyyələri, 

təhminələri, təvərə papaq altında baladadaĢları varmıĢ… 

Biz tənqidçilərə çox vaxt qalın kitablar gətirib verirlər. 

Ġnandırım sizi, indi hamı öz babasından, nənəsindən, nə 

bilim, kəndindən yazır və bizi məcbur edirlər ki, mütləq 

bu barədə təhlili-analitik məqalə yazaq. Mən tənqidçi 

dostlarıma müraciət elədim. Dedim ki, gəlin biz də 

qonorar tələb edək o insanlardan – 500 yeni Azərbaycan 

manatı. Əgər istəyirlərsə, onların kitabları haqqında 

yazaq, bizim qonorarımızı versinlər. Mən bir aya o kitabı 

oxumalıyam, sonra görəcəm ki, üzr istəyirəm, zibil bir 

Ģeydi. Ardınca da dərin fikirlərə qərq olmalıyam, bu zibil 

Ģey haqqında normal bir yazı yazmalıyam. Sonra da 

yalvarmalıyam Əsəd Cahangirə, Vaqif Yusifliyə, Ayaz 

Vəfalıya ki, sən Allah, bunu «Körpü» dərgisində, yaxud 

«Azərbaycan» jurnalında və ya «Ədəbiyyat qəzeti»ndə 

verək. O da hələ qalacaq, bir ildən sonra kəsib-

doğrayacaqlar, verəcəklər, ya da verməyəcəklər. Bir sözlə, 

Ģah məni alacaq, nə bilim «nə»yi qalacaq məsələsi. Axırda 

da kitabın müəllifi mənə düĢmən kəsilir. Belə hallar 

olmasın deyə, yenə təkrarlayıram ki, biz müəyyən hədd 

qoymalıyıq. Sovet dövründə tənqidçilər necə dolanırdılar? 

Dövlət onlara normal yaĢamaları üçün pul verərdi, sonra 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

67 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

kitablarını buraxdırardı, onlar da öz ailələrini dolandırardı. 



Düzdür, düz deyil? 

NƏRGĠZ CABBARLI: Zibil bir əsər haqqında yazmaq 

üçün sənə müəllif müraciət edir və 500 yeni Azərbaycan 

manatı da verirsə və sən də bilirsən ki, bu, zibil əsərdi, 

500 manatı da alıb onu gözəl əsər kimi necə təqdim 

edirsən? 

AYDIN XAN: Ġndi mən ona gəlib çıxıram. 

REPLĠKA: 500 manatı alıb tənqid edəcək. 

AYDIN XAN: Ġstənilən bir yaradıcılıq növündə olduğu 

kimi, ədəbi tənqiddə də, özünüz yaxĢı bilirsiniz 

problemimizi. Yəni kimi dindirsək, 100 manatdan çox 

maaĢ alan çətin tapıla, o cümlədən də mən. YaxĢı, indi 

özünüz deyin, mən bu bir ayı necə edim, ailəmi-uĢağımı 

necə dolandırım? Mən yaxĢı qidalanmasam, mənim 

beynim necə normal iĢləyər, kitab alıb baxmasam, 

jurnalları alıb oxumasam, məndən necə kulturoloq

tənqidçi, yazıçı çıxar, necə dünya ilə ayaqlaĢa bilərəm? 

Ona görə də belə olmasın deyə, bəzən prinsiplərimizdən 

geri çəkilib güzəĢtə getməyə məcbur oluruq və öz 

əsərlərimizi həmin kitablar haqqında guya resenziya və 

yaxud tənqidi yazı kimi təqdim edirik. Biz daĢ daĢıya və 

ya Ģoudakı kimi müğənnilik edə bilmərik axı. Biz də 

özümüzü birtəhər dolandırmalıyıq, ya yox? Niyə belə açıq 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

68 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

danıĢıram? Çünki istərdim ki, bizim söhbətimiz həyati 



olsun. Onsuz da Yazıçılar Birliyi, Elmlər Akademiyasında 

tənqidlə bağlı son vaxtlar lüzumsuz söhbətlər edirik, elə 

söhbətlər ki, nə cəmiyyət, nə də bizim özümüz  üçün 

lazım deyil, zaman onu tələb etmir… 

VAQĠF YUSĠFLĠ: Bəlkə də Aydın mənimlə 

razılaĢmayacaq, ancaq mən belə hesab edirəm ki, 

tənqidçinin tənqid haqqında danıĢmasına ehtiyac yoxdu. 

Qoy tənqid haqqında baĢqa sənət sahibləri söz desin. 

Amma bununla bərabər bir-iki kəlmə demək istəyirəm. 

Tənqid haqqında çox fikirlər deyilib. «Tənqid bədii 

ədəbiyyatın təfəkkürüdü» – deyəsən, Dostoyevski deyib. 

«Tənqid yazıçı ilə oxucu arasında əlaqə yaradan bir 

körpüdü», – deyəsən, ġıklovski deyib. Və yaxud 

«Ədəbiyyatın bədiilik dərəcəsi, tənqidin yüksəliĢi, ya eniĢi 

bədii ədəbiyyatla bağlıdı», – bunu da deyəsən, PuĢkin 

deyib. Jül Renar isə deyibdi: «Tənqidçi öz rotasına atəĢ 

açan əsgərdi» və sair... 

Doğurdan da, tənqid çox ağır sənətdi. Bunu mənim 

dostlarım, həmkarlarım yaxĢı bilirlər. Ədəbiyyat bir az 

haradasa durğunluq keçirəndə tənqidin və tənqidçinin 

yaxasından yapıĢırlar. YaxĢı bir əsər meydana çıxanda, 

tənqid ona bir az gec yanaĢanda yenə də tənqidçinin 

yaxasından yapıĢırlar. Sovet dönəmində də, elə bugünkü 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə