TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə464/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   460   461   462   463   464   465   466   467   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

“O gün Allah 
onların hamısını toplayacaq, sonra da mələklərə buyuracaq: "Bunlar sizəmi 
ibadət edirdilər?" Mələklər deyəcəklər: "Sən paksan, müqəddəssən! Onlar 
deyil, Sənsən bizim Hamimiz! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti 
də məhz onlara iman gətirmişdi".
(Səba 40-41). 
Şeytan insanı özünə ibadətə 
çağırır və elə ilham etdirir ki, o mələkdir. Həmçinin günəşə, aya, ulduzlara 
ibadət edənlər də belədir. Buna görə də günəş doğanda şeytanın iki buynuzu 
arasında doğur və kafirlər günəşə səcdə edirlər. Həqiqətdə isə günəşə deyil 
şeytana səcdə edirlər. Həmçinin günəş batdığı zaman, İsaya, Məryəmə, 
övliyalara, pirlərə, seyyidlərə ibadət edənlər də onlara deyil şeytana ibadət 
edirlər; 
"Ey Adəm övladı! Məgər Mən sizə: “Şeytana ibadət etməyin, o sizin 
açıq düşməninizdir”– deyə buyurmadımmı". 
(Yasin 60). 
Bütün bunlar şirkin 
Allah qatında böyük günahlardan olmasının sirrini bildirir. Allah onu tövbəsiz 
qəbul etmir. Şirk insanın əbədi əzabda qalmasını vacib edir. Allah bizi şirkdən 
qorusun! Amin!


 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
340 


TÖVHİDİN 
QORUNMASI 




 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
341 
TÖVHİDİN QORUNMASI 
Müsəlmanların bu günkü hallarına baxsaq görərik ki, onlar çox zəlil bir 
vəziyyətdədirlər. İslam tarixi boyu müsəlmanlar bu günkü kimi ağır 
vəziyyətdə olmamışlar və qəlbində zərrə qədər iman olan hər bir müsəlman, 
müsəlmanların bu vəziyyətinə baxdıqda (əgər onun qəlbində iman varsa) 
mütləq onun qəlbi ağrımalı, acı çəkməlidir. Müsəlmanların 80-90 % demək olar 
ki, müsəlmanların bu halına baxdıqda yalnız və yalnız öz hisləri, qəzəb və 
nəfsi-istəkləri tərəfdən baxırlar. Və bəd dua edərək: "Allah kafirlərə lənət etsin, 
Allah onların bəlalarını versin, Allah onların başlarına daş yağdırsın"- deyirlər. 
Lakin çox az bir qism insanlar 
- Allahın Rəhm Etdiyi Kimsələr -
onlar 
müsəlmanların bu hallarına öz hisləri, qəzəb və nəfsi-istəkləri tərəfdən deyil
elm tərəfdən baxırlar və elm tərəfdən baxaraq müsəlmanların bu halına doğru 
düzgün diaqnoz qoya bilirlər. Lakin kim ki, bu məsələlərə qəzəb, kin-küdurət 
tərəfdən baxırsa, onlar bu məsələyə doğru düzgün diaqnoz və düzgün fikir 
yürüdə bilmirlər. Ona görə də fiqhi məsələlərdə belə bir qayda var: "

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   460   461   462   463   464   465   466   467   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə