TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə463/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   459   460   461   462   463   464   465   466   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
339 
yerinə yetirdikdə isə elə bir şəkildə edər ki, özü kimi bir məxluq bundan razı 
qalmazdı. Allah üçün elə mal sərf edər ki, o malı özü kimi bir məxluqa sərf 
etməz. Belə bir sifəti olan insan Allahı lazımınca qiymətləndirmişdirmi? 
Əlbəttə ki, yox. Görürsən ki, insan ən qiymətli şeylərini dünya üçün, Allahdan 
qeyrisi üçün edir, vaxtının ən çox hissəsini dünya üçün, faydasız şeyləri əldə 
etmək üçün ayırır. Lakin Allaha gəldikdə isə çox az bir hissəsini Allaha sərf 
edir.
Həmçinin - 
İçki içir – Allah bağışlayır, rüşvət verir, alır – Allah bağışlayır, 
Allah mənə qarşı ədalətsizdir, mənə zülm edir, haqqımı tapdalıyır deyənlər 
Allahı lazımınca qiymətləndirməmişdir. Onun Allah barəsində olan 
düşüncələri pisdir, şərdir. Dua edir və qəbul olmadığını gördükdə dərhal pis 
zənn edir. Lakin insan bilməlidir ki, bütün bunlarda böyük hikmət vardır. 
Allahın qadağalarını edib sonra da Allah barəsində - “Allah bağışlayar” deyən 
kimsə Rəbbi barəsində pis zənn edir. Münafiqlər Uhud döyüşündə zənn 
edirdilər ki, Allah bu dinə kömək etməyəcəkdir, Peyğəmbərinə yardım 
etməyəcəkdir, bu iş yox olub gedəcəkdir, küfr və şirk qalib gələcəkdir, bütün 
bunlar hikmətsiz olaraq baş vermişdir və s. Allahdan onun əməlləri barəsində 
heç nə soruşulmur. O, istədiyini edəndir. Allahın rəhm etdiyi kimsələrdən 
başqa çox az bir qism insanlar bu pis zəndən qurtulmuşlar. Ona görə sən 
özünə nəzər sal və gör bundan qurtulmusan, yoxsa?
Həmçinin
- Allahla yanaşı Allahın düşmənini, Allaha şərik qoşan bir kimsə 
Allahı lazımınca qiymətləndirməmişdir. Ona Allaha təzim etdiyi kimi təzim 
edir, ona itaət edir, onu ümid edir, ondan qorxur. Allahın düşmənini, Allahın 
gözündən düşən birisini Allaha şərik qoşur. Müşriklər mələklərə ibadət 
etdikləri vaxt öz iddialarına görə onlar elə zənn edirdilər ki, onlar mələklərə 
ibadət edirlər. Həqiqətdə isə onlar şeytana ibadət edirdilər; 

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   459   460   461   462   463   464   465   466   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə