|
TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqitovhid-Allahin-qullari-uzarinda-haqqi
TÖVHİD –
Allahın Qulları Üzərində Olan Haqqı
10
Xəvariclər həlak olmuşlar. Onlar Quran və Sünnəni götürdülər, lakin lazım
olan yerə qoymadılar. Elə zənn etdilər ki, böyük günah sahibi əbədi
Cəhənnəmlikdir. Onlar bunu öz ağıllarından deyil, bu iki
mənbədən
götürdülər. Digər məzhəb və təriqətlərin azmalarına səbəb də bir başa bu iki
əsasa baş vurmaları idi. Lakin onların başa düşməkdə həkimləri səhabələr
deyildilər. Onlar həkim olaraq alimləri deyil, ağıllarını götürdülər. Bu
ümmətin fərqi elmin miras edilməsidir. Yəni, yeni nə isə ortaya çıxmır, nə
qalıbsa Peyğəmbərdən
miras olaraq qalan elmdir. Alimlər isə varis olaraq
bunu götürüblər.
2)
Onların Fanatik olaraq, hətta səhf olduqları halda ata-babalarının yolu ilə
getmək. Kor-koranə olan təqlid. Əqidə məsələlərində öz imamına, axunduna,
xocaya kor-koranə təqlid etmək (səhf və düz olmasına) baxmayaraq. Heç bir
dəlilə əsaslanmadan iman gətirmək.
“Onlar Allahı qoyub baş keşişlərini və
rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul etdilər. Halbuki onlara
ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa tanrı yoxdur.
O, bunların şərik qoşduqları şeylərdən uzaqdır”.
(ət-Tövbə 31).
“Onlara:
"Allahın nazil etdiyinə tabe olun!"– deyildikdə, onlar: "Xeyr, biz atalarımızın
tutduğu yolu tutacağıq!"– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola
yönəlməyiblərsə necə?”
(əl-Bəqərə 170).
“Onlara: "Allahın nazil etdiyinə və
göndərdiyi Elçiyə tərəf gəlin"– deyildikdə: "Atalarımızın tutduğu yol bizə
bəsdir"– deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə
Dostları ilə paylaş: |
|
|