TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


"Siz  qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şəhadət verəcəklərindən



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə459/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   455   456   457   458   459   460   461   462   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

"Siz 
qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şəhadət verəcəklərindən 
746
"Zənn əsla həqiqət ola bilməz". 
(ən-Nəcm 28). 
"Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan 
çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır…". 
(əl-Hucurat 11).
Peyğəmbər 

 
buyurdu: "Zəndən çəkinin. 
Çünki, sözün ən yalanı zəndir". əl-Albani "Səhihul-Cəmi" 1/ 45.


 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
336 
qorxub 
(günah işləməkdən)
çəkinmir, etdiyiniz əməllərin çoxunu isə Allahın 
bilməyəcəyini zənn edirdiniz. Sizin öz Rəbbiniz barəsindəki bu zənniniz sizi 
məhv etdi və ziyana uğrayanlardan oldunuz!" 
(Fussilət 22-23).
Onlar elə zənn 
etdilər ki, Allah etdiyi hər bir işi bilmir və bununla da Allahın elm sifətini 
inkar etdilər. Həmçinin də; 
“Allahı qoyub uydurma məbudlarımı diləyirsiniz? 
Aləmlərin Rəbbi barəsində nə düşünürsünüz?" 
(əs-Saffət 86-87). 
Yəni siz Allahın 
Rububiyyətində, Uluhiyyətində, İsim və Sifətlərində pis bir şey zənn etdiniz 
ki, bu da sizi Allahdan qeyrisinə qulluq etməyə vadar etdi. Sizə vacib olan isə 
Allaha layiq olduğu şəkildə zənn etmək idi.
Həmçinin
- Biz günahkar bəndələrik, onlar isə övliyalardır. Biz bu 
kimsələrin vasitəsi ilə, padşahların yanına daxil olduqda birbaşa daxil ola 
bilmədiyimiz kimi elə övliyalarla Allaha yaxınlaşırıq. Belə bir kimsə Allahı 
layiqincə qiymətləndirməmişdir. Belə bir kimsə Allahın Rububiyyətinə, 
Uluhiyyətinə, Allahın təkliyinə tən etmişdir. Allahın vasitəyə ehtiyacı yoxdur. 
Onlar isə acizdirlər. Belə bir pis zənn gətirən insan Allaha qarşı pis bir zənn 
etmişdir. Belələrinin cazası əzab, lənət və Cəhənnəmdir. Allahın belə bir çirkin 
şeyi əmr etməsi qeyri mümkündür. Ağıl, fitrət bu cür şeyi qəbul edə bilməz. 
Ən çirkin zülmdür ki, insan Allahın haqqını özü kimi bir insana versin və ya 
onu özü ilə Allah arasında şərik tutsun. Bu şərik qoşulan da Allahın öz 
quludur. Nə qədər insanlar vardır ki, Allahdan qeyrisinə ümid edir, dua edir 
və təvəkkül edirlər. Görürsən ki, namazlarını heç xuşu ilə qılmırlar. Namaz 
qıldıqda fikirləri orada-burada olur. Lakin kiminsə qəbrinin yanında 
durduqda isə xuşu ilə, zəlil olaraq dua edir. Allahın qarşısında isə bu cür 
zəlillik yoxdur, nəinki qəbrin, hansısa bir məxluqun yanında. Belə insan artıq 
onu Allahdan üstün tutmuşdur; 

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   455   456   457   458   459   460   461   462   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə