TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə466/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   462   463   464   465   466   467   468   469   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

Allahın Qulları Üzərində Olan Haqqı
342 
onlara heç bir şey edə bilməzlər. Hətta o qövmlər heç düşünmürdülər ki
onlara hücum edib qalib gələ bilərlər. Çünki bilirdlər ki, bu mümkün olan şey 
deyil. Onların güclü və qüvvətli olmalarına səbəb yalnız və yalnız bu çaydır. 
Lakin vaxt ötür, illər keçir, ağsaqqallar, bu qövmün ağıllı, dünya görmüş 
insanları dünyalarını dəyişirlər. Yeni nəsillər gəlir. Yeni nəsillər gəldikcə, onlar 
o vədi (əhdi) unutmağa başlayırlar. O vəd ki, bu qövmün ağsaqqaları 
nəsillərdən-nəsillərə ötürərək bu çayın qorunması barəsində öz qövmlərindən 
əhd alırdılar.
Bir gün bu qövmün cahil bir sakini heç kəsin onu görmədiyini zənn edərək 
çayın içinə bir çöp atır. Görür ki, ona heç kəs güldən artıq bir söz demədi və 
bundan sonra bu qövmün camaatı bu çaya istədikləri zir-zibili, istədikləri çör-
çöpü, istədikləri ölmüş heyvanların leşlərini atmağa başlayırlar. Öz 
ehtiyaclarını belə o çayda ödəməyə başlayırlar və nəticədə bu çayın suyu 
çirkab, bulanmış bir hala gəlir. Allah bu çayı qorumadıqlarına görə onlara 
dəhşətli xəstəliklər göndərir. Qövmün camaatı xəstəlik tapır. Bu xəstəlik 
nəticəsində camaat zəifləyərək çox aciz bir hala gəlirlər. Buna baxmayaraq 
onlar çayı zibilləməyə davam edirdilər və düşmənlər bu qövmün zəiflədiyini 
artıq hiss etmişdilər və düşündülər ki, artıq vaxt yetişib onlara qalib gəlmək 
olar. Düşmən hücumlara başlayır. Onları öz əsarətləri altına alaraq başlarına 
istədikləri oyunu gətiritlər, mal-qaralarını məhv edir, dövlətlərini əllərindən 
alır, ailələrini dağıdır, özlərini də zəlil bir vəziyyətə qoyurlar. Elə bir vəziyyətə 
ki, artıq bu qövm çox zəifləmiş, heç bir sözləri də keçmirdi, heç bir şey də edə 
bilmirdilər. O qövmlər istədikləri zülmü onların başlarına gətirirdilər. Bir gün 
bu qövmün sağ qalmış adamları bir yerə toplanaraq: "Biz qərar verməliyik, 
sözü bir yerə qoyub camaatımızı bu zülmkarlardan necə qurtarmağı 
düşünməliyik". Bu fikirlərə əsasən qövmün camaatı üç yerə bölündü.
Birinci qrup:
Bu qövmün cavan nəsli toplanır. (Qollarında güc, başda ağıl 
olmayanlar). Onlar deyirlər: "Bizim bu vəziyyətə düşməyimizin səbəbi yalnız 
düşmənlərimizdir. Onlar bizi bu hala salıblar. Biz onlara qarşı silah toplayıb 
döyüşərək qalib gəlməyə çalışmalıyıq. Bu yolda ölsək də, məhv olsaq da, 
kökümüz kəsilsə də belə onlara qarşı döyüşməliyik. Bu cavanların fikri idi.
İkinci qrup:
Orta nəsil toplanır. Onlar deyirlər: "Xeyir biz onlara qarşı 
vuruşa bilmərik. Biz zəif və çarəsizik. Hər bir vasitəyə əl ataq ki, özümüzü bu 
xəstəlikdən təmizləməliyik. Özümüzü müalicə etdikdən sonra biz onlara qalib 
gələ bilərik. Bu orta nəslin fikiri idi".
Üçüncü qrup:
Bu qrup isə ağsaqqallardan ibarət idi. Dünya görmüş, saç 
saqqalları bu yolda ağarmış insanlar idi. Onlar: "Bizim gücümüz yoxdur, biz 
düşmənə qarşı nə ilə vuruşa bilərik? Bizim indi vuruşmağa taqətimiz yoxdur. 
Çünki, xəstəlik bizi çox zəiflətmişdir. Bizim indi özümüzü müalicə etməyə də 



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   462   463   464   465   466   467   468   469   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə