Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə63/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   59   60   61   62   63   64   65   66   ...   93

 
194
Heydər  Əliyevin milli dövlətçiliyimiz, milli ideologiyamız və 
müstəqilliyimiz istiqamətində apardığı işlər həmişə onun elmi, ideoloji və 
nəzəri fəaliyyəti ilə  əlaqədar olmuşdur. Ölkənin həyatında baş verən 
mürəkkəb prosesləri düzgün qiymətləndirmək, sosial-siyasi hadisələri 
qabaqlamaq, onun həlli yollarını  zərgər dəqiqliyi ilə müəyyənləşdirmək 
qabiliyyətinə, böyük elmi təfəkkürə malik olan bu insan öz 
məruzələrində, çıxış  və nitqlərində, fərman və  sərəncamlarında, göstəriş 
və tövsiyələrində, xalqa müraciətlərində  həmin problemlərin həlli 
yollarını açıb göstərməklə  cəmiyyətin irəliyə doğru inkişafını  təmin 
etmişdir. Onun bütün çıxışları və nitqləri əvvəlcə dövri mətbuatda, qəzet 
və jurnallarda dərc edilmiş, sonra isə kitab şəklində buraxılmışdır. İftixar 
hissi ilə demək olar ki, Heydər  Əliyev respublikaya rəhbərlik etdiyi 34 
illik dövrdə böyük təşkilatçılıq, nəhəng quruculuq işləri ilə yanaşı, zəngin 
elmi-nəzəri, mənəvi bir irs yaratmışdır. Bu irs qiymətli mənəvi sərvət 
kimi elmimizin və mədəniyyətimizin “qızıl fondu”na daxil edilmişdir. 
Müasir  şəraitdə ölkəmizin gələcək inkişaf yolunu işıqlandıran bu 
zəngin irsin öyrənilməsinə böyük ehtiyac hiss edilməkdədir. 
Respublikamızın vətəndaşlarının, ziyalıların, alimlərin, mütəxəssislərin, 
əhalinin bütün təbəqələrinin, xüsusilə vətənimizin gələcəyi olan gənclərin 
bu irsi dərindən mənimsəməsinə ciddi ehtiyac duyulmaqdadır. 
Heydər Əliyevin elmimizə, tariximizə, dilimizə, milli ideologiyamıza, 
soykökümüzə həsr edilmiş dərin məzmunlu əsərləri, ideya və fikirləri elm 
və  mədəniyyətin bütün sahələrində aparılan elmi araşdırmaların 
metodoloji  əsasıdır. Bu əsərlər azərbaycanşünaslığa böyük hədiyyədir, 
onun məhək daşıdır. Heydər  Əliyevin nəzəri irsi həmçinin Azərbaycan 
dövlətçiliyinin yaranması, qorunması  və inkişaf etdirilməsinin  əsasıdır. 
Bu  əsərlər siyasi tarix, azərbaycançılıq, vətəndaşlıq, dövlət quruculuğu, 
vətən sevgisi, vətənə  hədsiz məhəbbət dərsliyidir. Heydər  Əliyevin hər 
bir əsəri böyük əhəmiyyətə malikdir. Əsrlər keçəcək, illər bir-birini əvəz 
edəcək, nəsillər dəyişəcək, bu əsərlər isə yaşayacaq, neçə-neçə nəsillərə, 
Azərbaycan xalqının gələcəyinə xidmət edəcəkdir. Çünki bu əsərlər 
zamanın sifarişidir, xalqın tarixidir, salnaməsidir. Bu əsərləri zaman özü  


 
195
yaratdığından daim yaşayacaq, gələcəyə işıq saçacaq. 
Böyük natiqlik qabiliyyətinə, dərin zəkaya, məntiqi ardıcıllığa, iti 
zehnə, möhkəm yaddaşa malik olan bu böyük insan öz əsərlərini xalq 
qarşısındakı çıxışlarında, dinləyicilərlə üzbəüz, onların qarşısında, onların 
iştirakı ilə yaratmışdır. Heydər Əliyevin hər bir nitqi, hər bir çıxışı xalqla 
təmasda, ictimai-siyasi yığıncaqlarda, izdihamlı mitinqlərdə,  əsgər 
səngərlərində, qaçqın düşərgələrində, rəsmi dövlət tədbirlərində, 
beynəlxalq məclislərdə yaranmış  və Azərbaycanda dövlət quruculuğu 
proqramının, milli dövlətçilik ideologiyasının  əsasını  təşkil etmişdir. Bu 
əsərlərdə müasir Azərbaycanın keşməkeşli tarixi öz geniş əksini tapmış, 
ölkənin iqtisadi, sosial, elmi, mədəni problemləri təhlil olunmuş, onlarm 
həlli yolları göstərilmişdir. Olduqca uni-kal bir şəxsiyyət olan H.Əliyevin 
hər bir məruzəsini, çıxışını və nitqini redaktəsiz də nəşr etmək olar. 
Dünyada çoxlu dövlətlər, dövlət başçıları olmuş və yenə də olacaqdır. 
Ancaq heç də onların hamısı onlarla kitab yazmaq qabiliyyətinə malik 
olmamış, böyük elmi, mənəvi irs qoyub getməmişlər. Etiraf edilməlidir 
ki, Heydər Əliyev kimi zəngin irsi, çoxsaylı əsərləri olan dövlət başçıları 
çox azdır. 
Heydər Əliyevin əsərlərini mütaliə edərkən belə bir qənaət aşkara çıxır 
ki, bu əsərlər çox geniş elmi məlumatlarla zəngindir. Bu əsərlərdə 
bəşəriyyətin görkəmli dövlət, elm və mədəniyyət xadimlərindən gətirilən 
sitatlar, misallar və elmi fikirlər onun müəllifinin çox geniş mütaliə 
dairəsinə, çox zəngin və  dərin biliyə, elmi məlumata malik olan bir 
şəxsiyyət və görkəmli ziyalı olduğunu sübuta yetirir. 
Xalqımızın milli sərvəti olan Heydər Əliyev əsərlərinə həmişə böyük 
tələbat olduğundan onlar həm Sovetlər Birliyi dövründə, həm də 
müstəqillik illərində respublika nəşriyyatları  tərəfindən böyük tirajlarla 
nəşr edilmişdir. 
H.Əliyevin  əsərlərinin respublikamızda nəşrini  şərti olaraq iki 
mərhələyə ayırmaq olar. Birinci mərhələ Sovetlər Birliyi dövrünü, yəni 
1969-1993-cü illəri, ikinci mərhələ isə 1993-cü ildən sonrakı dövrü əhatə 
edir. 
 
  
 
 


 
196
Qeyd etmək lazımdır ki, 1970-1993-cü illərdə Heydər  Əliyevin 
təxmini hesablamalara görə 1500 çap vərəqi həcmində 209 adda kitabı 
nəşr edilmişdir. Bunlardan 151 adda kitab 1970-1993-cü illərin, qalan 
kitablar isə müstəqillik dövrünün payına düşür. Nəşr edilən kitabların 
ümumi həcminin (Azərbaycan və rus dillərində) 23 min səhifədən artıq 
olması H.Əliyev  əsərlərinə böyük tələbatdan və maraqdan irəli gəlir.
1
 
Heydər Əliyevin dövri mətbuatda nəşr edilən məruzə, çıxış və məqalələri 
göstərilən rəqəmlərə daxil deyildir. 
Müstəqillik illərində Heydər Əliyevin ayrıca kitab, kitabça halında çap 
edilmiş əsərləri ilə yanaşı, çoxcildli əsərləri də işıq üzü görmüşdür. 1997-
ci ildən H.Əliyevin  əsərləri “Müstəqilliyimiz  əbədidir” başlığı altında 
latın qrafikası ilə 10 cilddə çap edilməyə başlamış  və 2003-cü ildə başa 
çatdırılmışdır. Çox vaxtında nəşr edilmiş bu oncildlik Azərbaycan 
xalqının, müstəqil Azərbaycan dövlətinin müasir tarixinin son dərəcə ağır 
və məsu-liyyətli bir dövrünü əhatə etdiyindən böyük elmi və tarixi mənbə 
kimi dəyərlidir. Azərbaycanşünaslığa qiymətli hədiyyə olan bu oncildlik 
alimlər, politoloqlar, siyasətşünaslar, müəllimlər, tələbələr və digər 
mütəxəssislər üçün, həmçinin geniş oxucu kütləsi üçün əvəzsiz qiymətli 
mənbədir.  Əminik ki, “Müstəqilliyimiz  əbədidir” çoxcildliyini dərindən 
öyrənən və  mənimsəyən hər bir azərbaycanlı Heydər  Əliyevin bütün 
əsərlərinin vətəndaşlıq, dövlətçilik, vətənə sevgi, vətənpərvərlik dərsliyi 
olduğunu məsuliyyətlə  təsdiqləyəcək, respublikamızın gələcəyi naminə 
bu böyük şəxsiyyətin gördüyü möhtəşəm tədbirləri bir daha yüksək 
qiymətləndirəcəkdir. 
Beləliklə, Heydər  Əliyevin nəşr edilmiş  əsərləri, külliyyatı 
dövrümüzün nəhəng elmi-mədəni, mənəvi abidəsidir. Bu tarixi abidənin 
qeyri-adi müəllifi isə  zəmanəmizin dahi şəxsiyyəti, Azərbaycan xalqının 
dünya şöhrətli oğlu, ümummilli lideri Heydər Əliyevdir. 
23 min səhifədən artıq, 1500 çap vərəqi həcmində  əsər yazmaq, onu 
çap etdirib xalqın istifadəsinə vermək heç də dünya 
 
 
 
                                                 
1
 
Müəllif tərəfindən müəyyənləşdirilmiş bu məlumatlar təxminidir və 2003-cü ilə 
qədərki dövrü əhatə edir. 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə