Turizm marşrutu anlayışı Turizm marşrutlarının növləri Turizm marşrutlarının təsnifatı



Yüklə 67,2 Kb.
səhifə4/22
tarix15.06.2023
ölçüsü67,2 Kb.
#117305
1   2   3   4   5   6   7   8   9   ...   22
turizm marşrutları

İnfrastruktur təminatı.İnfrastruktur hər cür funksional fəaliyyəti dəstəkləyən köməkçi sistemdir.Turizm marşrutlarının hazırlanmasında buna ərazi təminatı, istehsal və ticarət imkanları, bazar infrastrukturu, habelə sosial- mədəni xidmətlərin səviyyəsini müəyyən edən sosial infrastruktur daxildir.Bütün bu sayılanların hamısı ilkin şərt kimi təmin olunduqda turizm marşrutlarının hazırlanması, onların layihələndirilməsi mərhələsinə keçmək mümkündür.


  1. Turizm marşrutlarının hazırlanmasında ilkin şərtlər

Turizm marşrutlarının hazırlanmasında turizm fəaliy- yətinin təşkilatçılarının qarşısında ilkin şərtlər kimi mühüm vəzifələr dayanır. Bu şərtlər aşağıdakılardır:

  1. Hüquqi;

  2. Təşkilati;

  3. Texniki;

  4. Kadr;

  5. İnfrastruktur təminatıdır.

Belə ön şərtlərin yerinə yetirilməsi, habelə regionun milli qonaqpərvərlik səviyyəsinin mövcudluğu turizm mar- şrutlarının hazırlanması üçün çox vacibdir. Bunlara geniş şəkildə baxaq.
Hüquqi şərtlər.Hüquqi şərtlərin təmin olunması turizm marşrutu üzrə göstəriləcək xidmətlərin, habelə turizm marşrutunun özünün ölkənin milli maraqlarına uyğun gəlməsi, qanunvericiliyə zidd olmaması və beynəlxalq hüquqda mübahisə və münaqişə doğurmayacaq səviyyədə bitkin olması deməkdir.
Təşkilati şərtlər. Təşkilati şərtlər hər bir işin, o cümlədən turizm marşrutlarının hazırlanmasının ən mühüm hazırlıq mərhələlərindəndir. Bu, marşrut üzrə ideya müəl- lifinin fikrini dəstəkləyən ekspertlərin tapılması, zəruri informasiya verəcək mənbələrin əldə olunması, bu informa- siyaları işləyəcək mərkəzin yaradılması, bu mərkəz üzərində funksional vəzifələri bölüşdürmək kimi məsələləri əhatə edir.
Texniki şərtlər. Turizm marşrutlarının hazırlanması heç də asan olmayıb kifayət qədər çox sayda informasiyanın alınması, saxlanılması, habelə marşrut üzrə resursların yerində öyrənilməsi və marşrutu hazırlayan şəxsin və yaradıcı komandanın normal fəaliyyəti üçün ofisin olmasını tələb edir. Belə texniki şərtlər kompüter və ofis texnikası, nəqliyyat vasitələri, foto və video avadanlıqlar və s. ola bilər. Bundan başqa hazırlıq mərhələsində istifadə olunan xüsusi geyimlər, texnikalar, vasitələr və sair də texniki şərtlərə aid edilə bilər.
Kadr şərtləri. Kadrlar bütün fəaliyyət sahəsində, o cümlədən turizm marşrutlarının hazırlanmasında ən vacib şərtlərdəndir. Belə ki, mükəmməl hazırlanmış turizm
marşrutları tamamən düşüncə məhsuludurlar. Başqa sözlə, turizm marşrutları yüksəkixtisaslı kadrların əməyi nəticəsində zərf halına salınmış və turistlərin rahatlıqla və maraqla istifadə edəcəyi bir məhsuldur. Kadrlar kimi turizm mütəxəssisləri, texniki işçilər, asistentlər, bələdçilər ola bilər.




  1. Yüklə 67,2 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə