Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə68/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   64   65   66   67   68   69   70   71   ...   93

 
213
*** 
 
Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm 
də gələcək nəsillərə mənsubdur. 
*** 
 
Dövlət adamları kimi bizim vəzifəmiz milli sərvətimizə son dərəcə qənaətlə və qayğı 
ilə yanaşmaqdır. 
*** 
 
Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar 
iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur. 
*** 
 
Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində  fərqlənir. 
Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. 
*** 
 
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə 
inkişaf edəcəkdir. 
*** 
 
Mədəniyyət bəşəriyyətin topladığı  ən yaxşı nümunələrlə xalqları  zənginləşdirir və 
onların mədəniyyəti bu yolla inkişaf edir. 
*** 
 
Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin  əsasında klassik 
mədəniyyət səviyyəsinə gəlib çatmışdır. 
*** 
 
Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir. 
*** 
 
Bizim musiqimiz - xalq musiqisi, folklor musiqisi çox rəngarəngdir, çox zəngindir. 
*** 
 
Yeni-yeni təhsil ocaqlarının, ali məktəblərin, universitetlərin yaranması indi müstəqil 
Azərbaycan Respublikasının böyük ali təhsil potensialına malik olmasının  əsasını 
qoymuşdur. 
*** 
 
Azərbaycan xalqı dünya sivilizasiyası xəzinəsinə böyük töhfələr vermişdir. 
 
 
 
 
Hər bir xalqın mədəniyyəti həmişə onu yüksəldir, bütün dünyada tanıdır, 
mənəviyyatını zənginləşdirir. 


 
214
* * * 
 
Azərbaycanda ali təhsilin, ümumi təhsilin, elmin, mədəniyyətin, iqtisadiyyatın 
inkişafında Bakı Dövlət Universitetinin xidmətləri əvəzsizdir. 
*** 
 
Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli 
sərvətidir, milli iftixandır. 
*** 
 
Xalqımız öz böyük şəxsiyyətləri vasitəsilə Azərbaycanın milli-mənəvi dəyərlərini 
qoruyub saxlamış, zənginləşdirmiş  və bu gün ümumbəşəri dəyərlərin bir hissəsinə 
çevirmişdir. 
*** 
 
Mədəniyyətimizin, elmimizin, təhsilimizin insanların mənəviyyatını daha da 
yüksəklərə qaldırması üçün mədəni, elmi-texniki əlaqələrin inkişaf etdirilməsi çox zəruri 
vəzifələrdən biridir. 
*** 
 
Azərbaycan xalqı  bəşər tarixinə böyük, dəyərli, dahi simalar bəxş etmiş, onların 
əsərləri, yaradıcılığı dünya elmini, mədəniyyətini zənginləşdirmiş, insanları 
maarifləndirmişdir. 
*** 
 
Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, 
elmindən heç vaxt ayrılmasın. 
*** 
 
Tarix hər şeyi öz yerinə qoyur. 
*** 
 
Gərək biz tariximizi heç vaxt unutmayaq, onun hər bir səhifəsinə hörmətlə, ehtiramla 
yanaşaq. 
*** 
 
Tariximiz zəngindir, eyni zamanda əzab-əziyyətli tarixdir. 
*** 
 
Xalqımız  əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, 
milliliyini, öz dilini itirməmişdir. 
*** 
 
 
Xalq gərək öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən 
heç vaxt ayrılmasın. 
*** 
 


 
215
1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti də bizim milli 
sərvətimizdir, tariximizin parlaq səhifəsidir. 
*** 
 
Əgər XX əsrin əvvəlində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə 
böyük addım atıbsa, XX əsrin sonunda milli azadlığa, dövlət müstəqilliyinə tam nail 
olubdur. 
*** 
 
Biz öz tarixi köklərimizlə, milli köklərimizlə, mənəvi dəyərlərimizlə, milli mənəvi 
ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik. 
*** 
 
Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər 
bir kəs özü seçir. 
*** 
 
Ana hər bir insan üçün müqəddəsdir. Təsadüfi deyildir ki, biz Vətənə  də Ana Vətən 
deyirik, torpağa da. Azərbaycan xalqının  ən böyük sərvəti ondan ibarətdir ki, o, əsrlər 
boyu qəhrəman, cəfakeş, dözümlü analar yetirmişdir. 
*** 
 
Hər xalqın, o cümlədən də Azərbaycan xalqının öz milli mənliyi var. O milli mənliyi 
də xalqın qabaqda gedən adamları ifadə etməli, təmsil etməlidirlər. 
*** 
 
İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini 
mənsubiyyətindən asılı olmayaraq həmişə insanlan dostluğa, həmrəyliyə, birliyə  dəvət 
etmişdir. 
*** 
 
Biz çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi, milli ənənələr 
əsasında tərbiyə edilsinlər. 
*** 
 
Cəmiyyətimizdə saf mənəviyyatı  bərqərar etmək, inkişaf etdirmək, bütün mənfi 
hallara qarşı mübarizəni gücləndirmək əsas vəzifəmizdir. 
 
 
 
 
 
 
Qarşımızda duran vəzifələrdən biri də  gəncliyi daha yaxşı hazırlamaqdan, tərbiyə 
etməkdən ibarətdir. 
*** 
 


 
216
Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, 
böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır. 
*** 
 
Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən 
istifadə edərək gələcəyimizi quracağıq. 
*** 
 
Azərbaycan xalqı qəhrəman, cəsur, dəyanətli, saf əxlaqlı bir xalq kimi bütün dünyada 
tanınıb! 
*** 
 
Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə  nəyi və necə 
öyrətməyimizdən asılı olacaqdır. 
*** 
 
Rəhbərlik etmək, yəni adamları öyrətmək və  tərbiyələndirmək üçün gərək mənəvi 
haqqın olsun. 
*** 
 
İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi 
olacaqdır. 
*** 
 
Müəllimlik çox şöhrətli bir sənətdir. Həqiqi müəllim olmaq cəmiyyət üçün doğrudan 
da çox qiymətlidir. 
*** 
 
Xalqımız öz mənəviyyatına, dininə və ənənələrinə sadiqdir. 
*** 
 
İslam dini əsrlər boyu bizim mənəviyyatımızın  əsasını  təşkil etmiş, müsəlmanların 
dünyada layiqli yer tutmasını təmin etmişdir. 
*** 
 
Xalqımızın içində böyük bir mədəniyyət potensialı, fitri istedad potensialı vardır. 
*** 
 
Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu 
həyatda öz yerini tutmaq, mövqeyini 
 
 
 
müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır. 
*** 
 
Xalqımızm birliyi və qələbəyə inamı gələcək uğurlarımızın təməlidir! 
*** 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə