Turizm marşrutu anlayışı Turizm marşrutlarının növləri Turizm marşrutlarının təsnifatı



Yüklə 67,2 Kb.
səhifə5/22
tarix15.06.2023
ölçüsü67,2 Kb.
#117305
1   2   3   4   5   6   7   8   9   ...   22
turizm marşrutları

Tur və onun əhəmiyyəti

  • Zərf turlarının mənfi və müsbət cəhətləri

  • Fərdi və zərf turlar anlayışı

    Turizm marşrutu boyunca dizayn olunmuş turlar bu marşrutların əsas məhsuludur. Məhz turlar sayəsində işlənmiş turizm marşrutu onun istifadəsinə maraqlı olan tərəflərə gəlir gətirir.Tur eyni zamanda turizm məhsulunun əsas tərkib elementidir. Satışa hazır məhsul kimi tur turoperatora məxsus olmaqla mövcud turizm marşrutlarına adaptasiya etdirilir və hətta onun əsas mənasını əks etdirir.Buna nail olmaq üçün marşrut boyunca turzərfdəki xidmətlər turistlərin maraqlarını əks etdirməli, səyahətdən əvvəlki reklamlarla üst-üstə düşməlidir. Turmarşrut boyunca məsrəflər ən az, ekoloji vəziyyətə təsiri ən aşağı, gözlənilən nəticələr isə maksimum olmalıdır. Tur ondan istifadə edəcək turistlər üçün başa düşülən, tam məzmunlu və bitkin olmalıdır. Turizm məhsulunun tərkibindəki tur zamanı əsas xidmətlərlə yanaşı müşayiətedici xidmətlər də olmalıdır. Turizm marşrutu boyunca fərdi və zərf turlar təklif olunur.Fərdi turlar sifariş əsasında və çox az hallarda təşkil olunub yüksək statuslu qonaqların qarşılanması zamanı və yaxud müalicə-tərbiyə məqsədli olaraq təşkil olunurlar.Bununla yanaşı zərf turlar isə turizm marşrutu boyunca müntəzəm olaraq bu xidmətlərdən istifadə edən turistlərə təklif olunur.Proqram məzmununa görə belə turlar sırf ekskursiya,əyləncə,tanışlıq,təhsil məqsədli ola bilər. Burada zərflərin tərtibi zamanı ümumi tələblərlə yanaşı turların təhlükəsizliyini, turistlərin həmin turlara davamlılığını və marşrut boyunca proqramların bir-birini inkar etməməsi və əngəl törətməməsini nəzərə almaq lazımdır.Zərf turlar fərdi turlardan fərqli olaraq əvvəlcədən ciddi şəkildə planlaşdırılmış xidmətlər dəsti nəzərdə tutur.Zərf turların belə xüsusiyyətləri onların sifarişlə hazırlanmasına imkan vermir.Zərf turların tərkibi onların reallaşdırılması zamanı dəyişilmir. Turistlər belə turu ala və ya ondan imtina edə bilər. Zərf turlar adətən daha çox tanınan və populyar olan istiqamətlərə təşkil olunur. Beynəlxalq qaydalara əsasən zərf turların tərkibində ən azı üç əsas xidmət,adətən,uçuş, mehmanxanada gecələmə və ekskursiya və ya avtomobil kirayəsi xidmətlərindən biri olmalıdır.Zərf turlar bazardakı tələbin dəyişkən olmasına rəğmən turizmin inkişafı üçün müəyyən üstünlüklərə malikdirlər. Bunlar aşağıdakılardır:

    • zərf halında olan xidmətlər dəsti onların ayrı-ayrı halındakından həmişə ucuz olur;

    • turoperatorlar qiyməti və proqramı əvvəlcədən bilinən turları öz müştərilərinə asanlıqla məsləhət edə bilir;

    • turların cəlbediciliyini göstərmək üçün daha çox üstünlük qazanılır.

    Bununla yanaşı zərf turların müəyyən çatışmaz
    cəhətləri də vardır. Belə ki:

    • Zərf turlara qoyulmuş qiymətlər bəzi aşağı gəlir səviyyəli turistlər üçün çox baha,bir qrup yuxarı gəlir səviyyəli turistlər üçün isə mənasız görünə bilər;

    • Mövsümə görə qiymət tənzimləməsi zamanı istehlakçı seçimi imkanları azalır;

    • Zərf turlarda təklif olunan bütün xidmətlərin məz- mununu turistlərin dünyagörüşünə görə uyğun- laşdırmaq çox da praktik deyildir;

    • Zərf turlarda təklif olunan ekskursiyalar zamanı verilən informasiya fərdi turlara nisbətən daha məhdud ola bilir.

    Turizm marşrutunda cəlbedici turun yaradılması tur- operatorun əsas vəzifəsidir.Belə ki,turoperatorların əsas vəzifələrindən biri müəyyən proqrama əsaslanan xidmətlər və bu proqramlar əsasında tur yaratmaqdır.Turizm məhsulunun tərkib hissəsi kimi belə turlar turistlərin istəyinə və təşkil olunması üsullarına görə fərdi və qrup turlara bölünür.Fərdi turlar turistlərə daha çox sərbəstlik versə də onlar kifayət qədər bahalı olub xüsusi bələdçi,nəqliyyat servisləri tələb edir. Fərdi turlar kütləvi turizm üçün əlverişli deyildir. Onlar çox əməktutumludur və bir sıra əməliyyatlar zamanı daha çox əlavə xərc tələb edirlər.Bununla yanaşı fərdi turlar turizm firması üçün iqtisadi cəhətdən sərfəlidir,çünki qrup turlarla müqayisədə hər turistin səyahət xərci dəfələrlə çox olduğundan həmin xərclər firmanın gəlirlərinə çevrilir.Ona görə də hər bir turoperator həm qrup, həm də fərdi turlara hazır olmalıdır.Qrup turlar isə ucuz və kütləvi olsa da burada bütün turistlər üçün ümumi qəbul edilmiş qaydalara tabe olmaq məcburidir.




    1. Yüklə 67,2 Kb.

      Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   22




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə