TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


"…Bizə  onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!"



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə457/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   453   454   455   456   457   458   459   460   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

"…Bizə 
onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!" 
(əl-Əraf 138)
Həqiqətən, 
siz əvvəlkilərin adət ənənəsi ilə gedəcəksiniz”.
745
Bu səhabələr İslamda yeni 
olduqları üçün bir çox tövhid məsələlərini bilmirdilər. Məhz buna görə də 
Peyğəmbərdən 

müşriklərin uğur gətirmək üçün dilədikləri bir büt kimi, 
onlar üçün də uğur diləmək üçün bir büt düzəltmələrini istəmişlər; 
"Allahı 
qoyub özlərinə dost tutanlar: "Biz onlara bizi Allaha yaxınlaşdırmaq üçün 
ibadət edirik!"- deyirlər”. 
(əz-Zumər 3). 
"Onlar Allahı qoyub özlərinə nə bir 
xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: "Bunlar Allah yanında 
bizdən ötrü şəfaət edənlərdir!"- deyirlər. De ki: "Allaha göylərdə və yerdə 
bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən 
uzaqdır və ucadır". 
(Yunus 18).
Şeytan öz Rəbbinə vəd vermişdir ki, insanları haqq yoldan azdıracaqdır və 
hər bir vəchlə, fitnə və hiylə ilə insanları Allaha ibadət etməkdən 
yayındırmağa çalışır. Təki insanlar Allaha ibadət etməsinlər. Şeytana qulluq 
edənlər də belə bir ibadətgahlar qurmaqla insanları azdırmağa çalışırlar. Siz 
deyirsiniz ki: “Onlar salehlərdir, övliyalardır, Allahın sevimliləridir. Biz isə 
günahkarlarıq, Allah yanında heç bir qədir-qiymətmiz yoxdur. Onlara qarşı 
743
əl-Buxari 13/76, Muslim 4/2230,2906.
744
Muslim 4/2230,2907.
745
ət-Tirmizi 2180, Əhməd 5/ 218, əl-Albani “Səhih Cəmi” 1063.


 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
335 
məndə olan sevgiyə, məhəbbətə görədir ki, mən onun vasitəsilə Allaha 
yaxınlaşıram”. Mənim sizə bir neçə sualım vardır. Bizə İslam dinini çatdıran, 
hər bir şeyi ətraflı şəkildə xəbər verən kim olub? Sözsüz ki, deyəcəksiniz 
Peyğəmbər 

. Məgər Peyğəmbər 

bizə əmr edib ki, “mən öləndən sonra məni 
Allah ilə öz aranızda vasitəçi tutun” və ya Peyğəmbər 

bunu özü edib və ya 
səhabələrinə tövsiyə edib ki, ölüləriniz vasitəsilə Allaha yaxınlaşın və onlardan 
nə istəyirsinizsə diləyin və ya Əbu Bəkr, Ömər, Osman, Əli 

və s. səhabələr 
hansı ki, cüzi bir yaxşı əməl olduqda onu dərhal etməyə çalışardılar. Heç 
olmasa bir ayə, bir hədis də belə gətirin ki, biz də iman edək. Əgər gətirə 
bilməsəniz bilin ki, onda siz özünüzü onlardan ağıllı sayırsınız. Çünki, onlar 
bu böyüklükdə əfzəl əməli görmürdülər və ya bilmirdilər, amma siz bundan 
xəbərdarsınız. Allah bizi və əhli-əyalımızı şirkə tapınmaqdan qorusun. Amin! 

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   453   454   455   456   457   458   459   460   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə