Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə14/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

57 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

və milli ədəbiyyatımızın dünya ədəbiyyatı ilə qoĢa 



addımlamasını, daha doğrusu, onun içində özünü necə 

hiss etməsini diqqətdə saxlamalı, bu ədəbiyyatların 

balansında oxucu meylinin və zövqünün 

istiqamətlənməsinə kömək etməli, bunları 

stimullaĢdırmalıdı.  

Hazırda Azərbaycanda əsasən gənc yazarların qüvvəsi ilə 

«Dünya ədəbiyyatı» jurnalı çap olunur. Biz uzun zaman 

həsrətində olmuĢuq ki, kaĢ Azərbaycanın da «Ġnostrannaə 

literatura» kimi bir jurnalı olaydı. Ġndi var. Bəs 

münasibət? – Yoxdu. Jurnalda dünya ədəbiyyatının ünlü, 

yeni sözlü, yeni ideyalı yazarlarının, fikir adamlarının 

əsərləri çap olunur. Yəqin ki, jurnal getdikcə daha çox 

orijinaldan tərcüməyə üstünlük verəcək. Bu, olduqca 

vacibdi!. Xüsusilə, milli ədəbiyyatımızla müqayisələr 

aparmağa, tənqidi mülahizələr yürütməyə kifayət qədər 

bol material var. Təəssüf ki, tənqidimiz dar çərçivədə 

düĢünmək «ənənəsi»ndən əl çəkməyib – o hələ də 

resenziya orbitindən güclə çıxır. Ən ağrılısı budu ki, 

mövzu, problem dairəsi geniĢ olan yazılarda da çox zaman 

«resenziya» ağlı, ülgüsü ilə düĢünülür. Tənqid həm də 

monumental yaradıcılıq üsulu kimi ədəbiyyat dünyasının 

orbitində hərəkət edə və onu professional düĢüncə-

yanaĢma obyektinə çevirə bilər. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

58 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Yenilikçiliyə həssaslıqla yanaĢan, dünya ədəbiyyatı ilə 



fəal ünsiyyətə can atan ədəbiyyatçıların redaktorluğu ilə 

çap olunan «Körpü», «Dünya ədəbiyatı», «Ulduz» 

jurnalları ardıcıl olaraq dünya ədəbiyyatından seçmələr 

verir. Bu, qeyd etdiyimiz kimi, milli ədəbi düĢüncənin 

özünü dünya ədəbiyyatı məkanında hiss etməsi üçün 

olduqca vacibdi. ÇağdaĢ tənqidimizin belə təbii kontakt 

situasiyasına münasibətsiz qalması qeyri-normaldı. 

Halbuki, həm görülən iĢin texnologiyasına münasibət, 

həm də çap olunan materialların araĢdırılması tənqid üçün 

yetərincə olmalıdı. 

Çap olunan kitablarda, əsasən, ədəbiyyat problemlərinə, 

ayrı-ayrı yazıçı və Ģairlərmizin yaradıcılığına 

ədəbiyyatĢünaslıq və tənqidin müĢtərək münasibətinin 

Ģahidi oluruq. Tədqiqatlar daha çox nəzəri, Ģərhi planda 

aparılır. Ancaq tənqidi analitikanın yetərincə əhatəli 

münasibətini görmürük. Bu münasibət daha çox 

fraqmentar xarakter daĢıyır. Tənqid daha çox Azərbaycan 

mətbuatında çevik görüntüləri, hərəkət dinamikası ilə 

təzahürünü tapır. Sosial-tənqidi düĢüncə ədəbi-tənqidi 

diskussiya meydanına çağırır. Dialoq mühitinin 

gücləndirilməsinə, ədəbi polemosa meyllər oyanır. 

Diqqətçəkəndi ki, buna səylər tənqidin özü ilə bərabər 

yazıçı və jurnalistlərdən də gəlir.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

59 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Tənqid yazıçılarımızın nəsr, Ģairlərimizin poeziya 



yaradıcılığına daha çox fərqli planda baxır, nəzəri-tənqidi 

ümumiləĢdirmələrlə ədəbi prosesin axar və yönləri əhatə 

olunmur. Yalnız «Ġlin ədəbi yekunları»nda onu müəyyən 

sistem parametrlərində çevrələməyə cəhd edilir.  

Ədəbi prosesi bütün spektrləri ilə konseptual tutarda 

görükdürmək tənqidin ən mühüm vəzifələrindəndi ki, hələ 

tənqid buna yetərincə nail olmur. Tənqid bunu onunla izah 

edir ki, ədəbi proses ortaya o qədər də sanballı əsərlər 

çıxara bilmir. Belə əsərlər nadir hallarda olsa da, ərsəyə 

gəlir. Ancaq gəlməsə də, tənqid ədəbiyyatın vakuumlarını 

görməli, göstərməli, ədəbi prosesin dinamikasını yaradıcı 

enerjidən, təpərdən düĢməyə qoymamalıdı. 

Tənqidin öz nəzəri-metodoloji problemlərinə, peĢəkarlıq 

məsələlərinə, yeni dövrün ədəbi istiqamətlənmələrində 

özünümüəyyənləĢdirmə xüsusiyyətlərinə də diqqət 

yönəldilir. Tənqid çalıĢır ki, ədəbi prosesin öz ümumi 

tempindən aĢağı düĢməsinin qarĢısı alsın, böhran və 

tənəzzül dövrü baĢa çatsın. Tənqidin yeni nəzəri-

metodoloji və estetik prinsiplərlə, özü də hər cür 

orijinallığa imkan verən prinsiplərlə iĢləməsi zərurətini 

son illərin yaradıcılıq axtarıĢları bütün aydınlığı və 

kəskinliyi ilə üzə çıxarır. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

60 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Ədəbi prosesin və ayrı-ayrı əsərlərin, əlbəttə, daha çox 



təzə çap olunan əsərlərin təhlilində tənqid bir sıra 

çatıĢmazlıqları, əsasən də, cəmiyyəti saran dürlü 

problemlərin, qaynar soruların, mənəviyyatda baĢ verən 

yeni dəbərtilərin, insani münasibətlərdə gərginləĢmələrin, 

Azərbaycanın qlobal dünya axınlarında özünü toparlaya 

bilməsinin, yabançı təsirlərə müqavimət duyğusunun 

qabarıq görüntüləri ilə, süjet, xarakter, obraz yaradılıĢları 

ilə bədii sənətdə mükəmməlcə əks tapmamasını az və ya 

çox dərəcədə görür və vurğulayır. Ədəbiyyatda, poetik 

təcrübədə təqlid-imitasiya hallarını, plagiatlıq, xüsusilə 

Ģeirdə bir-birini yamsılamaqdan əl çəkməzliyi, vaysınma 

psixolojisini, süni dərdçəkərliyi görür və tənqid edir.  

Tənqidi düĢüncəni çərçivələyən ortodoksal ölçülər öz 

əhəmiyyətini itirdikcə, sökülüb atıldıqca, tənqidi 

yaradıcılıqda subyektiv baĢlanğıc güclənir. Amiranə 

tənqid, diqtə tənqidi tükəndikcə ortaya ədəbiyyata doğma 

münasibətin istiliyi, məhrəmliyi gəlir. Və bu da təbii 

olaraq tənqiddə janr müxtəlifliyi, üslub əlvanlığı, forma 

axtarıĢlarını törədir. Tənqiddə həm yazıçıların, həm də 

oxucuların marağına səbəb olan bu dəruni qatların 

açılması baĢlanğıc ərəfəsindədir. Özünü eĢitməklə 

ədəbiyyatı dinləməyin üsulları tükənməzdir.  




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə