TohiD ŞƏHİd seyyiD ƏBDÜLHÜseyn dəSTĞeyb


XÜSUSİ DƏRƏCƏ SAHİBLƏRİNİN TÖVBƏ MƏQAMI



Yüklə 346,4 Kb.
səhifə10/13
tarix30.10.2018
ölçüsü346,4 Kb.
#76436
1   ...   5   6   7   8   9   10   11   12   13

XÜSUSİ DƏRƏCƏ SAHİBLƏRİNİN TÖVBƏ MƏQAMI
Tövbənin üç dərəcəsi vardır. Birincisi «ümumi tövbə»dir, yəni, müqəddəs şəriətdə qeyd olunan böyük və kiçik günahlardan tövbə etməkdir. İkinci dərəcə tövbədir, yəni məxsus bəndələrin etdikləri tövbə. Buna başqa sözlə «tərki-övladan» tövbə etmək deyilir. Bu insanlar məkruh əməli yerinə yetirdiklərinə və ya müstəhəbbi əməlləri tərk etdiklərinə görə tövbə edirlər.

Üçüncüsü isə ən məxsus bəndələrin tövbə dərəcəsidir ki, bu onların ən yüksək dərəcəsidir. Bu məqamda olan şəxslərin tövbəsi bir an da olsa belə Allahdan qeyrisinə nəzər etdiklərinə görədir. Allahın övliyaları yalnız buna görə tövbə edirlər.

Əhli-beytin (ə) oxuduğu dualarda bunun nümunəsini görə bilərik. Məsələn, Əli (ə) öz münacatlarından birində buyurur: «Pərvərdigara, qəflət məni bürüdüyü halda halımın neçə olduğunu kaş biləydim. Görəsən məndən üz döndərmisən, ya hələ də mənə nəzərin vardır?»

Şühud məqamında olan qəflətin də özünə məxsus mərtəbələri vardır. Biz Məsumların (s) şühud dərəcəsində olan qəflətlərini dərk etməkdə çox acizik. Məsum imamlar xörək yeyəndə, danışanda və başqa işlər görəndə onların Allaha olan diqqətləri, namazda olan diqqətləri kimi deyildir. Elə buna görədə bu çatışmamazlığı özləri üçün qəflət və günah hesab edirlər. Bütün namazlarında da onların halı eyni deyildir. Bəzi namazlarında Allahın hüzurunu elə dərəcədə hiss edirdilər ki, nəhayətdə qəşş edərək bihuş olurdular. Onlarda olan bihuşluq bizim bihuşluğumuz kimi deyildir. Bu onların öz məqamlarına münasib olan bihuşluqdur. Onların huşlarının çoxluğu nəticəsində qəşş etməkləri də ruhanidir.

Onlar hər bir böyük və kiçik günahlardan, məkruh və hətta tərki-övladan da məsumdurlar.

Şühud və bəndəçiliyin davamlı olması, Allaha məxsus şəkildə əbədi olmaq və bəşərin əldə edə bilmədiyi bəzi başqa məqamlar yalnız məsumlara məxsusdur. Elə buna görə də bu məqamlarda bir an belə, qəflət edəndə onu özlərinə günah hesab edirdilər.


İXLASI SEVƏNLƏR ÜÇÜN MÜJDƏ
«Misbahuş-şəriə» kitabının «Səcdə» fəslində İmam Sadiq (ə), bizim ümidvar olmağınıza səbəb olan müjdə verici bir rəvayət nəql olunur: «Kim ixlası sevsə...» Diqqətinizi bir şeyə cəlb etmək istəyirik ki, İmam (ə) bu hədisdə «kim ixlaslı olsa» deyil, məhz «kim ixlası sevsə» kəlməsini işlətmişdir. Allah eləsin, biz bəndəçilikdə xalis olmağı istəyək.
EŞQ ELMİ KİTABLARDA YAZILMIR
Arzu edənlər üçün «Biharul-ənvar»ın birinci cildində, İmam Sadiqin (ə) bəndəçilik haqqında nəql etdiyi hədisin bəzi hissələrini qeyd edirik.

Ünvani Bəsri Həzrət Sadiqin (ə) hüzuruna gəldi, bir qədər, söhbətdən sonra İmam (ə) ona buyurdu: «Elm, oxuyub-öyrənməklə ələ gəlməz. O bir nurudur ki, Allah-Təala onu hidayət etmək istədiyi kəsin qəlbinə daxil edər».

Tövhid elmi, iman və Allah elmi, kəsb olunması deyildir. Bunları kitab oxumaqla əldə etmək olmaz. Oxumaqla ələ gələn şey, yalnız əqli dəlillərdir. İman və qəlbin inanması bir nurudur ki, Allahın qayğısı və tofiqin nəticəsində qəlbə daxil olur. Lakin bu nurun zəminəsini yaratmaq, insanın öz əlindədir.

İmam (ə) hədisin davamında buyurur: «Əgər bu elmi istəsən, əvvəl gərək bəndəçiliyin həqiqətini özündə axtarsan. Elmi əməl etməklə tələb et. Məsələləri başa düşməyi Allahdan istə ki, O da bunları sənə dərk etdirsin».

Bu elm yalnız əməl ilə yanaşı olmalıdır, yəni əgər insan bildiyi şeyə əməl etsə, onun elmi daha da artacaq və Allah-Təala ona bilmədiyi şeyləri öyrədəcəkdir.

Bu hədisdə ən əhəmiyyətli məsələlərdən biri budur ki, əgər elmin həqiqətinə çatmaq istəyirsənsə, çalışıb bəndəliyin həqiqətini özündə yartamalısan. Yəni haqqın sübutu bəndənin eyni zatı olmalıdır.


ÖZÜNÜ MALİK VƏ TƏDBİR EDƏN HESAB ETMƏK
Ünvani Bəsri soruşdu: Bəndəçiliyin həqiqəti nədir? İmam (ə) buyurdu: Üç şeydir: Birincisi, özünü əlində olan şeylərə malik hesab etməmək, yəni Allahın onun ixtiyarında qoyduğu şeyləri bəxşişdən başqa bir şey bilməməkdir. O, həqiqətdə dil, əl, ayaq, mal-dövlət, övlad və başqa şeylərin müstəqil maliki deyildir. Özünü müstəqil malik hesab edən kəs yəqin bilsin ki, hələ bəndəçilik mərtəbəsinə çatmamışdır. Əksinə belə insanlar özlərini rəbb mərtəbəsində təsəvvür edirlər.

İkincisi, Allahı bütün işlərdə həqiqi tədbirçi kimi tanımaqdır. Amma əksər insanlar malın çoxalmasından, yüksək vəzifələrdə olmaqdan və gələcək həyatlarını təmin etməkdən ötrü müstəqil tədbirlər görürlər. Həqiqətdə onlar həqiqi tədbirçi olan Allahı yaddan çıxarıb, özlərini müstəqil hesab edirlər. İmam (ə) bu hədisdə yaşayışı təmin etməyi inkar etmir, əksinə insan öz işlərində diqqətli olmalıdır. Lakin o, məğrurluğunu kənara qoyub özünü həyatda müstəqil hesab etməməlidir. Bir işin baş verib-verməməsini Allahdan bilməlidir. Yəni bir işin ardınca gedəndə, «bu işin ardınca gedirəm, amma nəticəsi Allahdandır» deməlidir. Məsələn, xəstəlik zamanı həkimin yanına gedəndə onu bir vasitəçi hesab etməlidir. Həkimin verdiyi dərman xəstəlikdən şəfa tapmağa bir vasitədir. Amma dərmanın təsir etməsi əsil şəfa verici olan Allahın əlindədir.


BÜTÜN MƏŞĞULİYYƏTLƏR ALLAHIN BUYURUĞU İLƏ OLMALIDIR
Üçüncü bəndənin bütün məşğuliytətləri Allahla olmalıdır, yəni Onun buyurduğu əmrlərə itaət etməli, nəhy etdiyi şeylərdən isə çəkinməlidir. Ümumiyyətlə bəndə olmaq istəyən kəs, Allahın əmr və nəhylərinə təslim olmalı və Onun razılığını əldə etmək üçün Pərvərdigarın sevmədiyi şeylərdən uzaq olmalıdır. Bəndə olmaq istəyən və Allahı hazır və nazir bilər kəsin Allahın buyurduqlarının onlar etməsini görmüsünüzmü?

Əslində əmək iddianı təsdiq etməlidir. Başqa bir rəvayətdə İmam Hadi (ə) buyurur: «İman odur ki, qəlb ona inanmalı və əməl onu təsdiq etməlidir».


BİŞRİ HAFİ BƏNDƏ OLMAQ İSTƏYİR
Əllameyi Hilli (r.ə) «Məcalisul-möminin» və başqa kitablarda belə bir rəvayət nəql edir: Həzrət Musa ibn Cəfər (ə) Bişrin evinin qarşısından keçirdi. Onun evinin daxilindən haram musiqi sədaları eşidilirdi. Elə bu anda onun kənizi eşiyə çıxdı. Həzrət (ə) kənizdən soruşdu: Bu evin sahibi hürrüdür (azad), ya bəndə? Kəniz dedi: Evin sahibi neçə-neçə qul və kənizlərin sahibi olduğu halda necə bəndə (qul) ola bilər? İmam (ə) buyurdu: Bəli, əgər bəndə olsaydı belə olmazdı. Kəniz evə qayıdanda Bişr ondan soruşdu: Kiminlə söhbət edirdin? Kəniz əhvalatı olduğu kimi danışdı. Bişr bu söhbətdən İmamı (ə) tanıdı. Elə həmin anda da ayaqyalın qaçaraq özünü İmama çatdırıb, Həzrətin vasitəsilə tövbə etdi və dedi: Ya İmam! Mən bəndə olmaq istəyirəm.

Bu hədisi nəql etməkdə məqsədimiz İmamın (ə) buyurduğu «əgər bəndə olsaydı, belə etməzdi» kəlməsidir. İnsanın günahkar olması onun bəndə olmamasına bir şahiddir. Əgər insan bəndə olsa Allahın razı olmadığı işləri yerinə yetirməkdə necə cürət edə bilər? İmam Sadiq (ə) əvvəldə qeyd etdiyimiz hədisdə bəndəliyin üç xüsusiyyətini zikr edərək buyurur: Bəndənin həqiqi malik olmamasının əlaməti budur ki, Allah yolunda ehsan etmək onun üçün asan olur.

Əgər bir kəs var-dövlətini Allah yolunda xərcləməkdə çətinlik çəksə, deməli o, hələ də var-dövlətinin Allaha məxsus olduğunu dərk etməmişdir.

İYİRMİ DOQQUZUNCU DƏRS
Keçən söhbətlərimizdə, insanın töhid mərtəbələrində məqama çatmasının bəndəlik dərəcələrində hansı məqamda olması ilə sıx əlaqəli olduğunu qeyd etdik. Yəni insan töhid mərtəbələrindən nə dərəcədə bəhrələnə bilsə, elə həmin dərəcədə də bəndəlikdən bəhrələnəcəkdir. Tövhidi-əfalinin həqiqətinə varan şəxs, bəndəlikdə də həmin mərtəbənin həqiqətinə varmışdır. Bəndəliyin həqiqəti tövhidin həqiqəti ilə ayrılmaz tellərlə bir-birinə bağlıdır. Bu barədə Həzrəti Sadiqin (ə) Ünvani Bəsriyə buyurduğu hədisi nəql etdik. Bu hədisdən əldə etdiyimiz nəticəni sizin nəzərinizə çatdırmağı özümüzə vacib bilirik.

İnsan həyatda özünü müstəqil, malik hesab etməməlidir. Çünki almaq, bağışlamaq və irs aparmaqla onun əlinə gələn şeylər onun əlində əbədi qalan deyildir. Bu misalda qeyd etdiyimiz malik və onun əldə etdiyi şeylər zaman keçdikcə yoxluğa düçar olacaqdır. İnsanın əldə etdiyi var-dövlətin yalnız əql və şəriətin hesabına görə qiyməti vardır. Məsələn, bir kəs öləndə onun var-dövləti yaxın adamlarına yetişir, yəni həmin var-dövlət nisbi surətdə o adamların malına çevrilir. Amma həqiqətdə hər bir şey Allaha məxsusdur.

Allahın həqiqi bəndəsinin heç bir mal-dövləti yoxdur. O, bütün var-dövlətin yalnız Allaha məxsus olduğunu bilir. Elə buna görə də o, bunları Allahın buyurduğu və izn verdiyi yerlərdə sərf edir.
İNSANIN ALLAHIN HƏQİQİ MALİK OLDUĞUNU BİLSƏ, YAXŞILIQ ETMƏK ONUN ÜÇÜN ASAN OLAR
İmamın (ə) buyurur: İnsan bütün var-dövlətinin yalnız Allaha məxsus olduğunu dərk edən kimi, yaxşılıq etmək onun üçün asanlaşır və artıq paxıllıq etmir. Çünki o, Allahın həqiqi bəndəsidir və var-dövlətdə Allah tərəfindən ona verilmiş bir bəxşişdir. Ona bu malı lazım olan yerlərdə sərf etməyə icazə vermişdir.

İkinci məsələ budur ki, həqiqi qulların bütün diqqəti öz ağalarındadır. Onlar mənzil, xörək və özlərinə həyatda lazım olan şeylərlə maraqlanmırlar. Özünü bəndə hesab edən və malikin onun işlərinin həqiqətən də idarə etməsini başa düşən kəsin artıq qəm-qüssəsi olmur. Əlbəttə bu sözdən məqsəd o demək deyildir ki, insan öz işləri üçün tədbir etməməlidir. Əksinə bu sözdən məqsəd onun özünün müstəqil tədbirçi hesab etməməsidir, yəni o, fikrini, əqlini və özünü bütün işlərdə müstəqil hesab etməməlidir. Bütün işlərini yalnız Allaha etimad etməklə yerinə yetirməlidir. Həqiqətən də insan həyatdakı işlərində Allahın ona bağışladığı düşüncə və əqlin vasitəsilə tədbir edir. Yəni insan öz işlərində tədbir etməsinə baxmayaraq, Allahın da nə edəcəyinə diqqət etməlidir. Amma əgər bir işə müstəqil surətdə tədbir edərək onun mütləq həyata keçəcəyini iddia etsə, elə həmin anda da bəndəlikdən süqut edəcəkdir.


BƏZİ DUALAR DÜZGÜN DEYİLDİR
Günorta namazının arxasınca oxunan duada belə deyilir: «Pərvərdigara, Sənin razılığına səbəb olan və mənə məsləhət bildiyin dünya və axirət hacətlərini mənim üçün qərar ver».

İnsan Allahdan istədiyi hacətlərini də hökmlə istəməməlidir. Hökmlə istəmək dua və hacət istəmək deyildir, yəni insan öz dualarında, Pərvərdigara, mənə elə gəlir ki, bu iş mənim xeyrimədir – deməməlidir. Amma əgər, «İlahi, əgər Sənin bu işdə məsləhətin varsa onu mənə əta et» - desə, daha ədəbli olar. Ümumiyyətlə insan bütün işlərini Allaha tapşırmalıdır. Allah bu barədə Quranda buyurur: «Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah bəndələri görəndir».1

Allaha hökmlə əmr etmək dua deyildir. Əsil dua öz işlərini Ona tapşırmaqdır.
BÜTÜN İŞLƏRİ ALLAHA TAPŞIRMAQLA ZƏHMƏTLƏR AZALAR
Böyük şəxsiyyətlərdən bəziləri buyururlar: Bəndəçiliyin ən yüksək mərtəbəsi, təfriz məqamıdır. Bu məqamda olan şəxs öz məsləhətlərini kənara qoyaraq, özünü kamil surətdə Allaha tapşırır. Aləmlərin Rəbbi onun üçün nə məsləhət eləsə, onu da qəbul edir.

Bu məqamda olan şəxsin xüsusiyyətlərindən biri də, dünya müsibətlərinin ona asan gəlməsidir. Başına gələn müsibətlərə etiraz etmir. Əgər malı əlindən çıxsa, narahat olmur, çünki bu malı özü üçün rəbb hesab etməyib. Əksinə, hər bir şeyi Allaha tapşıraraq, Onun məsləhəti ilə oturub-durur.

Bütün işləri Allaha tapşırmaqla, insan rahatlıq tapır. Belə insanlar övladları öləndə də narazılıq etmirlər. Əksinə, onu Allahın əmanəti hesab edib, «Pərvərdigara, bu övladı mənə əmanət vermişdin, indi isə məsləhət bilib apardın» - deyirlər.

Təslim məqamına çatan şəxsi dünyanın heç bir hadisəsi narahat edə bilməz.

Şaban ayının on beşinci gününün duasında belə oxuyurur: «Pərvərdigara! Bizə elə bir qorxu əta elə ki, Sənin əmrindən çıxmağa daha cəsarət etməyək. Bizə elə bir yəqin əta elə ki, o yəqinin səbəbi ilə dünyanın bütün müsibətləri bizim üçün asan olsun».1

Bütün işləri Allahın əlində olduğunu və özümüzün isə o işlər haqqında nadan olduğumuzu bildikdən sonra, daha Ona etiraz etməyəcəyik.

O qədər işlər vardır ki, biz onları özümüz üçün yaxşı hesab edirik. Amma həqiqətdə onlar bizim zərərimizədir. Eyni zamanda bunun əksi də ola bilər. Bu barədə Allah-Təala buyurur: «Bəzən xoşlamadığımız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığımız bir şey sizin üçün zərərli ola bilər. Onu Allah bilir, siz bilməsəniz».2

Deməli Allaha belə müraciət etməliyik: «Pərvərdigara! Sən bizim üçün nəyi məsləhət edirsənsə, yalnız onu Səndən istəyirik. Çünki biz bütün hadisələrdən xəbərsizik. Sən bizim həqiqətən də Mövlamızsan».


NƏVSİN MEYLİ OLMASA, RAHATLIQ OLAR
Həqiqi bəndənin üçüncü əlaməti budur ki, Allah daim hazır və nazir olduğu kimi, o, özü də daim bəndəçilik məqamında olsun. Yəni bəndə bir iş görəndə nəfsinin ziddinə olaraq çalışmalıdır ki, Allah ondan razı qalsın. Belə insanlar həmişə Pərvərdigarın əmr və nəhylərini yerinə yetirməkdə və Onun qadağan etdiyi şeyləri tərk etməkdə çox diqqətlidirlər. Həqiqi bəndə olan şəxs artıq bütün çəkişmələrdən, mübahisələrdən və fəxr etməkdən uzaq olur. Çünki, yalnız Allahın razılığını düşünən şəxsin heç bir kəslə davası yoxdur.

Bir-bir ilə savaşan iki nəfərin hər ikisi də bəndəçilik mərtəbəsindən xaric olmuş adamlardır. Çünki onlar bir-birlərində özlərinə uyğun olmayan xüsusiyyətlər görmüş və bunun nəticəsində narahat olmuşlar. Buradan da məlum olur ki, onlarda hələ də nəfsani istəklər qalmaqdadır. Deməli, hələ həqiqi bəndə deyillər.

Bəzən çəkişmələr vəzifə üstündə olur. Bəndə hara, vəzifə tələb etmək hara? Bəndənin kiməsə əmr və nəhy etməklə işi yoxdur.
BƏNDƏ OLMAMAĞIN NİŞANƏLƏRİNDƏN BİRİ DƏ FƏXR ETMƏKDİR
Həqiqi bəndə heç bir şeylə fəxr etmir. Çünki, onun fəxr etmək üçün özündən bir şeyi yoxdur. Məsələn, bəziləri elmlərinə görə fəxr edərək, mənim elmim daha çoxdur-deyirlər. Onlardan belə bir sual olunur: Sənin elmin nədən ibarətdir? Bir qədər dərs oxumusan, bir azda artıq kitab mütaliə etmisən. Bu elm sənin öz zatındandırmı?

Bu elm Allahın sənə verdiyi «Zaid əmrdən» (başqa yerdən əlavə olunmuş) başqa bir şey deyildir. Bunu da Pərvərdigarın sənə əta etdiyi göz, qulaq, hafizə və başqa vasitələrlə əldə etmisən. Məsələnin əslinə baxanda isə mən və sənin burada heç bir işi olmamışdır. Deməli, elmin çoxluğuna görə fəxr etmək lazım deyildir. Amma elə ki, insan «mənim elmim daha çoxdur» - dedi, həmin anda da bəndəçilikdən xaric olur. Var-dövlət, bəyan, dərs və başqa şeylərlə fəxr etmək, bəndə olmamağın nişanəsidir.

Amma insan məqama yetişib Allahın əmr və nəhylərinə itaət etməklə məşğul olsa, artıq çəkişmə, mübahisə və fəxr etməkdən uzaq olar.
BƏNDƏÇİLİYİN ÜÇ XÜSUSİYYƏTİNİN TƏSİRİ
Allah-Təala bəndəni bu üç şeylə (özünü malik hesab etməmək, Allahı həqiqi tədbirçi bilmək və həmişə Allahın razılığını əldə etməyə çalışmaq) hörmətli edən kimi, bəndə kamil surətdə azad olaraq heç bir şeyə meyli olmur. Onun üçün dünyanın qiyməti aradan gedir. Daxilindəki mənəmlik aradan götürülür. Xalqın ondan razı olub-olmamasının, tərif və ya məzəmmət etməsinin onun üçün heç bir fərqi yoxdur. Çünki, artıq o, Allahın həqiqi bəndəsidir. Elə buna görə də pul yığmaq, izzət və şöhrət dalınca getmək və başqalarına qalib gəlmək kimi zəhmətli işlər onun üçün mənasız olur. O, artıq öz əziz ömrünü belə işlərdə hədərə vermək istəmir.

Elə buna görə də həqiqi bəndə çəkdiyi nəfəslərin və ömründən gedən saatların qədrini bilir.


BEHİŞT YER ÜZÜNDƏ UCALIQ TƏLƏB ETMƏYƏN KƏSLƏR ÜÇÜNDÜR
Allah-Təala Quranda buyurur: «Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edirik. Gözəl aqibət ancaq Allahdan qorxub pis əmələrdən çəkinənlərindir!»1

İmam (ə) bu ayəni şahid gətirərək buyurur: Yer üzündə üstünlük tələb etməmək təqvanın ilkin mərtəbəsidir. Yəni belə insanlar heç bir işdə özlərini irəli atmayıb gözə girmirlər. Amma özlərini dünyadakı işlərdə irəliyə atanların əməllərindən məlum olur ki, onlar hələ də özlərini Allahı və eyni zamanda dünyanı da tanımayıblar. Dünyanı, onun var-dövlətini, cah-cəlal və şəhvətini istəyən kəs bəndəçilik yolundan azmış cahil adamdır.

Belə adamlar axirət məqamlarından məhrum qalacaqlar.

Yuxarıda qeyd etdiyimiz ayələrdəki, maraqlı nöqtələrdən biri, «La yuridunə» (istəmirlər) kəlməsidir. Yəni nə inki onlar belə deyillər, hətta, yer üzündə üstünlük tələb etməyi istəmirlər.

Dünyada şöhrət, məqam, vəzifə və var-dövlət istəyən adam təqva mərtəbəsindən xaric olmuşdur. Deməli, bəndəçiliyin həqiqətinə çatmaqdan ötrü çalışmaq lazımdır ki, nəticədə Alahın bəndələrə vədə verdiyi axirət məqamlarına çata bilək.
İNSANI DƏHŞƏTƏ GƏTİRƏN AYƏ
Əli ibn İbrahimi Quminin təfsirində belə yazılır: İmam (ə) yuxarıda qeyd etdyimiz ayəni oxuyanda, göz yaşı tökərək buyurur: Bu ayəni oxuyanda bütün həvəs və arzular aradan gedir.

Yəni insan bu dünyada elə fikirləşir ki, səadətə çatıb, nicat tapacaqdır. Axirətdə böyük məqama çataraq, Salman dərəcəsində olacaqdır. Bəzi ağılsızlar uzun arzular və dünyada ucalıq tələb etməklə necə də özlərinə güvənirlər. Mən hacıyam, mən kərbəlayiyəm, mən məşhədiyəm, nə bilim mən Əli (ə) şiəsiyəm, seyyidəm, aliməm, şeyxəm, rəisəm, nazirəm və s... sözlər işlədirlər. Amma əslinə qalanda isə, təqva yer üzündə üstünlük tələb etməklə deyildir.

Pərvərdigara! Sən özün bizləri islah et! Bizim öz bəndələrindən qərar ver ki, bəndəliyi həqiqətini dərk edə bilək!


OTUZUNCU DƏRS
İMAMIN (Ə) ÜNVANİ BƏSRİYƏ ETDİYİ DOQQUZ NƏSİHƏT
İmam (ə) bəndəçiliyin hqiqətini zikr edəndən sonra, Ünvani Bəsri dedi: Ey mənim mövlam, mənə nəsihət və moizə edin. İmam (ə) buyurdu: Sənə və Allahın yolunda kamala çatmaq istəyən insanlara doqquz şeyi vəsiyyət edirəm. Onun üçü nəfsani istəklərin ziddinə gedib onu zəhmətə salmaq, üçü «helmə» və üçü isə «elmə» aiddir.

Nəfsin ziddinə aid olan üç vəsiyyət bu qaydadadır: Ən böyük hicab olan təkəbbürün azalmasına qədər, nəfsi ram etmək lazımdır. Birinci xörəkdə diqqətli olmaq lazımdır. Yəni, iştaha olmayan vaxt xörək yeyilməməlidir. Çünki, əgər insan ac olmadığı vaxtda xörək yesə, bu onun axmaqlığına səbəb olar.


ÇOX YEMƏK DƏRİN DÜŞÜNCƏNİ AZALDIR
Çox yeməyin xarici təsirləri də ola bilər. İnsan tox olduğu və iştahası olmadığı halda xörək yesə, həzm prosesi çətinləşə bilər. Bu zaman ağır qazlar beyinə təsir edib idrak və düşüncə qabiliyyətinin qarşısını ala bilər. Əlbəttə bizim nəzərimiz heyvani idrak qabiliyyəti deyildir. Çünki, heyvani hislərin başlıca işi elə yemək, yatmaq və şəhvətlə məşğul olmaqdır.

Amma əksinə, insan əgər ac və ya iştahalı olduğu halda aclığını aradan aparmaqdan ötrü bir qədər xərək yesə, onda şadlıq və fəaliyyət hissi oyana bilər.

İkincisi budur ki, ac olmadığı halda xörək yeməyəsən. Bunun da hikməti yuxarıda qeyd etdiyimiz məsələ ola bilər. Ümumiyyətlə, insan əgər bədənin sağlamlığını istəyirsə az yeməlidir. Çünki, çox yemək müxtəlif cür xəstəliklərin, o cümlədən ifrat dərəcədə kökəlmək, ürək xəstəliyi, qan təzyiqi və şəkər kimi xəstəliklərin yaranmasna səbəb olur. Həzrət Peyğəmbər (s) bu barədə buyurur: «Mədə bütün dərdlərin evidir».1
HALAL YEMƏK VƏ XÖRƏK YEYƏN ANDA ALLAHI YAD ETMƏK
Üçüncüsü budur ki, bir şey yemək istəyəndə onun halal olduğunu biləndən sonra ye. Yəni əgər bütün cəlb edici xörəkləri yeməkdən qorxmayıb onları yesən, yavaş-yavaş səndə heyvani hisslər oyanacaqdır.

Xörək yeməkdə ipə-sapa yatmayan kimsələrin nəfəsləri görəsən nə vaxt islah olunmaq fikrinə düşəcəkdir? Əgər bu gün nəfsini azad buraxsan, o günbəgün qüvvətlənib hicabı da çoxalacaq, bununla da Allahı tanımaqdan çox-çox uzaqlaşcaqdır. Çünki, Allahın yolu halal və az yeməklədir.

Xörək yeyən anda Allahı da unutmaq lazım deyildir. Allah-Təala Quranda buyurur: «Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin».1Əlbəttə bu ayə kəsilən heyvanların üzərinə Allahın adını çəkilməsinin vacib olması haqqındadır. Lakin bu ümumi məsələ olduğuna görə, ondan belə istifadə edirik ki, əgər hər bir tikə Allahın adı və Ona həmd və tərif etməklə yeyilməyə başlansa, insanın ruhu üçün bir nura çevrilir. Rəvayətlərdə bu məsələyə çox təkid olunmuşdur.

Bu yerdə İmam (ə) buyurdu: Həzrət Peyğəmbərin (s) hədisini yadına sal ki, O, buyurubdur: «İnsanın doldurduğu qablardan ən pisi, onun qarnıdır».

Bəzi vaxtlarda hər donmuş qabın zərərli olması mümkündür. Lakin dolu qadının bədən və ruh üçün olan zərəri daha çoxdur.

«Zərur-rəbidə» belə bir rəvayət nəql olunur. Əgər qəbristanlıq əhlindən ölümlərinin səbəbi haqqında soruşurlar, onların əksəriyyəti «çox yediyimizə görə öldük» -deyə cavab verərlər. İnsan çox yeyəndə həzm prosesi qaydasınca getmədiyinə görə, onun bədən üzvləri qüvvətlənmək əvəzinə zəifləyir. Çox etmək eyni zamanda insanın ruhuna da təsir göstərərək onu alçaldır. Belə şəxs insaniyyət və Allah pərəstlik yolunda çıxmamalıdır? Rəvayətdə belə buyurulur: «Allah-Təala hər bir çox yemək və çox yatmağı düşmən hesab edir». Allahın nuru belə hicablanmış qəlbə neçə daxil ola bilər?

Allahın qəzəbinə düçar olmuş kəsin Onun dərgahına yolu yoxdur. Bacardığı qədər mədəni üç hissəyə böl. Onun bir hissəsini yeməkdən, ikinci hissəsini sudan və üçüncü hissəsini isə tənəffüs və istirahətdən ötrü saxla.
İNSAN ACLIQ VƏ ORUC HALINDA ALLAHA DAHA YAXIN OLUR
İnsan aclıq halında Allaha yaxınlaşır. Şəhid öz «Qəvaid» kitabında belə bir rəvayət nəql edir: «Oruc, Mənim üçündür və onun savabını da Mən verəcəyəm» yəni oruc Allaha aid olduğu üçün, onun savabını da Allah verəcəkdir. Şəhid (r) bu barədə çox öncə bir məsələ zikr edərək buyurur: Orucun aclığı neçə Allaha yaxınlığa səbəb olə bilər? Bildiyiniz kimi, tox olanda insan idrak qabiliyyəti zəifləməyə başlayır. Yəqin ki, təcrübə etmisiniz. İnsan yayda oruc olanda qurub vaxtı yaxınlaşarkən onun idrakı qüvvətlənir, insanda qeyri-adi bir xoşhallıq əmələ gəlir. İnsan bunun nəticəsində Allaha yaxınlaşaraq Onu daha yaxşı dərk etməyə başlayır.
TÖHMƏT VƏ PİS SÖZLƏRİN QARŞISINDA SƏBR ETMƏK
İmamın (ə) həlm haqqında buyurduğu üç sifarişi bu qərarladır: Əgər bir kəs səninlə çəkişərək, «sən əgər mənə bir kəlmə pis söz desən, onun müqabilində on kəlmə ilə cavabını verəcəyəm» - desə, ona belə cavab ver. Sən mənə on dənə töhmət vursan da mən sənə heç cavab verməyəcəyəm. İnsan öz nəfsinə o dərəcədə hakim olmalıdır ki, pis əməlin qarşısında pis əməl etməməlidir. Çünki əgər mən töhmətə töhmətlə cavab versəm, mən də töhmət vuran adam kimi olaram. Töhmətin cavabı ya nəsihət etmək, ya da heç cavab verməməkdir.

Allah-Təala Quranda buyurur: «O kəslər ki, yalan yerə şahidlk etməz, faydasız bir şeylə rastlaşdıqları, zarafatyana bir söhbət eşitdikləri zaman onlardan üz çevirib keçər, özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz».1

Allah-Təala başqa bir ayədə buyurur: «Rəhmanın əsil bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə, təvazökarlıqla gəzər, cahillər onlara qarşı xoşagəlməz bir söz dedikləri zaman onlarla gözəl, mülayim danışarlar».2

İmam (ə) buyurur: İkincisi budur ki, əgər bir kəs sənə pis sözlər deyib töhmət vursa, sən ona belə cavab ver: «Əgər mənə vurduğun töhmətlər doğrudursa, mən Allahdan günahımın bağışlanmasını istəyirəm. Yox, əgər yalandırsa, mənə vurduğun töhmətə görə Allahdan sənin bağışlanmağını istəyirəm».


XACƏ NƏSRƏDDİN TUSİNİN (R.Ə) AĞILSIZIN MƏKTUBUNA CAVABI
Axmağqlardan birisi Xacə Nəsrəddin Tusiyə (r.ə) söyüş və töhmətlərlə dolu olan bir məktub yazmışdı. Məktubdakı ifadələrdən biri də «sən itsən» sözləri idi. Mərhum Xacə məktubun cavabında salam və hal-əhval tutandan sonra belə yazır: Məktubda siz məni it adlandırdığınıza görə mən özümə fikir verdim. Amma bu mənanı başa düşə bilmədim. Çünki itin dörd ayağı, mənim isə iki ayağım vardır. İtin quyruğu var, mənim isə yoxdur. Onun dərisi başdan-başa tüklə örtülüdür, mən də isə belə deyildir.

Allahın xalis bəndələri həmişə İmamın (ə) vəsiyyətinə əməl edirlər.

İmamın etdiyi vəsiyyətin üçüncüsü budur ki, əgər bir kəs sənə qarşı təhqir və ya xəyanət edib, sənə əziyyət edəcəyəm desə, onun cavabında belə de: Mən isə sənə xeyirxahlıq edəcəyəm. Əgər bir işin varsa, sənin üçün yerinə yetirim. Əgər kömək istəyirsənsə, sənə kömək edim. Bu barədə çoxlu rəvayətlər vardır. Nümunə üçün onun birini nəql edirik.
PİSLİYƏ YAXŞILIQLA CAVAB VERİR
Bəni-Ənam tayfasından olan bir nəfər İmam Səccada (ə) sahabələrinin yanında töhmət vuraraq ağır sözlər dedi. İmam Səccad (ə) da ona heç bir şey deməyib susdu. İmam (ə) sükut etdiyinə görə səhabələr də susdular. Sabahsı gün İmam (ə) öz sahabələrinə buyudu: Qalxın ayağa, gedək əmimoğluma baş çəkək.

Həzrət bir neçə sahabəsi ilə həmin şəxsin evinin qarşısına gəldilər. İmam (ə) səhabələrinin o şəxsə əziyyət etməsindən qorxaraq, üzünü ona tutub buyurdu: Əmioğlu, əgər dünən dediyin xüsusiyyətlər məndə varsa, Allah mənim günahlarımı bağışlasın. Əksinə, əgər yoxdursa, onda mən Allahdan sənin bağışlanmağını istəyirəm. Bu anda həmin ələvi İmam (ə) əl və üzünü öpərək dünən etdiyi əmələ görə ondan üzr istədi.

Allaha bəndəçilik yolu elə budur, kim istəyirsə bu yolu saçə bilər. Həqiqi bəndə Allah yolunda belə əziyyətlərə dözməlidir. Yəni həqiqi bəndə söyüş və töhmətlərə dözərək onun qarşısında yaxşılıq etməlidir. Bəzən insan bir əmələ alçaqlıqdan çox yüksəklərə ucala bilər. Belə bir atalar məsəli vardır. «Uşaq yüz illik yolu bir gecəyə gedir». Nəfsin qiyməti daha çoxdur. Elə buna görə də onun hicablarını azaltmaq lazımdır.


Yüklə 346,4 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə