Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə12/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

49 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

redaktoru olanda, həmin əsərin əsas tezislərini jurnalında 



müəyyən qədər çap etdi. 

Ġnsan ruhunun, bədii təfəkkürün bütün formaları arasında 

təbii əlaqə var. Və bu əlaqə gəlib tənqiddə sintez olunur. 

Hər bir sahənin, eləcə də ədəbiyyatın özünün professional 

tənqidçiləri - mütəxəssislər olmalıdı. Və bunlar bir-birinə 

üzvi Ģəkildə bağlı olmalıdılar. Yalnız bu zaman 

mədəniyyət tam görünür.  

Çox təəssüf ki, belə bir ideal, ya da normal vəziyyət hələ 

bizim mədəniyyətdə öz əksini tapmır. Yəni hər kəs ayrıca 

tənqid edir, amma bunlar hansısa müstəvidə bir-birilə 

birləĢmir.  

Müasir tənqidin vəziyyətini araĢdırmaq ona görə aktualdı 

ki, bununla biz ən azı yaxın dövr üçün milli 

mədəniyyətimizin, ictimai-humanitar düĢüncənin hansı 

ovqatda, hansı professional səviyyədə olduğunu, hansı 

tendensiyalarla hərəkət etdiyini, üçüncü minilliyin ilk beĢ 

ilinin özünəqədərki və özündənsonrakı ədəbi-tarixi 

zamanı özündə necə birləĢdirə bildiyini, bəĢəriyyətin 

tarixi həyatının bu yeni epoxasına onun hansı dəyərlər 

kompleksi ilə daxil olduğunu və nəhayət, milli müstəqillik 

düĢüncəsinin ədəbi-estetik mədəniyyətə necə proeksiya 

olunduğunu, obrazlaĢdığını dərk etməyə və 

aydınlaĢdırmağa yön tuta bilərik.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

50 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Ədəbiyyat stixiya ilə yaradılır, ədəbiyyatĢünaslıq və 



tənqiddə isə qanunauyğun biçim alır. Mədəniyyətin təbii 

inkiĢafının məntiqi belədi. Bu məntiqlə hərəkət etdikdə, 

mədəniyyət, eləcə də ədəbiyyat özünü orqanizm kimi 

struktur müəyyənliyində, perspektivli tendensiyaları 

proqnozlaĢdırma imkanlarında dərk edə bilir.  

2001-2005-ci illərdə Azərbaycan ədəbiyyatının 

problemləri ilə bağlı çap olunmuĢ kitabların yalnız az bir 

qismi sırf tənqid yaradıcılığının məhsuludu. Bu kitabların 

əksəriyyətində ədəbi-tənqidi və elmi-nəzəri təhlillər vahid 

bir kontekstdə və ya paralel Ģəraitdə aparılır. 

Ümumiyyətlə, Azərbaycan ədəbiyyatı üzərində 

düĢüncələrin məzmun və janr diapazonu geniĢlənir. 

Əsərlərin bədii-estetik məziyyətlərindən dolayı onların 

sosial-fəlsəfi aspektinə diqqət yönəldilir. Müəlliflər daha 

çox publisistik-estetik araĢdırma və ricətlərə, ədəbi 

faktdan çıxıĢ edib özlərinin zamanla dialoqunu qurmağa 

üstünlük verirlər. Bundan baĢqa son illər ədəbi prosesin 

diqqəti cəlb edən belə bir cəhəti də qabarır - yazıçılar 

ədəbi-məntiqi əsərlərlə çıxıĢ edir, tənqidçilər isə özlərini 

bədii yaradıcılıqda sınayırlar.  

ÇağdaĢ Azərbaycan tənqidinin hərəkət dinamikası öz 

əksini mətbuatımızda tapıb. Ədəbi qəzet və 

jurnallarımızın, eyni zamanda, qeyri-ədəbi jurnal və 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

51 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

qəzetlərin səhifələrində gah sıx-sıx, gah seyrək, gah da 



nadir hallarda ədəbi tənqid materialları – məqalə, esse, 

resenziya, intervyu, və s. çap olunub. «Azərbaycan», 

«Ulduz», «Qobustan», «Literaturnıy Azerbaydcan» 

jurnalları və «Ədəbiyyat qəzeti» ilə bir sırada ictimai-

siyasi qəzetlərin – «525-ci qəzet», «Yeni Azərbaycan», 

«Ədalət», «Azadlıq», «Bizim əsr», «Sənət», «Rezonans», 

«Üç nöqtə» qəzetlərinin müxtəlif tezlik və rejimlərdə 

bədii əsərlərlə yanaĢı tənqidi yazılara da yer verməsi 

göstərir ki, artıq tənqidi canlandırmağın ümummilli 

maraqları hərəkətə gəlib. Təqdirəlayiqdi ki, bu proses 

incəsənətin digər sahələrində də getməkdədi. Artıq bütün 

ciddiyyəti ilə baĢa düĢülür ki, musiqi, rəssamlıq, 

memarlıq, teatr və sair incəsənət sahələrinin öz spesifik 

tənqid sahələri fəaliyyətdə olmasa, Azərbaycan incəsənəti 

əhəmiyyətli dərəcədə profesionallıq keyfiyyətini itirər, 

yabançı təsirlərin basqısından qurtula bilməz və əcnəbi 

incəsənətin epiqonuna – yamsılayıcısına çevrilər. 

Cəmiyyətin mənəvi-estetik həyatında tənqidin ən baĢlıca 

funksiyası ədəbi prosesi ədəbi orqanizmə çevirməkdən 

ibarətdi. Tənqid bu vacib iĢin öhdəsindən hazırda necə 

gəlir? Son dövrün ədəbi prosesini geniĢ və hərtərəfli 

Ģəkildə analitik təhlildən keçirən sanballı tənqid 

əsərlərinə, təəssüf ki, olduqca az rast gəlinir. Buna Vaqif 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

52 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Yusifli, CavanĢir Yusifli, Rüstəm Kamal, Tehran 



ƏliĢanoğlu, Əsəd Cahangir, Ġradə Musayeva, Aydın Xan, 

Nərgiz Cabbarlı, Elnarə Akimova, Xanverdi Turaboğlu 

müəyyən qədər səy göstəriblər. Qalanlarının 

məqalələrində bu dövrün ədəbi prosesinin ümumi 

mənzərəsinə ayrı-ayrı fraqmentlər, mülahizələr, rəylər 

Ģəklində baxılıb. Yəni ancaq bir fakt götürür və onun 

ətrafında fikir yürüdürlər. Bunu bir qədər geniĢ, yəni 

mədəniyyət kontekstində həll etmək lazımdı. Özü də hansı 

kontekstdə? Mədəniyyətə mədəniyyət tarixinin 

kontekstində baxılmalıdı. Hətta elə baxılmalıdı ki, orada 

Füzuli zövqü, Nəsimi səviyyəsi görünsün. Yəni bizim 

ədəbiyyatmızıda bu olub. 

Müasir tənqidçilərdən CavanĢir Yusifli diqqətli, 

məsuliyyətli insandı, deyilən sözün çəkisini bilir. Amma 

çox təəssüf ki, o da dolanıĢıq xatirinə bizim hamımız kimi 

ora-bura qaçır, müxtəlif iĢlərlə məĢğul olur, sırf 

professional tənqidlə az məĢğul olur. Bizdə sovet 

dövründə belə bir ənənə var idi. Ədəbiyyat üzrə 

mütəxəssislər namizəd olur, doktor olur, sonra 

ədəbiyyatdan çəkilir, ədəbiyyata kənardan, eynəyin 

arxasından baxırdılar. Həmin ənənə bu gün də davam edir. 

Amma tənqid ədəbiyyata çox məhrəm, isti bir nöqtədən 

baxa bilər. Doğma bir münasibət var tənqidlə ədəbiyyat 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə