Turizm marşrutu anlayışı Turizm marşrutlarının növləri Turizm marşrutlarının təsnifatı


Ekskursiyaların keçirilmə texnologiyası



Yüklə 67,2 Kb.
səhifə14/22
tarix15.06.2023
ölçüsü67,2 Kb.
#117305
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
turizm marşrutları

Ekskursiyaların keçirilmə texnologiyası

  • Ekskursiyanın hazırlıq və icra mərhələləri

    Ekskursiyanın təşkil olunması birbaşa hasilə gələn iş olmayıb mürəkkəb hazırlıq icra mərhələsindən keçir. Ekskursiyaların hazırlanması müəyyən marşrut üzrə informasiyaların toplanması və bunun üçün arxiv materiallarından,internetsaytlarından,turistlərin xatirələrindən,foto-video materiallarından istifadədən ibarətdir. Ekskursiya obyektinin seçilməsi təsadüfi olmayıb turistlərdə dərin emosiya yaradacaq qeyri-adi təbiət, tarixi və mədəni obyektlər olmalıdır.Ekskursiya iki mühüm mərhələdən-onun hazırlanmasından və keçirilməsindən ibarət olan bir prosesdir. Əvvələcədən yaxşı təşkil olunmuş hazırlıq mərəhələsi olmayan ekskursiyanın yüksək keyfiyyətindən danışmaq mümkün deyil. Bu baxımdan, yeni bir ekskursiyanın iki əsas mərhələsi diqqəti cəlb edir:

    • yeni ekskursiya mövzusunun işlənib hazırlanması;

    • artıq işlənilib hazırlanmış ekskursiyanı həyata keçirmək üçün işə yeni başalyan bələdçinin hazırlanması.

    İlk mərhələ ekskursiya müəssisəsi üçün yeni olan prosesin başlanğıcıdır.Yeni bir ekskursiyanın hazırlanması yaradıcı qrupa həvalə olunur. Bu qrupdakı yaradıcı insanların sayı 3-7 nəfər,mürəkkəb mövzulu ekskursiyalar üçün daha çox sayda ola bilər. Əksər hallarda bunlar ekskursiya bürosunun əməkdaşları ola bilər. Bir sıra hallarda müxtəlif sahələrdən olan mütəxəssislər-muzey işçiləri,ali və orta məktəb müəllimləri məsləhətçilər kimi bu prosesə cəlb oluna bilər. Görülmüş işə nəzarətçi kimi yaradıcı qrupun rəhbəri ola bilər.Yeni ekskursiyanın hazırlanması üç əsas mərhələdən keçir. Birinci vəzifə hazırlanacaq ekskursiya üçün mate- rialların seçilməsi, onların öyrənilməsidir.
    Bundan sonra ekskursiyanın məzmununun tərtib olunması mərhələsində ekskursiya marşrutunun qurulması, əldə olunmuş faktiki materialların işlənib hazırlanması, eks- kursiyanın əsas hissəsinin işlənilməsi, yoxlama mətninin yazılması, ekskursiyanın keçirilməsi metodikası üzərində işin aparılması, ekskursiya müddətində daha səmərəli təqdimat metodikasının seçilməsi, bələdçilər tərəfindən fərdi mətnin yazılması həyata keçirilir.Sonuncu, yekunlaşdırma mərhələsində ekskursiyanın marşruta qəbul olunub tətbiq edilməsi baş verir.


    1. Yüklə 67,2 Kb.

      Dostları ilə paylaş:
  • 1   ...   10   11   12   13   14   15   16   17   ...   22




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə