TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə467/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   463   464   465   466   467   468   469   470   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
343 
gücümüz yoxdur. Axı biz özümüzü necə müalicə edə bilərik ki, biz yenə də o 
çirkab sudan içirik. Bir tərəfdən özümüzü müalicə edək və sonra da gedib o 
çirkab sudan içək. Bizim xəstələnməyimizə səbəb çayı qorumamağımız və 
onun suyunu bulandırmağımızdır". Onlar dedilər: "Biz yalnız və yalnız o çayı 
təmizləməliyik. Çayı təmizləmək üçün ata-babalarımızın (Sələfi Salehlərin) 
dediklərinə qayıtmalıyıq, onlar bu çaya atılan nəcasətdən, zibildən qorumağı 
vəd almışdılar. Biz çayı mənbəsindən təmizləməliyik. Ondan sonra Allah bizə 
güc də verəcək, qüvvət də. O ağsaqqallar cavanlara da, orta nəsilə də nəsihət 
verərək: "Vallahi, heç döyüşməyə də ehtiyac olmayacaq. Allah bizim 
düşmənlərimizin qəlblərinə qorxu salacaqdır. Onlar bizim gücümüzü görərək 
geri çəkiləcəklər. Düşmənlərin bizə qalib gəlməsi, bizim zəifləməyimizə 
görədir, onların güclü olmasına görə deyildir. (Məs: "20 yaşında bir gənci hamı 
döyür, söyür heç kəsə gücü çatmır cavab versin. 20 yaşı olsa da zəif və acizdir. 
Onun yanına 5 yaşında bir uşaq gətirirlər. 20 yaşında olan cavan 5 yaşında 
olan uşağı öz gücünə görə döyəcək, yoxsa 5 yaşında uşağın zəif olmasına görə 
ona gücü çatacaq? Sözsüz ki, 5 yaşında uşağın zəif olmasına görə uşağa qalib 
gəldi, öz gücünə görə deyil). Ağsaqqallar da o qrupları başa salmağa 
çalışırdılar ki, düşmənlərin bizə qalib gəlmələrinə səbəb yalnız və yalnız, bizim 
zəif olmağımıza görədir, onların güclü olmalarına görə deyildir. Vallahi, əgər 
biz çayı qorusaq, bu çayı təmizləsək Allah bizə güc də verəcək, əvvəlki izzəti, 
şan-şöhrəti, qüdrəti də verəcəkdir. Düşmənlər bizim bu güclənməyimizi 
gördükdən sonra, özləri qorxub geriyə çəkiləcəklər".
Həqiqətən də bu ağsaqqalların nəsihətində ağıllı insanlar üçün böyük 
faydalar vardır. Çünki, onlar dünya görmüş kimsələr idi. Bu cavanlara və orta 
nəsilə verdikləri böyük nəsihət həqiqətən də doğru idi. Onları başa salmağa 
çalışdılar ki, bizim bu vəziyyətdən çıxmağımızın yolu yalnız və yalnız birdir: 

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   463   464   465   466   467   468   469   470   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə