Turizm marşrutu anlayışı Turizm marşrutlarının növləri Turizm marşrutlarının təsnifatı



Yüklə 67,2 Kb.
səhifə22/22
tarix15.06.2023
ölçüsü67,2 Kb.
#117305
1   ...   14   15   16   17   18   19   20   21   22
turizm marşrutları

bələdçinin hansı hüquq və vəzifələri oluğuna nəzər salaq. Belə ki, ekskursiya rəhbəri:

  • turqrup üzvlərini onların fiziki imkanları, bacarıq və vərdişləri, texniki imkanlardan istifadə bacarıqları və habelə onların qrup üzvləri ilə psixoloji uyğunluğu əsasında tərtib etməyə;

  • lazım gəldikdə qrup üzvlərini tibbi baxışdan keçir-

məyə;

yerlərini və aşılma yollarını öyrənməyə, müvafiq kartoqrafik materialları hazırlamağa;

  • lazım gəldikdə qrupun məşqlərini keçirməyə borc-

ludur.
Marşrut üzrə hərəkət edən ekskursiya qrupunda bələdçinin vəzifələri aşağıdakı kimidir:

  • bələdçi turistlərin sorğu və istəklərinə vaxtında cavab verməli və bu cür sorğu və istəklər ekskursiya proqramının çərçivəsindən kənara çıxmadığı və yol marşrutunda nəzərdə tutulduğu halda onları təmin etməlidir;

  • bələdçi tur avtobusunu idarə edən sürücünün marşrutla kifayət qədər tanış olmadığı halda ona kömək etməli, saxlama, dayanacaq və döngə yerlərini qabaqcadan ona bildirməlidir;

  • bələdçi və sürücü arasında olan münasibətlər qarşılıqlı şəkildə nəzakətli olmalıdır.

Ekskursiya zamanı ən mühüm tələblərdən biri


ekskursantların təhlükəsizliyinin təmin edilməsidir.Ümumiyyətlə,turizmdə təhlükəsizlik geniş anlayışdır.Təhlükəsizilk turistləri qəbul edən ölkənin milli maraqlarının və turistlərin şəxsi təhlükəsizliyinin təmin olunması ilə sıx bağlı olub,eyni zamanda ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunmasını da özündə ehtiva etdirir.Tur səfərlər zamanı təhlükəsizliyi təmin etmək, bu sahə ilə məşğul olan bütün firmaların və məsul şəxslərin, habelə yerli icra hakimiyyətləri,milli və beynəlxalq təşkilatların diqqətində olmalıdır.Səyahətlərin təhlükəsizliyi turizmin tənzimlənməsi üzrə beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.Turizmdə təhlükəsizlik məsələləri Turizm haqqında Azərbaycan Respublikası Qanununda da öz əksini tapmışdır.Təhlükəsizliyin təminatı ölkə ərazisində səyahətçilərin,turistlərin və ekskursantların gəlişi, mehmanxanada yerləşdirilməsi, onların sağlamlığı, həyatı və mülkiyyətinin toxunulmazlığına təminat verən milli qanunvericilik çərçivəsində bütöv bir tədbirləri əhatə edir.Ekskursiya zamanı turistlərin zədələnməsi, ətraf mühitin onlara təsiri,səs-küy,toz,yanğın təhlükəsi,kimyəvi, radioaktiv, bioloji təsirlər, təbii hadisələr, kriminoqen vəziy- yət,yol hərəkəti qaydalarının pozulması onların təhlükəsizliyinin təmin olunmasını tələb edən şərtlərdəndir. Təhlükəsizliyin təmin olunması üçün səyahətlərin və turistlərin qaldığı yerlərdə təhlükəsizlik normalarının işlənib həyata keçirilməsi, bu məsələnin vacibliyində ictimaiyyətin məlumatlandırılması və maarifiəndirilməsi,ekstremal vəziyyətlərlə bağlı problemlərin həlli məqsədilə ikitərəfli, regional və ümumdünya səviyyəsində beynəlxalq əməkdaşlığın yaradılması bu baxımdan vacib məsələlərdəndir.Turistlərin təhlükəsizliyinin təmin olunması üçün ilk olaraq turizm firmaları zəruri tədbirlər görməlidirlər.Öz müştərilərinin təhlükəsizliyi barədə düşünən turizm firmaları,xüsusən,ekskursiyalar təşkil etdikdə hərbi əməliyyatlar,terror,kəskin yoluxucu xəstəliklərə tutulma təhlükəsi olan yerlərdə bunu hökmən nəzərə almalıdırlar.
Ekskursiya fəaliyyəti əksər hallarda turistlərin müxtəlif nəqliyyat vasitələrindən istifadəsi ilə müşayiət olunur.Firmalar nəqliyyat vasitələrinin seçimi zamanı təhlükəsizliyin təmin olunmasını ön planda tutmalı, bunun üçün texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri,ekskursantlarla işləyə bilən sürücü seçməli, ekskursant qrupunun hərəkəti zamanı zəruri olarsa yol polisinin müşayiətini təmin etməlidir.



Yüklə 67,2 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə