Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə15/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

61 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Tənqidin mədəniyyət kontekstində dərki və fəaliyyətinin 



yeni perspektivləri açılır. Ümumən, Azərbaycan 

mədəniyyətinə tənqidin müxtəlif professional sferalardan 

estetik baxıĢı bu mədəniyyətin harmonik bütövlüyü ilə 

inkiĢafını təmin edən özül və pillələri hazırlayır, onun 

axar və yönlərini stimullaĢdırır.  

Son illərin tənqid təcrübəsi onu göstərir ki, Yeni Çağ 

Azərbaycan tənqidi özünün yeni metodoloji və estetik 

prinsiplərini, eyni zamanda, ideoloji prinsiplərini 

müəyyənləĢdirməlidi. Bəzən düĢünülür ki, ideologiya 

soyuq müharibə dövrünün antikvarı kimi artıq 

gərəksizləĢib. Əvvələn, Azərbaycan sovet dönəminə daxil 

olduğu dövlətin ideologiyası ilə hərəkət edirdi. Buna görə 

də biz əsil ideologiyanın ləzzətini görməmiĢik. Ġndi 

müstəqil dövlətik və müstəqil dövlətin milli ideologiyası 

var: azərbaycançılıq. Ədəbiyyat mütləq bu ideologiyanın 

prinsiplərini nəzərə almalıdı. Ədəbiyyat və mədəniyyət 

siyasəti bu milli ideologiyanın əsaslarında qurulmalıdı. Bu 

heç də o demək deyil ki, bu, ədəbiyyatın, sənətin yenidən 

ideolojiləĢdirilməsinə, ideologiyanın ədəbiyyat üzərində 

yeni hökmranlığına gətirib çıxaracaq. Nə ədəbiyyatın incə 

ruhu, nə də müasir dünyadakı liberallaĢma prosesləri belə 

diqtəni, məçncə, qəbul etməz. Sadəcə olaraq, ədəbiyyat 

içindən çiçəkləndiyi dövlətin ideoloji prinsiplərinin 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

62 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

ləngərini həssaslıq və incəliklə duymalıdı. Bu duyarlıq 



olsaydı, mədəniyyətimizdə ifrat meyllər bu həddə 

olmazdı, yabançı təsirlərin basqısına bu həddə məruz 

qalmazdıq. Tənqidin barıĢmazlıq ruhu, milli mədəniyyətə 

dayaqlığı onun bu istiqamətdə də kəsərliliyini artırmalıdı.  

Azərbaycan tənqidi çağdaĢ milli ədəbiyyatımızı dünya 

ədəbiyyatının orqanikasında duyaraq, onun ən aparıcı 

tendensiyalarının kontekstində, yeniləĢmə axarında 

görərək təhlilə almağı bacarmalıdı. Milli, ədəbi-bədii 

düĢüncə özünü bu yaradıcı, dinamik sistemin durğun, 

dəbəriĢməz bir sahəsi kimi, yalnız baĢqalarını imitasiya 

edən, yapılmıĢ yeniliklərin dalınca qaçan tək yox, onun 

öncül xətlərinin baĢında duran tək qərarlaĢdırmalıdı. 

Azərbaycan klassikası tarixən bu məqamları yaĢaya 

bilibsə, demək, müasir epoxanın gərgin rejimində 

yaĢayaraq onun nəfəs və ruhunu özündə ifadə etmək 

istəyən çağdaĢ mədəniyyətimiz, ədəbiyyatımız, tənqidimiz 

də buna qadir ola bilər. 

Diqqətinizə görə, çox sağ olun. 

MÜBARĠZ MƏMMƏDLĠ:  Ġndi isə istərdik seminar 

iĢtirakçılarının fikrini öyrənək. Biz səslənən müddəalar, 

məqamlarla bağlı məruzəçiyə suallar verə bilər, yaxud 

məruzə və çıxıĢlarda səslənmiĢ məqamlarla bağlı fikir 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

63 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

yürüdə bilərik. Elə bilirəm ki, hammını dinləyib sonra 



ümumi bir fikir yürütməmiz daha məqsədəuyğun olar.   

AYDIN XAN: Derridanı postmodernizmin peyğəmbəri 

adlandırmaq olar. MənĢəcə yəhudi bir insan olaraq o, 

Fransada böyük iĢlər görmüĢ, fəlsəfəni ədəbi tənqidlə, 

ədəbiyyatla birləĢdirərək postmodern ədəbi-tənqidi ortaya 

qoymuĢdu. Amma yaradıcılığının müəyyən bir zamanına 

gəlib çatanda görmüĢdü ki, artıq nə fəlsəfə, nə də 

ədəbiyyat insan həyatı və reallıqla məĢğul ola bilmir. 

Buna görə də bütün bu məsələləri bir kənara qoyub, öz 

həmkarları ilə birlikdə getmiĢdi             həbsxanaya, insan 

hüquqlarını qorumağa baĢlamıĢdı. Bir tənqidçi, görün, nə 

qədər həyatın içinə girə bilmiĢdi. 

Çox təəssüf olsun ki, bizim çoxumuz xarici dilləri 

bilmirik, ingilis, fransız, alman dillərini… Kulturologiya, 

xüsusən də, onun humanitar kulturologiya adlanan ayrıca 

sahəsi var ki, birbaĢa ədəbiyyatla bağlıdı və əsasən alman 

və fransız dillərində, qismən də ingilis dilində yaradılır.  

Son illərdə ədəbiyyata gələn bir çox gənclərimiz heç 

ruscanı da fərli bilmirlər. Onlar, sadəcə, haradasa, məndən 

və yaxud baĢqasından eĢitdiklərini özününküləĢdirərək 

cəmiyyətə təqdim edir, elə bilirlər ki, üzr istəyirəm 

xanımlardan, ədəbiyyata cinsi akt, yaxud tənqidə söyüĢ 

gətirməklə ədəbt-bədii fikrə postmodernizm gətirirlər. Və 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

64 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

bu da zahirən maraqlı, amma maraqlı olduğu qədər də 



ziyanlı bir meyl doğurur.  

Bəzən bizdə ədəbi tənqid çevrilir olur ədəbi tərif, yaxud 

ədəbsiz təhqir. Lap son nümunəni deyək: Rafiq Tağının 

Ġslam dini ilə bağlı «fəlsəfi esse»sini yada salmaq 

istəyirəm. Niyə görəsən, Rafiq Ġslam peyğəmbərini belə 

təhqir edir? Düzdü, insan hüquqlarına hörmət edən Ģəxs 

kimi onun fərdi mövqeyi ilə iĢim yoxdu. Amma kiminsə 

fərdi fikri bir milyon və yaxud bir milyarda yaxın 

müsəlmanın hüquqlarını pozursa, bunun ədəbiyyata 

gətirilməsinin qəti əleyhinəyəm. Bunu tənqidə Ģamil etsək, 

görəcəyik ki, bizim bir dəstə belə cavan və yavan 

yazıçılarımız tənqiddə də sınayırlar pinti qələmlərini, 

ədəbiyyatda özlərini təsdiq etmək üçün ədəbsiz təhqirə 

keçir, həm özləri, həm də yaĢlı nəsli aĢağılayırlar, 

ədəbiyyat isə qalır bir qıraqda.  

Mən bayaq Derridanın adını çəkdim. Baxın, Derrida nə 

eləyib? O, cəmiyyət tərəfindən atılmıĢ insanların 

hüquqları, sosiumun ruhu ilə məĢğul olurdu və ondan 

sonra da böyük dəyiĢmə oldu. ÇağdaĢ Avropa demokratik 

fəlsəfəsinin əsası onda qoyuldu. Dünyada insan haqları ilə 

bağlı çoxlu konvensiyalar qəbul olundu. O 

konvensiyaların hamısının əsası, əslində, Derrida baĢda 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə