TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


Əl- Hukmu Farun Anid Tasavvur -



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə465/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   461   462   463   464   465   466   467   468   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

Əl-
Hukmu Farun Anid Tasavvur -
Əgər sən bir məsələni ətraflı şəkildə təsəvvür 
etməsən, o məsələ haqqında bir hökm, qərar verə bilməzsən". Ona görə də 
mütləqdir ki, biz müsəlmanların bu halına elm tərəfdən baxaq və görək 
müsəlmanlar nə üçün bu vəziyyətdədirlər? Axı onlar nə ediblər və nə edirlər 
ki, bu cür zəlil və sınmış bir vəziyyətə düşüblər. Dinin zəifləməsi, cahilliyin 
baş alıb yayılması, yad adətlərin dinə daxil olması, kafir dövlətləri tərəfdən 
əzilmələr və s. Biz bu məsələni araşdırmalıyıq.
Həqiqətən də müsəlmanların bu günkü halı misal olaraq sizə söyləyəcəyim 
bir hekayədədir. Bu hekayə bir qövmlə bağlıdır ki, onlar dağların əhatəsində, 
gözəl bir guşədə yaşayırdılar. O qövmün məskunlaşdığı yerdə yağış suları ilə 
yığılaraq, təmiz saf bir çay dağların ətəyindən axaraq onların ərazisində bir göl 
yaratmışdı. Bu qövmün camaatı gölün suyundan içər, mal-qaralarını suvarar 
və əkin sahələrində istifadə edərdilər. Və o gölün suyunun səbəbilə Allah bu 
qövmə izzət, şan-şöhrət, şərəf, qüdrət, qüvvət vermişdi. O qövmün 
ağsaqqalları daima öz camaatlarına deyərdilər: "Bu gölü qoruyun, göz 
bəbəyiniz kimi qoruyun. Bu gölə nə çör-çöp, nə də zibil atmayın". Hətta o, 
qövmün camaatı o çaya nə isə atıb onu zibilləməyi heç düşünmürdülər. Buna 
baxmayaraq ağsaqqallar onlara daima nəsihətlər edir, daimə xatırladaraq 
yadlarına salardılar ki, “bu çaya heç bir şey atmayın. Bu çayı canınızdan da çox 
qoruyun”. Çünki, onlar bilirdilər ki, onların bu cür qüvvətlənməsi, qüdrətlən-
məsi, izzət, şan-şöhrət, şərəf tapmalarına səbəb yalnız və yalnız bu göldür. Bu 
qövmün ətrafında bir çox tayfalar yaşayırdılar. O tayfalar bilirdilər ki, bu 
qövm güclü və qüvvətlidir. Onlara hörmət edir və sayırdılar. Bilirdilər ki


 
TÖVHİD – 

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   461   462   463   464   465   466   467   468   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə