TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə462/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   458   459   460   461   462   463   464   465   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
338 
Allah Öz Kitabında belə bir şeyləri özünə caiz görəni inkar etmişdir. Belə bir 
hökm verənləri ən pis hökm verənlərdən saymışdır; 
“Biz heç iman gətirib 
yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı? Ya da 
Allahdan qorxanları günahkarlara tay tutarıqmı?” 
(Sad 28).
"Yoxsa dünyada 
pis əməllər edənlər 
(axirətdə)
onları iman gətirib yaxşı işlər görənlərlə bir 
tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman 
edirlər! Onlar nə pis mühakimə yürüdürlər". 
(əl-Casiyə 21).
Həmçinin
- Allah ölüləri diriltməyəcəkdir, Allah Qiyamət günü bəndələrini 
bir yerə toplamayacaqdır, sorğu-sual olunmayacaqdır deyənlər Allahı 
lazımınca qiymətləndirməmişlər. Belə bir söz deyənlər Allahın hikmətinə də 
böhtan atmışlar. Əgər ölümdən sonra dirilmək yoxdursa onda insanların 
yaradılışında bir məqsəd də yoxdur. Əgər ölümdən sonra dirilmək yoxdursa 
bu qədər Peyğəmbərlərin, kitabların nazil olması nəyə görə idi? Bütün bunlar 
bizə xəbər verir ki, ölümdən sonra dirilmək vardır. O günü hər bir kəs nə 
etdiyini biləcəkdir, o günü yalan sayanlar da peşmançılıqlarından, yalanlarına 
görə barmaqlarını gəmirəcəklər. Vay olsun o günü yalan sayanların halına. 
Vay olsun! 
"Kafirlər onlar öldükdən sonra əsla dirilməyəcəklərini iddia 
edirlər. 
(Ya Peyğəmbər!)
De ki: “Bəli, Rəbbimə and olsun ki, siz mütləq 
diriləcəksiniz. Sonra da etdiyiniz əməllər sizə 
(bir-bir) 
xəbər veriləcəkdir. Bu 
Allah üçün çox asandır". 
(ət-Təğabun 7).
Həmçinin
- Allahın əmrinə səhlənkar yanaşaraq, Allahın əmrinə asi olan 
kəs, Allahın haramlarını edən insan Allahı lazımınca qiymətləndirməmişdir. 
Həmçinin də Allahın qadağanı ona yüngül gələrək, Allahın haqqı ona elə-belə, 
boş bir şey kimi gəlir. Allahın haqqını, zikrini zay edir. Həmçinin də qəlbi 
Allahın zikrindən qafil olan kimsə də Allahı lazımınca qiymətləndirməmişdir. 
Onun öz nəfsi istəyi, arzuları Allahın razılığını tələb etməkdən, axtarmaqdan 
üstün olmuşdur. Belə bir kimsənin məxluqa olan itaəti Allaha olan itaətdən 
daha mühümdür. Ona görə məxluqun əmrini, buyuruğunu yerinə yetirmək 
Allahın əmrlərini yerinə yetirməkdən daha mühümdür. Elə bil ki, Allah onun 
dilində, qəlbində artıq bir şeydir. Allahdan qeyrisi isə ona görə daha üstündür. 
O kimsə Allahın onun üzərindəki baxışını aşağı görür. Halbuki o, Allahın 
Ovcundadır. Onun ixtiyarı Allahın Əlindədir. İnsanların baxışını isə üstün 
sayır. İnsanlardan utanır, Allahdan isə utanmır. İnsanlardan qorxur, Allahdan 
isə qorxmur. İnsanlarla münasibətdə olduqda bacardığı qədər güc və 
qüvvəsindən istifadə edərək çalışır. Allah ilə münasibətdə olduqda (Allahın 
əmrlərini yerinə yetirdikdə) isə ən aşağı, dəyərsiz şəkildə hərəkət edir. 
İnsanlardan sevdiyi bir kəsin xidmətində durduqda ciddiliklə, çalışqanlıqla 
onun qarşısında durur. Onun xidmətində həm qəlbi, həm də əzaları ilə çalışır. 
O insana olan xidmətini öz işlərindən də belə üstün tutur. Allahın haqqını 



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   458   459   460   461   462   463   464   465   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə