TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə469/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   465   466   467   468   469   470   471   472   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
345 
namaza gedərdik. Bir gün səhər Əbu Musa əl-Əşari 

də gəldi və İbn Məsuda 

: "Bir az bundan əvvəl məsciddə bir hadisə ilə qarşılaşdım ki, heç xoşuma 
gəlmədi. Gördüm ki, bir dəstə insan dairə şəklində toplaşıb namazı 
gözləyirdilər və hər bir kəsin əlində də xırda daşlar var idi. İçərilərindən bir 
nəfər: “Yüz dəfə 
Lə İləhə İlləllah
deyin” və onlar da yüz dəfə zikr edərdilər. 
Sonra yenə də: “Yüz dəfə Subhənəllah deyin”- deyirdi. İbn Məsud 

: "Sən 
onlara nə dedin"- deyə soruşdu. Əbu Musa 

: "Sənin fikrini bilmədiyimə görə 
heç bir söz demədim"- dedi. Məscidə gəldik. İbn Məsud 

camaatdan birinə 
yaxınlaşdı və: "Sizin halınız nədir?"- deyə soruşdu. Onlar: "Bu daşlar vasitəsilə 
biz nə qədər zikr etdiyimizi sayırıq"- dedilər. İbn Məsud 

: "Daha gözəl olardı 
ki, siz öz pis əməllərinizi sayasınız. O ki qaldı sizin yaxşı əməllərinizə, mən 
zaminəm ki, onların heç biri itməyəcəkdir. Vay sizin halınıza, ey Muhəmməd 
ümməti! Səhabələr sizin arasında olduğu vaxt siz nə tez uçuruma doğru 
getdiniz…” Onlar: "Ey AbdurRahmən! Biz yalnız xeyir istəyirdik!"- dedilər. O: 
"Sizin kimi nə çox xeyir istəyənlər, lakin bu xeyirdən məhrumdurlar. 
Həqiqətən, Peyğəmbər 

buyurmuşdu: “İnsanlar vardır ki, onların oxuduqları 
Quran boğazlarından aşağı enməz. Allaha and olsun ki, bəlkə də sizin çoxu 
onlardansınız". Amr ibn Salam deyir ki: "Həqiqətən də biz onların çoxunu 
Nəhrəvanda Xəvariclərin dəstəsində gördük".
749
Baxın İbn Məsud 

Allahın 
dinini qoruyur, baxın səhabələr Allahın dinini necə qoruyur, baxın 
Muhəmməd 

Allahın dinini necə qoruyurdu. Onlar çalışırdılar ki, bu Tövhid 
çayına zərrə qədər də bir zibil, bir çirkablıq atmasınlar. Çalışırdılar ki, Tövhid 
çayını qorusular, bilirdilər ki, müsəlmanların izzət, şan-şöhrət tapmasında, 
qüvvətli, qüdrətli olmasında səbəb yalnız və yalnız bu Tövhid çayını 
qorumalarıdır.
O qövmün cavanları və otra nəsili ağsaqqallara dedilər: "Siz bizim 
düşmənlərə qalib gəlməyimizi istəmirsiniz". Ağsaqqallar: "Vallahi, biz sizdən 
də çox xeyir istəyirik və istəyirk ki, bizim bu qövm əvvəlki halına qayıtsın, 
izzətlənsin, şöhrətlənsin. O qövmlər ki, onlara hücum ediblər, onlar geri 
qayıtsınlar". Cavanlar dedilər: "Onda siz bizim düşmənlərimizin cəsuslarısız, 
onlara tərəf işləyirsiniz ki, biz onlara qalib gəlməyək".
Bu gün müsəlmanların halı ilə müqayisə etdikdə Şeyx Useymin, Şeyx 
Albani, İbn Bazz 

 
kimi ağsaqqallara, saç saqqalları İslam dinini öyrənməkdə 
ağarmış insanlara, o cavanlar 
- Qolda Güc, Başda Ağıl Olmayanlar - 
eyni 
kəlimələri deyirlər: "Siz bizim xeyrimizi istəmirsiniz, siz istəmirsiniz ki
müsəlmanlar qalib gəlsinlər. Siz bizim düşmənlərimizin cəsuslarısınız". Amma 
Vallahi, o alimlər, saç-saqqalları bu yolda ağarmış Peyğəmbərlərin varisləridir, 
Peyğəmbərlərin qoyduğu elmi daşıyanlardır.
749
əd-Dərimi.



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   465   466   467   468   469   470   471   472   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə