Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə64/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   60   61   62   63   64   65   66   67   ...   93

 
197
dövlətləri başçılarının  əksəriyyətinə  nəsib olmamışdır. Bu xoşbəxtlik 
ancaq Heydər  Əliyev kimi dünya şöhrətli dövlət xadimlərinin qismətinə 
düşmüşdür. 
H.Əliyevin əsərləri, zəngin elmi-nəzəri irsi Azərbaycan xalqının milli 
sərvətidir, Azərbaycan kitabının “qızıl fondu”na daxildir. Azərbaycan 
kitabını qoruyub saxlayan, onu əsrdən-
əsrə, nəsildən-nəslə çatdıran 
kitabxanalar bu mənəvi irsi göz bəbəyi kimi qoruyub saxlamalı, bütün 
oxucuların istifadəsinə verməlidir. 
Ulu öndərin gələcək nəsillərə vəsiyyəti olan bu ölməz elmi-nəzəri irs 
içərisində mədəniyyət, kitab, kitabxana və mütaliə məsələləri mühüm yer 
tutur. Cəmiyyətin bütün üzvləri: alimlər, ziyalılar, təhsil işçiləri, 
mütəxəssislər, tələbələr və başqaları kimi kitabxanaçıların da bu irsi 
öyrənməyə böyük ehtiyacı vardır. 
Məhz bunları  nəzərə alan bu sətirlərin müəllifi “Heydər  Əliyev və 
Azərbaycanda kitabxana işi” kimi olduqca ciddi bir monoqrafiyanı 
yazmağa cəsarət etmişdir. 
Həmçinin H.Əliyevin dövründə yaşamış, onun bütün fəaliyyətini gözü 
ilə görmüş, həyata keçirdiyi tədbirlərin böyüklüyünü anlamış, onu yüksək 
qiymətləndirmiş, Heydər  Əliyev siyasətinin, ideyalarının həyata 
keçirilməsində yaxından iştirak etmiş bir insan kimi Heydər  Əliyev 
şəxsiyyətinə olan böyük məhəbbətim məni bu şərəfli işə sövq etmişdir

  
  
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
198
 
ƏLAVƏLƏR
 
 
1. HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV 
HAQQINDA QISA BİOQRAFİK MƏLUMAT
1
 
 
 
1923-cü il 10 may   Heydər  Əlirza oğlu  Əliyev Azərbaycanın Naxçıvan 
şəhərində anadan olmuşdur. 
1939-cu il  
Naxçıvan Pedaqoji Texnikumunu əla qiymətlərlə 
bitirmiş  və Azərbaycan Sənaye  İnstitunun (indiki 
Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq 
fakültəsində təhsil almışdır. 
1941-1944-cü illər Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və 
Xalq Komissarları Sovetində müxtəlif məsul 
vəzifələrdə çalışmışdır. 
1944-1969-cu illər Dövlət təhlükəsizlik orqanlarında çalışmışdır. 
1950-ci il 
Dövlət Təhlükəsizlik Komitəsində bölmə 
rəisi 
vəzifəsinə təyin olunmuşdur. 
1950-ci il 
Leninqrad (indiki Sankt-Peter-burq) Milli Təhlükəsizlik 
Orqanları Məktəbini əla qiymətlərlə bitirmişdir. 
1951-ci il 
Bakı Dövlət  Universitetinin Tarix fakültəsinin qiyabi 
şöbəsinə daxil olmuşdur. 
1957-ci il  
Bakı Dövlət  Universitetinin Tarix fakültəsini 
bitirmişdir. 
1964-1967-ci illər Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət 
Təhlükəsizliyi Komitəsinin sədr müavini vəzifəsində 
çalışmışdır. 
1967-1969-cu illər Azərbaycan SSR Nazirlər Soveti ya- 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
1
 
Heydər Əliyev. Təltiflər .-B., 2005.-335 s. 
 
 


 
199
 
 
 
 
 
 
 
 
nında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri 
vəzifəsində çalışmışdır. 
1969-cu il  
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 
iyul plenimunda Azərbaycan Kommunist Partiyası 
Mərkəzi Komitənin birinci katibi vəzifəsinə srçilmişdir. 
1976-1982-ci illər  
Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd 
seçilmişdir. 
1982-ci il dekabr  
Sovet  İttifaqı Kommunist Partiyası  Mərkəzi Komitəsi 
Siyasi Birosunun üzvü seçilmiş və SSRİ Nazirlər Soveti 
sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur. 
1982-1987-ci illər  
Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər 
Soveti sədrinin birinci müavini vəzifələrində 
çalışmışdır. 
İyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı olmuşdur. 
1987-ci il oktyabr  
Sov.İKP MK Mərkəzi Komitəsi rəhbərliyinin yeritdiyi 
siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən 
istefa vermişdir. 
1990-cı il  
Azərbaycan Respublikası Parlamentinə deputat 
seçilmişdir. 
1991-ci il iyul  
Sovet  İttifaqı Kommunist Partiyasının sıralarını  tərk 
etmişdir. 
1991-1993-cü illər 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri 
vəzifəsində çalışmışdır. 
1992-ci il  
Yeni Azərbaycan Partiyasının (YAP) Naxçıvan 
şəhərində keçirilmiş  təsis qurultayında partiyanın sədri 
seçilmişdir. 
1993-cü il iyun 
Azərbaycan xalqının yekdil iradəsi və  tələbi ilə o 
zamankı ölkə rəhbərliyi tərəfindən rəsmən Bakıya dəvət 
edil- 
 
 
 
 
 
 
 
 


 
200
 
 mişdir. 
1993-cü il 15 iyun  
Azərbaycan Respublikası Ali Sovetinin sədri 
seçilmiş, iyunun 24-dən isə Milli Məclisin qərarı 
ilə Azərbaycan Respublikası Prezidentinin 
səlahiyyətlərini həyata keçirməyə başlamışdır. 
1993-cü il oktyabr 
Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 
1993-cü il oktyabr 
2003-cü il oktyabr  
Azərbaycan Respublikasının Prezidenti vəzifəsində 
çalışmışdır. 
2003-cü il 12 dekabr  
Amerika Birləşmiş Ştatlarının Klivlent şəhərində 
vəfat etmişdir. 
2004-cü il  
27 fevral  
10 mart 
Azərbaycan Respublikasının Prezidenti ilham 
Əliyevin 27 fevral  
2004-cü il tarixli sərəncamı və 10 mart 2004-cü il 
tarixli fərmanı ilə Ümummilli lider Heydər 
Əliyevin adı əbədiləşdirilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə