Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə17/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

69 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

illərdə də demək olar ki, ən çox günahlandırılan bir 



sənətçi varsa, o da tənqidçidi. Hamı tənqidçidən umur, 

hamı, zəif, ortabab bir əsər yazan, kitabının üzü 

içindəkilərdən daha qəĢəng olan müəlliflər belə, o ki, 

qaldı, doğrudan da, tənqidi fikri öyrənməyə cəhd edən, 

səy edən müəlliflər ola. Amma tənqid lazımdı. Ən çox 

tənqidə məruz qalan - mən sovet dönəmində deyirəm - 

Əkrəm Əylisli də yazır ki, tutaq ki, bir meĢəyə girmiĢik. 

Orada gözəl hər Ģey var - yaĢıllıq-filan, amma bülbül 

oxumur. O, tənqidin gərəkliliyini, zəruriliyini belə bildirir.  

Deyirlər ki, tənqid yoxdu. Bunu əvvəlki illərdə də 

deyirdilər. Amma Azərbaycan tənqidi var, indi də 

fəaliyyət göstərir. Tənqidçi nəsilləri, Ģairlər, yazıçılar, 

nasirlər nəsli kimi bir-birini əvəz edir və bir nəsil ola 

bilsin ki, o biri nəsli bəyənmir, inkar edir, yaxud müəyyən 

ənənəni davam etdirir. Məsələn, biz ədəbiyyata gələndə 

Aydın Məmmədov, Kamil Vəli Nərimanoğlu, Rəhim 

Əliyev vardı, sonra Nadir Cabbarov, mən, Rahid də bu 

sıraya qoĢulduq. Biz çalıĢdıq ki, özümüzdən əvvəlki 

tənqidçilərin yolu ilə getməyək. Yəni onlar daha çox 

sosioloji tənqidin nümayəndələri idi. Biz baĢqa cür 

yazırdıq. Nə dərəcədə buna nail olduq, onu deyə 

bilmərəm. Amma hər halda, qismən də nail olduq. Bizdən 

sonra da ədəbiyyata yeni tənqidçi nəsli gəldi. CavanĢir, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

70 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Tehran, Əsəd… Bu tənqidçi nəsli də özlərindən əvvəlkilər 



kimi yazmadı. Təbii ki, bunlarla birlikdə tənqidə yeni 

düĢüncə tərzi gəldi. Mən onların yazılarını oxuyuram, 

zövq alıram. Onlar bizim kimi düĢünmür, fərqli üslubda 

yazırlar. Bu, tənqidin inkiĢafı deməkdi. Bəlkə də yeni bir 

nəsil gələcək, bu nəsillə polemikaya girəcək, bu, gələcəyin 

iĢidi.  


O ki, qaldı tənqidə qayğı məsələsi, deyə bilərəm ki, əsas 

məsələlərdən biri budu. Siz elə bir tənqidçi göstərin ki, o, 

məsələn, Dövlət Mükafatı alıb. Ola bilər, Məmməd Arif 

Azərbaycan Dövlət Mükafatı almıĢdı, o da Azərbaycan 

ədəbiyyatı tarixi, ədəbiyyatĢünaslıq səpgisində olan 

kitabına görə. Heç bir tənqidçi belə bir mükafat almayıb. 

Halbuki, tənqid ədəbiyyatın ən çətin, ağır sahəsidi. Yəni 

tənqidçi Ģeiri haradasa Ģairdən də yaxĢı bilməlidi, nəsri də, 

dramaturgiyanı də həmçinin. Qərb ədəbiyyatını, ġərq 

ədəbiyyatını yaxĢı bilməlidi, gözəl nəzəriyyəçi olmalıdı. 

Bizdə belə tipli tənqidçilər var və yetiĢir. Sovet ədəbiyyatı 

dövründə tənqidi məqalələr ancaq bir-iki jurnalda, 

məsələn, "Azərbaycan" jurnalında çap olunurdu, 

tənqidçilərin kitabları gec çap olunurdu. Ġndi mənə elə 

gəlir ki, bu sahədə müəyyən bir irəliləyiĢ var. Məsələn, 

Əsəd Cahangirin redaktorluğu ilə «Körpü» jurnalı çıxır. 

Maraqlı məqalələr iĢıq üzü görür orada. «Azərbaycan» 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

71 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

jurnalı da həmçinin öz ənənəsini davam etdirir. Digər belə 



ədəbi jurnalların çıxması, özü də tənqidi materiallara yer 

verməsi yaxĢıdı. Amma, məncə, bu, çox azdı.  

Rahid müəllim bir məsələyə də toxundu  – tənqiddə 

resenziyaçılığın hökm sürməsi. Mən elə bilirəm ki, 

barmaqla sayılacaq qədər tənqidçi var. Rahid müəllim, o 

resenziyaçılığın, resenziya yazanların bu professional 

tənqidçilərə heç bir dəxli yoxdu. Tənqidçi adı ilə çıxıĢ 

edən adamların sayı çoxdu. Amma professional 

tənqidçilərin sayı azdı, özümü də hətta bu sıraya 

qatmıram. Ġndi nə qədər yazmıĢam, yazıram. Mən arzu 

edirəm ki, bax, bu barmaqların sayı qədər olmasın 

tənqidçilər, yetiĢsin. Biz yetiĢdirək.    

Mən, məsələn, fəxr edirəm ki, «Azərbaycan» jurnalında 

Ġradə Musayevanın, Elnarənin, Nərgizin yazılarının 

çıxmasında mənim də rolum olub. Gərək belələrinin sayı 

artsın. Çünki Azərbaycan torpağı bəlkə hər dəqiqədə, 

fantastik deyirəm bunu, Ģair yetiĢdirə bilər. On nəfər 

Rüstəm Behrudi yetiĢdirə bilər, qırx nəfər Ġslam Sadıq 

yetiĢdirə bilər. Mən belə arzulayıram. Amma Rahid 

Ulusedən, Əsəddən, yaxud da ki, bir baĢqa tənqidçidən 

çox az-az meydana gələ bilər.  

Bugünkü görüĢü təĢkil edən Ģəxslərə, özəlliklə Rafael 

müəllimə, Hacı Mübarizə də öz dərin təĢəkkürümü 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

72 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

bildirirəm. Mən cəmi iki dəqiqə danıĢacaqdım. Amma bir 



az artıq danıĢdığıma görə üzr istəyirəm. 

ƏSƏD CAHANGĠR:  Mən Vaqif müəllimin qurtardığı 

yerdən baĢlamaq istəyirəm. Vaqif müəllim deyir ki, 

Məmməd Arifdən baĢqa heç bir tənqidçi mükafat almayıb. 

Təkcə tənqidçilər yox, bizdə söz sənəti ilə məĢğul 

olanların heç biri mükafat almır. Rusiyada hər il nə qədər 

yazıçıya müxtəlif mükafatlar verirlər. Mən heç Fransada 

beynəlxalq dərəcəli ədəbi mükafatları demirəm. Bizim 

üçün bütün bunlar fantastikadı. 

Bu qədər iĢ adamlarımız ola-ola, göydələn binalarımızın 

baĢı gedib buluda çata-çata, bu qədər ziyalılarımız 

parlamentdə otura-otura, Ģair, yazıçı, eləcə də 

tənqidçilərimizi hər hansı bir illik mükafatla 

mükafatlandırmaq, doğrudanmı, bu qədər çətin bir iĢdi? 

Bu mükafatlar üçün ayrılan pul olsa-olsa dəryadan bir 

damla olmazdımı? Çox təbiidir ki, hər kəs öz əməyinin 

haradasa seçildiyini, fərqləndiyini kiminsə dilindən 

eĢitmək istəyir. Bu, mən məsələnin hələ heç maddi tərəfini 

demirəm, yaradıcı Ģəxsə ən azı mənəvi stimul verərdi.  

Rahid müəllimə məruzə üçün öz tərəfimdən minnətdaram. 

Amma düzünü desəm, mən bütün bu tədbirləri, 

ümumiyətlə o qədər də xoĢlamıram. Çünki bu tədbirlər 

formal səciyyə daĢıyır, heç bir problemi həll etmir. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə