TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə468/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   464   465   466   467   468   469   470   471   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

Tasfiyyə Vət Tarbiyyə 

Təmizlənmək və Tərbiyyə olunmaqdır.
O çay 
– Tövhid –
çayıdır. Bu çayı şirkdən, küfürdən, bidətdən, nifaqdan, 
cürbəcür günahlardan təmizləməliyik. Biz o çayı təmizlədikdən sonra 
özümüzü tərbiyə etməliyik. Tərbiyə etdikdən sonra da, Allah bizə qələbə 
verəcəkdir. 
İmam Malik 

deyir: "Bu ümmətin başı nə ilə islah olunmuşsa (düzəlmişsə, 
nə ilə doğru yola yönəlmişsə), bu ümmətin sonu da yalnız onunla islah olunar. 
O gün din olmayan heç bir şey bu gün də din olmaz".
747
Vallahi, doğurdan da 
bu belədir. Müsəlmanların bu hala düşmələrinə səbəb yalnız və yalnız 
özümüzük, düşmənlərimiz deyildir. Biz özümüz bu Tövhid çayını günahlarla, 
şirklərlə, bidətlərlə o qədər bulandırmışıq ki, Allah bizi zalımlarla imtahana 
çəkib. Ona görə də biz mütləq öz Sələflərimizin, Allahın və Peyğəmbəri 
747
Qadi-İyad "əş-Şifa" 2/ 88.


 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
344 
Muhəmmədin 

yoluna qayıtmalıyıq. Səhabələrin dediklərini etməliyik ki, 
Allah onlara şan-şöhrət, izzət, şərəf verdiyi kimi, bu şan-şöhrəti, izzəti bizə də 
versin. Peyğəmbərimiz Muhəmmədin 

bir çox moizələrində oxuduğu məşhur 
Xutbətul-Hacə 
adlanan duasında belə bir kəlamlar vardır: "Şübhəsiz ki, 
sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmmədin 

yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub 
dinə salınan hər bir əməl bir bidətdir, hər bir bidət isə zəlalətdir, hər bir zəlalət 
isə oddadır”.
748
Bir düşün? Peyğəmbər 

bu sözləri nə zaman demişdi? Məgər 
Peyğəmbərimizin 

zamanında bidət var idi? Xeyr! Peyğəmbər 

öz 
ümmətinə, səhabələrinə daima xatırladırdı ki: "Tövhid çayını, tövhidi 
bidətlərlə zibilləməyin. Bidətlərdən çəkinin, necəki, o ağsaqqallar öz 
qövmlərinə deyərdilər ki: "Bu çayı təmiz saxlayın. Çünki, bizim izzət və 
qüvvət tapmağımıza səbəb yalnız və yalnız bu çaydır. Bu çaya görə Allah bizə 
güc-qüvvət verib". Eyniylə bizə də Peyğəmbərimiz Muhəmmədin 

sözlərini 
insanlara çatdıraraq: "Allaha şərik qoşmayın, bidət etməyin, küfr etməyin. 
Bunlarla Tövhidi bulandırmayın kı, Allah da bizə güc, qüvvət, izzət versin". 
Səhabələr bu yolu necə qoruyurdular? Ömərin 

dövründə, Ömərə 

xəbər 
gəlir ki, Subaya adında bir nəfər Allahın mütəşəbih ayələri barəsində insanlar 
arasında şübhə yayır. Ömər 

onu yanına çağırtdırır və ondan əqidəsi 
(fikirləri) barəsində soruşur. O, da Ömərə 

öz əqidəsindən xəbər verir. Bu 
vaxt Ömər 

əlində olan xurma ağacının çubuğu ilə onun başına o qədər 
vurur ki, başı yarılır. Deyir ki, aparın onu zindana salın. Bir müddətdən sonra 
yenə deyir ki, onu mənim yanıma gətirin. Yarası yenicə sağalmışdı ki, Ömər 

 
yenə çubuqla onun başına vurur, başı yenə qanayır və deyir ki, aparın salın 
zindana. Bir müddətdən sonra yenə onu yanına çağırtdırır, yarası təzə 
sağalmışdı ki, yenədə çubuqla onun başına vurmağa başlayır. Bu vaxt: "Ya 
Ömər! Bəsdir artıq, ya məni xeyirli ölümlə öldür, ya da əgər sən istəyirsən ki 
məni təmizləyəsən, Vallahi, artıq sən məni (bu fikirlərdən) təmizlədin". Ömər 

 
Allahın dinini necə qoruyurdu. Ömərin 

xəlifəliyindən sonra Xəvariclər 
çıxır. Onlar toplanaraq Ömərin 

cəzalandırdığı kimsənin yanına gəlirlər və: 
"Ey Subay, sənin fikirlərini dəstəkliyənlər çıxıb, get onlara qoşul". Həmin şəxs: 
"Vallahi, xeyirli insan, artıq məni islah etmişdir, məni artıq bu fikirlərdən 
təmizləmişdir, mən o yola heç vaxt dönmərəm". Baxın, görün səhabələr 
Allahın dinini necə qoruyurdular.
Ömər ibn Yəhyə öz atasından, o da öz atasından rəvayət edir ki, hər gün biz 
sübh namazından öncə İbn Məsudun 

evinin ətrafında yığışar və birlikdə 
748
Muslim "Şərhu Nəvəvi" 6/ 153-156, Əhməd 3/ 319,371, ən-Nəsai 3/ 188-189, əl-Beyhəqi "Sunənul-Kubra" 3/ 
214 Cabir ibn Abdullah 

yolu ilə: əl-Albani "Muxtəsər Səhih Muslim" 409, "Mişkətul Məsabih" 3149, 5860. 



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   464   465   466   467   468   469   470   471   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə