Turizm marşrutu anlayışı Turizm marşrutlarının növləri Turizm marşrutlarının təsnifatı


Məzmununa görə turizm marşrutları bunlardır



Yüklə 67,2 Kb.
səhifə3/22
tarix15.06.2023
ölçüsü67,2 Kb.
#117305
1   2   3   4   5   6   7   8   9   ...   22
turizm marşrutları

Məzmununa görə turizm marşrutları bunlardır:


  • təbiətlə ünsiyyət və istirahət;

  • dənizdə istirahət;

  • dağlarda gəzinti və istirahət;

  • ovetmə və mənalı istirahət;

  • tarixi yerlərə baxış;

  • təhsil və maariflənmə.

Beləliklə, turizm marşrutları istənilən məqsədli turun həyata keçirilmə obyekti olub müəyyən coğrafi məkanda və müəyyən dövrdə yaranıb inkişaf edən və öz həyat dövriyyəsini tamamlayan bir turizm anlayışıdır.



  1. Turizm marşrutlarının yaradılmasına təsir edən amillər

  2. Turizm marşrutlarının hazırlanmasında infrastruktur təminatının rolu

Mürəkkəb sosial-iqtisadi hadisə kimi turizm bir çox amillərdən asılıdır.Bunlar səyahətlərə olan motiv,yaradılmış turizm infrastrukturu,turistlərin informasiya təminatı,nəqliyyat vasitələrinin inkişafı,turistlərin istehlak davranışları,moda və zövqlərdəki dəyişiklik,asudə vaxtın təşkili imkanları kimi sıralanır.Bunlardan əlavə,ərazidə aparılmış planlaşdırma,yeni yaşayış məskənlərinin və urbanizasiya proseslərinin sürətlənməsi turizm marşrutlarının layihə- ləndirilməsinə öz təsirini göstərir.Yerli əhalinin turistlərə qarşı münasibəti və ümumi qonaqpərvərlik də burada öz sözünü deyir.
Motiv insanı səyahət etməyə cəlb edən əsas səbəbdir.Turizm marşrutları da bu motivlər üzərində qurulmalıdır.Əgər müasir dövrdə səyahətlərin 300-dən çox növü və yarımnövü varsa turistlərin motivləri də bu qədər müxtəlif olmalıdır.
Turizm infrastrukturu kimi turizm sənayesinin də fəaliyyət göstərə bilməsi və turizm resurslarından səmərəli istifadə olunması üçün zəruri olan məcmu şərtlər vardır. Buraya kompleks şəkildə mühəndis-kommunikasiya şəbəkəsi,o cümlədən telekommunikasiya şəbəkəsi,müxtəlif təyinatlı rahat yollar, hava və dəniz limanları, otel, motel, hostel, turist bazaları kimi turistlərin müvəqqəti qalma yerləri, nəqliyyat vasitələri, əyləncə mərkəzləri, müxtəlif mətbəx nümunələrini təklif edən restoranlar,parklar,istirahət guşələri,rabitə-informasiya şəbəkələri,hədiyyəlik əşya mağazaları daxildir. İnfrastruktur şəraiti həm turizm müəssisələrinin işinin, həm də turistlərin özününü turizm məhsulundan istifadə etməsi baxımından mühüm rol oynayır və turizmin təşkilinin ayrılmaz tərkib hissəsidir.Turizm infrastrukturu, xüsusən, yerləşmə və nəqliyyat vasitələri turizm marşrutu boyunca mühüm şərtlərdəndir. Belə ki, rekreasiya məqsədli turlar zamanı marşrut boyunca zəruri olan dayanacaqlar, onlar arasındakı məsafəyə görə nəqliyyat imkanları turizm marşrutlarının cazibədarlığını artırır, daha da imkanlı edir.

Yüklə 67,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə