Turizm marşrutu anlayışı Turizm marşrutlarının növləri Turizm marşrutlarının təsnifatı



Yüklə 67,2 Kb.
səhifə2/22
tarix15.06.2023
ölçüsü67,2 Kb.
#117305
1   2   3   4   5   6   7   8   9   ...   22
turizm marşrutları

Əlamətlərinə görə turizm marşrutları tematik,yürüş,fiziki-sağlamlıq marşrutları kimi təsnif olunur:

  • tematik marşrutlar daha çox tanışlıq və ekskursiya məqsədli bir səyahət formasıdır.

  • yürüş marşrutları daha çox aktiv hərəkət vasitəsi ilə həyata keçirilən səyahətdir.

  • fiziki-sağlamlıq turları isə əsasən idman məzmunlu, sağlamlığın möhkəmləndirilməsi məqsədi ilə həyata keçirilir.

  • qarışıq marşrutlar yuxarıda qeyd olunan marşrutların kombinasiyası əsasında hazırlanır.

İstifadə olunan nəqliyyat vasitələrinə görə avtobus, teploxod, təyyarə, qatar və qarışıq nəqliyyat vasitələri üzrə marşrutlar vardır.
Xətti quruluşuna görə marşrutlar xətti, radial, dairəvi marşrutlardır.

  • Xətti marşrut dedikdə, başlanğıc nöqtəsindən başqa xətt üzrə bir və ya bir neçə yerin ziyarət edilməsi başa düşülür.

  • Radial marşrut sadəcə bir nöqtənin ziyarət edilməsi ilə həyata keçirilir.

  • Dairəvi marşrut isə başlanğıc və son nöqtələrin üst- üstə düşdüyü və bir neçə məntəqənin ziyarət edildiyi turizm marşrutudur.

İstifadə olunan nəqliyyatın növünə görə turizm marşrutları belə təsnif olunur:
-turizm firmasının şəxsi nəqliyyat vasitəsi (məs.avtobus, mikroavtobus)
-icarəyə götürülmüş nəqliyyat vasitəsi (məs. teploxod)
-turistin fərdi nəqliyyat vasitəsi.

Nəqliyyat vasitələrindən istifadədən asılılığa görə


turizm marşrutlarına aşağıdakı kimi baxmaq mümkündür:

  • piyada turizm marşrutları və ya gəzintilər.Adətən belə marşrutlar 2-6, hətta 20-50 kilometr arasında dəyişir.

-qoşqu üçün istifadə olunan canlıların (atların, maralların və itlərin) köməyi ilə həyata keçirilən marşrutlar. Belə marşrutlar arasında atlı marşrutlar geniş yayılıb.

  • dəmiryolu turizm marşrutları. Belə tipli marşrutlar hələ qədimdə də olub. Belə ki, XIX əsrin sonlarında və XX əsrin əvvəllərində məşhur “Şərq Ekspressi” adı ilə tanınan və İstanbuldan Kale boğazına qədər olmuş bu marşrutda o dövrün ən zəngin adamları səyahət edirdilər.Dəmiryolu turizm marşrutlarında turistlər səyahət etməklə komfortlu vaqonlarda qalır,vaqon-restoranlarda yemək yeyirlər.Bu turizm mar- şrutları boyunca hərəkət əsasən gecələr həyata keçirilir, gündüzlər isə turistlər proqram çərçivəsində nəzərdə tutulmuş yerlərə təşkil olunan baxışlarda olurlar.

  • su yolları üzrə turizm marşrutları. Belə turizm marşrutları istənilən növ qayıqlarda,yaxta və kiçik tutumlu gəmilərdə həyata keçirilir.Kiçik çay və göllərdə avarlı və motorlu qayıqlarda turizm marşrutları keçirilə bilər. Burada turistlərin istəyinə görə adi qayıqlar və ya komfortlu çay və dəniz gəmiləri seçilə bilər.

  • hava yolları ilə turizm marşrutları. Hava yolları ilə turist daşınması nisbətən uzaq məsafələr üçün daha sərfəlidir. Qitələrarası və okeanlararası məsafələr üçün hava yolu ilə rahat və təhlükəsiz laynerlərlə turist daşınması hazırda daha çox yayılmışdır. Turistlərin hava yolu ilə daşınması üçün həm reys, həm də çarter uçuşlarından istifadə olunur.

  • kombinasiyalı marşrutlar.Bir çox marşrutlar bir neçə nəqliyyat vasitəsindən istifadə olunmaqla səfərlərin təşkil olunmasını nəzərdə tutur.Burada əsas məqsəd turistlərin vaxt

itkisini minimumlaşdırmaq, onların daha çox mənalı istirahətə vaxt ayırmasına şərait yaratmaqdır.

Yüklə 67,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə