Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə18/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

73 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Gedirsən böyük bir ümidlə və görürsən ki, gözəl çıxıĢlar 



da, onlar ətrafındakı müzakirələr də söz olaraq qalır. 

Hamletin məĢhur kəlamı yada düĢür: sözlər, sözlər, 

sözlər… 

Rahid müəllimin məruzəsi bütövlükdə götürəndə maraqlı 

idi. Bilik və məlumat səviyyəsi ilə seçilirdi. Amma bütün 

bunların nəticəsi nə olacaq görəsən? Bax, məni bu 

maraqlandırır. Bu tədbirin bizim ədəbi tənqidimizin 

inkiĢafına xeyri nə olacaq? ġəxsən mən arzu edərdim ki, 

olsun, amma təkcə mənim arzumla iĢ bitmir. Mənə elə 

gəlir ki, biz tədbirimizin həm də praktik mənasının 

olmasına çalıĢmalıyıq. Rafael müəllim kimi tanınmıĢ, 

görkəmli bir ziyalı var, bizim ağsaqqallarımız var, 

bilavasitə səlahiyyət sahibləridirlər. Məncə, onlar bu iĢdə 

bizə kömək edə bilərlər. 

REPLĠKA: Yazıçılar Birliyindən də kömək lazımdır. 

ƏSƏD CAHANGĠR: Nəzərə alın ki, Yazıçılar Birliyi 

ictimai təĢkilatdı, dövlət təĢkilatı deyil. 

REPLĠKA: Ayırmaq lazım deyil. 

ƏSƏD CAHANGĠR: Mən konkret olaraq məruzənin 

üzərinə gəlmək istəyirəm. Rahid müəllimin «Körpü» 

dərgisinin son sayında tənqidlə bağlı bir məqaləsi dərc 

olunubdu. Bu, mənim Rahid müəllimin yaradıcılığına olan 

münasibətimin ifadəsidi. Bundan əvvəl də onun 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

74 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

«Azərbaycan» dərgisində tənqidlə bağlı iri həcmli bir 



yazısı dərc olunmuĢdu və ona görə də məruzəçi kimi 

Rahid müəllimin adını elanda görəndə bunu qanunauyğun 

hesab elədim. Həmçinin indiki çıxıĢına qulaq asanda da. 

Rahid müəllim bir sıra tənqidçi imzalarını seçdi, ayırdı, 

çox özünəməxsus bir Ģəkildə qeyd elədi. Amma mənə elə 

gəlir ki, Rahid müəllimin çıxıĢında da, burada edilən bir 

çox çıxıĢlarda da bütün imzaları sanki eyni sıraya düzmək 

meyli var - fərqinə varmadan, onların yazılarındakı 

təfəkkür səviyyəsini, gördüyü iĢlərin dərəcəsini, 

əhəmiyyətini, cəmiyyətdə doğurduğu rezonansı və sair 

amilləri ikinci plana keçirərək... Heç kim baĢqasının 

xətrinə dəymək istəmir, bu da tənqidmizin xətrinə dəyir. 

Bəzən siyahılarda elə adamların adları bir yerdə çəkilir ki

adam məəttəl qalır. Yəni ölçülər bu qədər itib? Rahid 

müəllim seçimində, məncə, ehtiyatlı idi. Amma müəyyən 

qədər də olsa, onun məruzəsində də sözügedən meyl hiss 

olunurdu. Məncə, bu, olmasaydı, daha yaxĢı olardı. 

REPLĠKA: O demir, Siz deyin. 

ƏSƏD CAHANGĠR: Onda belə çıxır ki, məruzəni mən 

etməliydim. Mən son illərdə ədəbi-bədii tərcümə 

sahəsindəki arzuolunmaz vəziyyət barədə tənqidi bir yazı 

yazılması təklifi ilə bir çox tərcüməçilərə müraciət etdim. 

Amma heç kəs bu iĢi boynuna götürmək istəmədi. «Dünya 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

75 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

ədəbiyyatı» ilə bağlı Rahid müəllim danıĢdı. «Dünya 



ədəbiyyatı» tənqid dərgisi deyil. Düzdü, orada müəyyən 

esselər-filanlar dərc olunur, amma o, bədii tərcümə 

dərgisidi. Gözlədim ki, Rahid müəllim «Dünya 

ədəbiyyatı»ndan danıĢırsa, dərginin ədəbi-tənqidi 

qiymətini də verəcək. Amma məruzəçi də bu məsələnin 

üstündən sükutla keçdi. Məncə, bədii ədəbiyyata bələd 

adam üçün hər hansı bir dərginin bir neçə səhifəsini 

vərəqləmək onun qiymətini vermək üçün kafidi. AYB-nin 

son qurultayından sonra iĢıq üzü görən dərgilər təĢkilatın 

cüzi maddi imkanları hesabına dərc olunur və zəif dərgi 

çıxarmaq bu vəsaiti Araza tökmək deməkdi. Təsəvvür 

etmirəm ki, hər hansı Azərbaycan oxucusu «Dünya 

ədəbiyyatı»nı oxumaqla dünya ədəbiyyatını oxuya bilsin. 

Bu dərginin xətti ilə ona yaxın tərcümə kitabı da iĢıq üzü 

görüb. Mən bilmirəm bu kitablar hansı vəsaitlə dərc 

olunur və məsələnin bu tərəfinə toxunmaq istəmirəm. Bu 

kitabları Ģəxsi cəhdləri hesabına dərc edən Səlim 

Babullaoğlunun təĢəbbüsləri bəlkə də təqdirəlayiq olardı. 

Bir Ģərtlə ki, bu cəhdlər nəticə etibarilə doğrudan da 

ədəbiyyata fayda verəydi. Ġndiki halda isə bir məsələ 

dəqiqdi – bu kitabların da ədəbi-bədii tərcümə səviyyəsi 

sözügedən dərgidən seçilmir. Ona görə bu tərcümələrdən 

biri barədə «Azərbaycan» dərgisində «Zərif Ģairənin 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

76 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

kobud səhvləri» adlı bir məqalə ilə çıxıĢ etməli oldum. Və 



təsəvvür edə bilməzsiniz ki, o məqaləyə görə nə qədər 

baĢağrısı gördüm! Bu dərgi və onun gördüyü iĢ 

Azərbaycan ədəbiyyatı hələ bir yana, hətta Azərbaycan 

cəmiyyətində, doğrudanmı, bu qədər əhəmiyyətli bir 

Ģeydi? ġəxsən, mən praktik olaraq bunu görmürəm. 

Azərbaycan tənqidçisinin durumunu müzakirə etmək 

istəyirsinizsə, budur onun durumu. Və əgər hətta küçə 

səviyyəsində bir adam məni yumruqla hədələyirsə, 

bundan sonra mən özümü nə hesab etməliyəm? 

VAQĠF YUSĠFLĠ: Sən dözməlisən. Məni hətta döyüblər. 

 

 

 



ƏSƏD CAHANGĠR: Belə çıxır ki, hər tənqidçi yanında 

cangüdən gəzdirməlidi. Mən təsəvvür eləmirəm ki, sovet 

dövründə tənqidçilər bu qədər çətin vəziyyət görüblər. 

Rahid müəllim məruzəsində dedi ki, təkcə ideoloji, estetik 

kriteriyalar pozulmayıb, həm də mənəvi kriteriyalar 

pozulub, həm də belə deyək, sırf hüquqi baxımdan 

qanunsuzluqdu. Kim kimin haqqında nə istəyir yazır, heç 

bir mənəvi haqqı olmayan adamlar çıxıb böyük-böyük 

intervyülər verirlər. Kiməsə cavab verirlər, kimisə tənqid 

edirlər, istənilən sözü istənilən adam deyə bilirlər, adını da 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə